Şirvani Ədilli


- Metrik (metro-ritmik) vəzn



Yüklə 0,65 Mb.
səhifə9/55
tarix03.01.2022
ölçüsü0,65 Mb.
#51989
1   ...   5   6   7   8   9   10   11   12   ...   55
- Metrik (metro-ritmik) vəzn – uzun və qısa hecala-rın misralarda müəyyən ardıcıllığına əsaslanan vəzn. Qə-dim yunan, ərəb, fars, türk, hind və b. xalqların şeirində istifadə olunmuş və olunmaqdadır.

Azərbaycan poeziyasında müstəqil vəzn kimi hecaəruz vəznlərindən və onlarla şeir şəklindən istifadə olunur. Həmçinin, ayrıca sərbəst şeir forması da vardır ki, özündə xüsusi vəzni və şəkli ehtiva edir.

Ədəbiyyat nəzəriyyəsində adətən şeir şəkillərinin (janrlarının) bir hissəsi “şifahi xalq yaradıcılığı şəkilləri (janrları)” adı altında, bir qismi isə “yazılı” və ya “klassik” poeziya şəkilləri (janrları) adı altında öyrənilir. Lakin bu məsələdə elmi məntiqin gözlənilməsi naminə mütləq “şi-fahi ədəbiyyat”, “yazılı ədəbiyyat”, “müəllif ədəbiyyatı” və “xalq ədəbiyyatı” anlayışlarının mahiyyəti, onlar arasında əlaqə və fərqlər dəqiqləşdirilməli və fikir bildirərkən bu anlayışların fərqinə varılmalıdır. Bu anlayışlar arasındakı əlaqəni aşağıdakı sxem şəklində ifadə etmək olar:


Sxemdən göründüyü kimi, müəllif ədəbiyyatı həm şifahi, həm də yazılı şəkildə yaradıla bilər, xalq ədəbiy-yatı şifahi şəkildə yaradılır, yazılı ədəbiyyat müəllif ədəbiyyatıdır. O cümlədən, şifahi şəkildə həm xalq ədə-biyyatı (şifahi xalq ədəbiyyatı), həm də müəllif ədəbiyyatı (şifahi müəllif ədəbiyyatı) yaradıla bilər

Məsələn, aşıq ədəbiyyatı əsasən şifahi ədəbiyyatdır, çünki, əsasən şifahi şəkildə yaradılır. Lakin onun bütün ünsürləri xalq ədəbiyyatı deyil. Məsələn, dastanların çoxu xalq ədəbiyyatıdır, çünki adətən bir müəllif tərəfindən yaradılmır, olmuş hadisələr, rəvayətlər əsasında, insan-ların, sənətkarların dilində formalaşır və cilalanır. Aşıq-ların yaratdıqları qoşmalar, gəraylılar və bəzi dastanlar isə müəllif ədəbiyyatıdır, çünki konkret müəllifi var. Lakin bunlara rəğmən aşıq yaradıcılığı nədənsə bütövlükdə “şifahi xalq yaradıcılığı” anlayışına aid edilir.



Əslində müxtəlif xalqların istər şifahi, istərsə də yazılı ədəbiyyatında işlənən, biri-birinə oxşar və fərqli şeir şəkillərinin demək olar ki, hamısı, mahiyyətcə, forma kimi xalq yaradıcılığı məhsuludur. Çünki, onları konkret kimsə yaratmayıb (konkret kim tərəfindən yaradıldığı məlum deyil), xalqın içində öz-özünə for-malaşıb. Ona görə də şəkillər (və ya janrlar) yalnız hansı sahədə (şifahi və ya yazılı, müəllif və ya xalq ədəbiy-yatında) istifadə olunmasına görə fərqləndirilə bilər.

Ədəbiyyat nəzəriyyəsində “şifahi xalq yaradıcılığı janrları” adı altında öyrənilən şəkillər (bayatı, gəraylı, qoş-ma və s.) yalnız şifahi xalq ədəbiyyatında yox, yazılı və şifahi müəllif ədəbiyyatında da geniş yayılmışdır. Bayatı əsasən şifahi xalq ədəbiyyatı nümunələrində yayılsa da, gəraylı və qoşma şəkilləri şifahi xalq yaradıcılığı nümunə-lərində (dastanlar daxilindəki şeirləri və bəzi xalq mahnı-larının sözlərini nəzərə almasaq) o qədər də geniş yayıl-mayıb və əsasən şifahi və yazılı müəllif ədəbiyyatında geniş yayılıb. Bu da təbiidir, çünki, bu formaların bayatıya nisbətən daha mürəkkəb qaydalara malik olması şüurlu fərdi fəaliyyət tələb edir. Yəni əslində gəraylı və qoşma kimi şəkillər müəllif ədəbiyyatına xasdır, lakin forma kimi fərdi yaradıcılıq yox, xalq yaradıcılığı məhsuludur, çünki, bütün digər şəkillər (janrlar) kimi konkret müəllif tərəfin-dən yaradılmayıb, müəlliflərin dilində öz-özünə forma-laşıb.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin