Şirvani Ədilli



Yüklə 0,65 Mb.
səhifə33/55
tarix03.01.2022
ölçüsü0,65 Mb.
#51989
1   ...   29   30   31   32   33   34   35   36   ...   55
Müstəzadlı (ayaqlı) şeirləri də qarışıq vəznə aid etmək olar. Belə ki, məsələn, əruz və ya heca vəznində olan şeirlərdə istifadə olunan müstəzad (ayaq) misranın bütöv yox, son bölgüsünün (və ya bölgülərinin) təkrarıdır. Yəni müstəzad hissəciyi bütöv misra yox, əvvəlki misra-nın son bölgüsü və ya bölgülərindən ibarət qısa misradır. Bu isə məhz sərbəst şeirə (bölgülü, qafiyəli sərbəst şeirə) məxsus olan xüsusiyyətdir. Bu baxımdan müstəzadlı – ayaqlı şeiri adi şeirdən sərbəst şeirə keçid kimi də qiy-mətləndirmək olar. Müstəzad hissəciyi adətən özündən əvvəlki bütöv misra ilə və ya özündən əvvəlki müstəzadla qafiyələnir.

Müstəzadlı (ayaqlı) şeirin müxtəlif variantlarına mi-sallar:


Bir çarşıda dörd dərvişə uğradım,

Dördü bir-biriylə еylər ixtilat.

Dördünün də dili ayrı, dini bir,

İki də biz onlar ilə şеş cahat,

Əsli-kainat.
Bir şəhrində gördüm padişahını,

Qulun, yasovulun, hər dəsgahını,

Üç yüz altmış altı xoş süpahını,

Onlar bir kişidən istədi sursat,

Xoş çəkir səffat.
Altı, səkkiz, doqquz idi binası,

Otuz calalı var, bəyaz sinəsi,

Altı min altı yüz məddi-mənası,

Ərəb idi, əcəm idi, türkü tat,

Bir ismə fəryad.

Altıdan qırxadək sərgərdanıdı,

İki yüz otuzda özün tanıdı.

Altı min altı yüz pasibanıdı,

Kimi “ya hu” çəkir, kimi – “əssəlat”,

Kim istər nicat.


İki dərya xoş görünmür gözünə,

İki qırx dörd çıxmaz ərin dizinə.

Bu Xəstə Qasımın şərən sözünə

Alim, molla, müctəhidlər qaldı mat,

Tapmadı kəlmat.

Xəstə Qasım
Bilməm nə görübdür bizim oğlan oxumaqdan?

Dəng oldu qulağım.

Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan

İncəldi uşağım.

...Bəsdir oxudun, az qala canın tələf oldu,

Bu kardən əl çək!

Yazmaq, oxumaq, başına əngəl-kələf oldu,

Əş’ardən əl çək!

Min elm oxuyub söz biləsən hörmətin olmaz

Bu dari-cahanda;

Söz bəhrinə gövhər olasan qiymətin olmaz

Xasə bu zamanda.

Yox, yox, baxıram fıkrinə, səndən oğul olmaz,

Canın bəcəhənnəm!

Mırt-mırt oxumaqdan, kişi, bir qan ki, pul olmaz!

Mırtılda dəmadəm,

Qıl elm fərahəm,

Ol qüssəyə həmdəm;

Ömrün olacaq kəm;

Düşmən sənə aləm!....



M.Ə.Sabir
Şeir şəkilləri

Azərbaycan poeziyasında əsasən aşağıdakı şeir şəkillərindən istifadə olunur (burada bütün şeir şəkillərinə praktiki misallar gətirməyə ehtiyac görmədik və yalnız az rast gəlinən xüsusi hallar və izah üçün zəruri olan digər hallar üçün misallar göstərmişik):




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin