Şirvani Ədilli


Bölgüsüz, qafiyəsiz sərbəst şeir (mənsur şeir)



Yüklə 0,65 Mb.
səhifə31/55
tarix03.01.2022
ölçüsü0,65 Mb.
#51989
1   ...   27   28   29   30   31   32   33   34   ...   55
Bölgüsüz, qafiyəsiz sərbəst şeir (mənsur şeir). Bu növ, bölgüsüz, qafiyəli sərbəst şeirdən yalnız qafiyə-nin olmaması ilə fərqlənir. Yəni burada nə bölgünün, nə də qafiyənin olması tələb olunmur. Bölgü və ya qafiyə yalnız təsadüfi, yəni qeyri-iradi olaraq yarana bilər. Bu növ, müasir şairlərin yaradıcılığında çox geniş yayılıb və sürətlə inkişaf edir. Bəzən sərbəst şeir dedikdə məhz bu növ nəzərdə tutulur. “Mənsur şeir” adlandırılan bədii yara-dıcılıq nümunələri də mahiyyətcə elə bölgüsüz, qafiyəsiz sərbəst şeirdir. Sadəcə olaraq mənsur şeirdə mətn nəsr formasında yazılır, yəni misralara ayrılmır. Lakin mənsur şeirləri də asanlıqla misralara ayırmaq olar.

Misal:
Məftildəki ayaqaltı yellənir;

üzüm yarpağı qızılgülə təzim edir;

söyüd saçlarını qarışdırır;

almagülü qarışqaya vida edir;

qumluqdakı bir parça çəmən “yox” deyir kəpənəklərə;

birələr başına kül sovurur küllükdə;

çobanyastığı çapar salır dörd tərəfə;

bir çöp diyirlənir bir kötük üstə;

səsi qatardan tez çatır stansiyaya;

relslərin arasında vurnuxur qıc olmuş sevgi məktubu-

əslində külək əsir,

və sən daha yalan danışmaq istəmədən susursan.

S.Babullaoğlu
Bəzən heca vəzninin standart (adətən 11-hecalı) misralarının dövri təkrar olunan bölgülərini ayırıb ayrı-ayrı misralar kimi, səpələnmiş formada yazmaqla onu sərbəst şeir kimi təqdim edirlər. Lakin bu doğru deyil. Bu cür şeirlər sərbəst şeirə yox, heca vəzninə aid edilməlidir. Belə şeirlərdən bir misala baxaq.

Səpələnmiş variantda:

Vətəndaş!

Nə gözəl səslənir bu söz.

Yəni - bir Vətənin övladıyıq biz.

Anamız eynidir,

Qardaşıq, demək.

Mən sənə arxayam,

Sən mənə kömək

B.Vahabzadə
Birləşdirilmiş variantda:
Vətəndaş! Nə gözəl səslənir bu söz.

Yəni - bir Vətənin övladıyıq biz.

Anamız eynidir, qardaşıq, demək.

Mən sənə arxayam, sən mənə kömək




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin