Şirvani Ədilli



Yüklə 0,73 Mb.
səhifə14/55
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108611
1   ...   10   11   12   13   14   15   16   17   ...   55
8-hecalı şeir. Həm şifahi, həm də yazılı ədəbiyyatda geniş yayılıb. Burada bölgü bir qayda olaraq 4-4 olur. Sözlər bölgülərdə parçalana bilər. Ədəbiyyat nəzəriyyə-sində sözlərin bölgülərdə parçalanması heca vəzni üçün ümumiyyətlə inkar edildiyindən 8-hecalı şeirin də başqa bölgüləri (5-3, 3-5 və s.) qeyd olunur. Lakin 7-hecalı şeirə aid olan uyğun bölgü xüsusiyyəti 8-hecalıya da aiddir. Yəni, 8-hecalı şeirdə də misra qısa olduğundan istənilən halda, sözlərin bölgülərdə parçalanması hesabına olsa da, həmişə 4-4 bölgüsü hiss olunur. Misal (bölgülərdə parçalanan sözlər tünd hərflərlə verilmişdir):
Düşdün uğur/4/suz dillərə/4,

Nəhs aylara/4, nəhs illərə/4.

Nəsillərdən/4 nəsillərə/4

Keçən bir söh/4/rətin vardır/4;

Oğlun, qızın/4 bəxtiyardır/4...
...Sıra dağlar/4, gen dərələr/4,

Ürək açan/4 mənzərələr/4...

Ceyran qaçar/4, cüyür mələr/4,

Nə çoxdur oy/4/lağın sənin/4!

Aranın, yay/4/lağın sənin/4.

S.Vurğun
9-hecalı şeir. O qədər də diləyatımlı olmadığından nadir hallarda istifadə olunan şeir ölçüsüdür. Əsasən 3-3-3 bölgüsündə olur. Hətta 4-5 bölgülü variantı da müm-kündür.

3-3-3 bölgüsündə yazılmış şeirə misal:


Özümə/3 var-dövlət/3 yığmadım/3,

Sərvətim/3 bir qələm/3, bir varaq/3...

Heç bircə/3 manatım/3 yox mənim/3,

Axırət/3 gününə/3 qoymağa/3...


...Şeirlə/3 yasımı/3 saxlayın/3,

Şeirlə/3 tapşırın/3 torpağa/3...

Mən sözdən/3 xəzinə/3 topladım/3,

Axırət/3 gününə/3 qoymağa/3...



C.Novruz
Deyilişin normal səsləndiyi hallarda sözlər bölgülər-də parçalana bilər:
...Nə dеyim/3 o yекə/3/başlara/3?!

Çaldılar/3 ruhunu/3 daşlara/3.



M.Müşfiq
9-hecalı şeirin 4-5 bölgülənməsinə malik variantı isə kifayət qədər diləyatımlı olmasına baxmayaraq hələlik bu variantın praktiki istifadəsinə rast gəlməmişik. Şərti misal kimi, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının R.Rza tərəfindən tərcümə edilmiş 11-hecalı (6-5 bölgülü) parçasında hər misranın əvvəlindən “dedi” sözünü çıx-maqla misranın qalan hissəsini göstərmək olar:
...o diyarda/4 hansı sənət var/5?

...qəmi alıb/4 canı satırlar/5.

...qəmi almaq/4 heç ədəb deyil/5?

...aşıqlərdə/4 bu əcəb deyil/5...



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin