Şirvani Ədilli



Yüklə 0,65 Mb.
səhifə34/55
tarix03.01.2022
ölçüsü0,65 Mb.
#51989
1   ...   30   31   32   33   34   35   36   37   ...   55
Məsnəvi. Misraların cüt-cüt (aa, bb, cc, çç və s.) qafiyələndiyi şeir şəklidir. Məsnəvi istənilən uzunluqlu misra üzərində qurula, həm heca, həm də əruz vəznində yazıla bilər. Bu şeir şəkli nəzmlə yaradılan epik əsərlərdə (poemalar, dram əsərləri və s.) daha geniş istifadə olu-nur.

Çarpaz qafiyəli şəkil. Misraları bəndlər üzrə abab, cçcç, dede və s. şəklində qafiyələnən şeir şəklidir. Şeir uyğun olaraq 4 misralı bəndlərə ayrılır. Bəndlərdə 1-ci misra ilə 3-cü misra qafiyələnməyə də bilər. Bu hal məz-munun daha gözəl olmasına imkanını artırır. Bu şəkil də istənilən uzunluqlu misra üzərində qurula, həm heca, həm də əruz vəznində ola bilər. Müasir müəllif ədəbiyya-tında çox geniş yayılıb.

Bayatı. Misrasının uzunluğu 7 heca, qafiyə quruluşu aaba kimi olan, 4 misralı, birbəndli şeir şəklidir (həm də janrdır). Bir qayda olaraq heca vəznində olur. Folkloru-muzda ən geniş yayılmış şəkildir (janrdır).

Rübai. Qafiyələnmə qaydası aaba kimi olan, 4-misralı, birbəndli şeir şəklidir. Misrada heca sayı adətən 11 və daha çox olur. Həm heca, həm də əruz vəznində yazıla bilər. Daha çox klassik müəllif ədəbiyyatında isti-fadə olunmuşdur.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin