Şirvani Ədilli



Yüklə 0,65 Mb.
səhifə36/55
tarix03.01.2022
ölçüsü0,65 Mb.
#51989
1   ...   32   33   34   35   36   37   38   39   ...   55
Mürəbbe. Qafiyə quruluşu aaaa bbba ccca və s. kimi olan, 3 və daha çox 4-misralı bəndlərdən ibarət şeir şəklidir (janrıdır). Əsasən əruz vəznində yazılır. Misraları adətən 14÷16-hecalı olur. Əsasən klassik ədəbiyyata xas şeir şəklidir.

Divani. Qafiyə quruluşu aaba bbba, ccca və s. kimi olan, 3 və daha çox 4-misralı bəndlərdən ibarət şeir şəklidir. Misraları adətən 15-hecalı olur və heca vəznində yazılır. “Mürəbbe” şəklinə yaxın olan bu şəkil aşıq yaradıcılığına xasdır. Eyni adlı aşıq havası üstündə oxu-nur. Bu aşıq havasının musiqisi əsasən bəhrsizdir.

Müxəmməs. Qafiyə quruluşu aaaaa bbbba, cccca və s. kimi olan, 3 və daha çox 5-misralı bəndlərdən ibarət şeir şəklidir. Həm əruz, həm də heca vəznində ola bilər. Misraları adətən uzun (14÷16-hecalı) olur. Bu şeir şəkli də klassik müəllif ədəbiyyatda, o cümlədən aşıq yaradıcı-lığında geniş yayılmışdır. Aşıq yaradıcılığında müxəm-məslər adətən 16-hecalı olur və 8-liklərə ayrılaraq eyni adlı ritmik aşıq havası üstündə oxunur.

Müsəddəs. Qafiyə quruluşu aaaaaa bbbbaa, ccccaa və s. kimi olan, 3 və daha çox 6-misralı bəndlərdən ibarət şeir şəklidir. Əruz vəznində yazılır. Misraları adətən uzun (14÷16-hecalı) olur. Klassik müəllif ədəbiyyatda istifadə olunmuşdur.

Müsəbbe. Qafiyə quruluşu aaaaaab, ccccccb, ççççççb və s. kimi olan, 3 və daha çox 7-misralı bənd-lərdən ibarət şeir şəklidir. Əruz vəznində yazılır. Misraları adətən uzun (14÷16-hecalı) olur. Klassik müəllif ədəbiy-yatına xas olan bu şəklə az rast gəlinir.

Müsəmmən. Qafiyə quruluşu aaaaaaab, cccccccb, çççççççb və s. kimi olan, 3 və daha çox 8-misralı bəndlərdən ibarət şeir şəklidir. Əruz vəznində yazılır. Misraları adətən uzun (14÷16-hecalı) olur. Klassik müəllif ədəbiyyatına xas olan bu şeir şəklinə çox az rast gəlinir.

Müəşşər. Qafiyələnmə qaydası aaaaaaaaab, cccccccccb, çççççççççb və s. kimi olan, 3 və daha çox 10-misralı bəndlərdən ibarət, klassik ədəbiyyata xas şeir şəklidir. Əruz vəznində yazılır. Misraları adətən uzun (14÷16-hecalı) olur. Yazılması çətin olduğundan bu şəklə də çox az rast gəlinir.

Tərcibənd. Qafiyələnmə qaydası aaaaaaaaaaaa, cccccccccaa, çççççççççaa və s. kimi olan, 3 və daha çox 12-misralı bəndlərdən ibarət şeir şəklidir. Birinci bəndin son beyti sonrakı bəndlərin sonunda təkrarlanır. Əruz vəznində yazılır. Misraları adətən uzun (14÷16-hecalı) olur. Yazılması çətin olduğundan bu klassik şəkildən də çox az istifadə olunmuşdur.

Tərkibbənd. Çoxmisralı bəndlərdən ibarət klassik şeir şəklidir. Bu şəklin vahid qaydası yoxdur. Bəndlərdə misraların sayı 6-dan 14-ə, hətta 24-ə (19) qədər ola bilir. Adətən bəndin son iki misrası (beyti) bir, qalan misraları bir qafiyələnir. Sonrakı bəndlərin son beytinin qafiyəsi birinci bəndinki ilə eyni olur. Yəni misraların qafiyələnmə qaydası müsəddəs şəklinə oxşardır. Bəzən misralar qəzəl kimi də qafiyələnə bilər. Misralar adətən uzun (14÷16-hecalı) olur. Bir qayda olaraq əruz vəznində yazılır. M.Füzuli, S.Ə.Şirvani və b. şairlərin əsərlərində rast gəlinir.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin