Şirvani Ədilli


Mətnlə musiqinin ritmik və tonik uyğunluq məsə-ləsi



Yüklə 0,65 Mb.
səhifə49/55
tarix03.01.2022
ölçüsü0,65 Mb.
#51989
1   ...   45   46   47   48   49   50   51   52   ...   55
Mətnlə musiqinin ritmik və tonik uyğunluq məsə-ləsi. Mahnıların musiqisi adətən ritmik olduğundan ritmik cəhətdən sözlər musiqiyə tabe olur. Hətta dəqiq, mü-kəmməl ritmik sistemə malik əruz şeirinə də elə musiqilər bəstələnə bilər ki, musiqidə əruzun ritmi pozular. Məsə-lən, Türkiyənin dövlət himninin musiqisinin qitmi onun rəməl-6 qəlibində yazılmış mətninin ritmindən kəskin fərqlənir və himn oxunduqda əruz qaydaları tamamı ilə pozulur.

Ritmik mahnılarda sözlər ritmik cəhətdən musiqiyə tabe olduğundan mətnin ritmik quruluşu ilə musiqinin ritmik quruluşu fərqləndikdə mahnı oxunarkən musiqinin tələbi ilə məcburi olaraq sözlərdəki qısa hecalar uzun və ya uzun hecalar qısa tələffüz olunur. Mahnıda bu hallar nə qədər çox baş verirsə, mahnının gözəlliyinə o qədər çox xələl gəlir. Ona görə də bu hallara mahnılarda müm-kün qədər az yer vermək lazımdır. Sözə musiqi bəstələn-dikdə ritmik uyğunluğun məsuliyyəti bəstəkarın üzərinə, musiqiyə söz yazıldıqda isə şairin üzərinə düşür. Təəssüf ki, müasir Azərbaycan mahnılarında mətnlə musiqinin ritmik uyğunluğu çox pozulur. Bəlkə də bunun səbəbi mə-sələnin nəzəriyyəsinin lazımınca öyrənilməməsidir. Bu-nun üçün ilk növbədə sözlərdə uzun və qısa hecaları biri-birindən fərqləndirə bilmək lazımdır. Qısa hecalara saiti uzanmayan açıq hecalar, uzun hecalara isə qapalı hecalar və saiti uzanan açıq hecalar aiddir.

Mətn və musiqinin ritmik uyğunluq məsələsində müasir Türkiyə estradasının bir çox nümunələri demək olar ki, idealdır.

Misal:
Ya-na ya-na gel-dim ben sa-na



Dada-dada-dahdah dah-dadah

Bi-re i-ki ver-dim al-sa-na



Dada-dada-dahdah dah-dadah

Ge-çip gi-der-ken bak bu ha-yat



Dadahda-dahdah dahda-dadah

He-ye-can la-zım in-sa-na



Dadadah-dahdah dah-dadah

Yü-rek-te kıv-rak ten-de kıv-rak



Dadahda-dahdah dahda-dahdah

Se-ver de bil-mez dur du-rak



Dadahda-dahdah dah-dadah

A-te-şi çı-kın-ca bağ-la-nın-ca



Dada-dada-dahdah dahda-dahdah

Aş-ka kıs-kıv-rak




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin