Şirvani Ədilli



Yüklə 0,79 Mb.
səhifə48/55
tarix10.01.2022
ölçüsü0,79 Mb.
#102445
1   ...   44   45   46   47   48   49   50   51   ...   55
Mahnılar yalnız müəyyən ölçülü şeir formalarına, özü də onların bölgü və ritmlərinə uyğun bəstələn-dikdə həmin mahnılarda yekcinslik yaranır və mahnı-lar biri-birinə oxşayır. Azərbaycan poeziyasında 6-5 bölgülü, 11-hecalı şeirlər çoxluq təşkil etdiyindən Azər-baycan bəstəkar mahnılarında da bu ölçüdə olan şeirlərə və onun bölgülərinə uyğun bəstələnmiş mahnılar çoxdur. Həmin mahnılar eyni ölçülü şeirlərə bəstələndiyindən onların musiqilərinin də biri-birinə bənzədiyinin şahidi oluruq. Hətta bəzi mahnıların əsas parçalarının musiqiləri demək olar ki, eyni olur.

Xeyli sayda ritmik Aşıq havalarının biri-birinə çox bənzəməsinin də səbəbi məhz eyni şeir formaları üstün-də (əsasən 8-hecalı (“gəraylı”) və 11-hecalı (“qoşma”) şeirlər üstündə) yaranmasıdır. Lakin aşıq havalarındakı bu oxşarlıq başa düşülən və məqbuldur. Çünki, aşıq mu-siqisi şifahi ənənəli xalq-professional musiqisidir. Sirf pro-fessional, yazılı bəstəkar yaradıcılığında isə mahnıların biri-birinə xeyli oxşaması normal qəbul oluna bilməz.

Yuxarıda deyilənləri nəzərə alaraq professional bəs-təkar mahnılarında qeyd olunan qüsuru (mahnıların yek-cinsliyi və biri birinə oxşaması) aradan qaldırmağın aşağı-dakı yollarını müəyyən etmək olar:

-Mahnı mətni kimi sərbəst, bölgüsüz şeir formalarına müraciət etmək;

-Bölgülü şeir formalarına mahnı bəstələdikdə musiqi bölgülərinin mümkün qədər şeir bölgülərindən fərqli olma-sını təmin etmək;

- Mahnıları əvvəldən bəstələnmiş musiqiyə sonra-dan mətn yazmaqla yaratmaq (burada əsas vəzifə bəstə-karlardan çox yazarların üzərinə düşür).


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin