Birincisi, nəzərə almaq lazımdır ki, türk sözlərində sonuncu hecanın saitinin uzadılması şeirdə normal səslənir, çünki, bu hal hətta danışıqda da baş verir, yəni, əslində şifahi nitqimizin fonetikasına o qədər də zidd deyil. Türkcəmizdəki qapalı hecalar və sözlərin sonuncu saitinin uzadılması isə əruz qəliblərindəki uzun hecaların yerini doldurmağa demək olar ki, kifayət edir. Yəni, əruzda dilimizin fonetikasına zidd olaraq saitlərin sözün əvvəl və orta hecalarında süni uzadılmasına yol verməmək də mümkündür.