Şirvani Ədilli



Yüklə 0,73 Mb.
səhifə25/55
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108611
1   ...   21   22   23   24   25   26   27   28   ...   55
5. Dahda-dadah dahdadah

Çəkdi niqabın günəş



Seyid Zərgar
6. Dadah-dadah dahdadah

Qayıtmaram bir daha



Şərti
7. Dahda-dadah dahda-dahda dahda-dadahdah

Daği-firaqına ehtimal nə mümkün



M. Füzuli

8. Dahdah-dadah dadahdah

Çox yatma, dur, a tənbəl



A. Səhhət

Müctəs bəhri
1. Dadah-dadah dada-dahdah dadah-dadah dada-dahdah
Daha ahəngdar bölgülənmə ilə:
Dadahda dahda-dadah dahda-dahda dahda-dadahdah
Vəya:
Dadahda dahda-dadahdah dadahda dahda-dadahdah

Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi zülmət



H. Cavid
2. Dadah-dadah dada-dahdah dadah-dadah dadadah
Daha ahəngdar bölgülənmə ilə:
Dadahda dahda-dadah dahda-dahda dahda-dadah

Öyünmə, çox gözəlim, çox da gözlərin qaradır



Ə. Vahid
3. Dadah-dadah dada-dahdah
Daha ahəngdar bölgülənmə ilə:
Dadahda dahda-dadahdah

Yolunda sərsəriyəm mən



C. Rəmzi
4. Dadah-dadah dadadah
Daha ahəngdar bölgülənmə ilə:

Dadahda dahda-dadah

Ucundadır dilimin

Dəli şair
Mütəqarib bəhri
1. Dadahdah dadahdah dadahdah dadahdah

Bu il bizdən ayrıldı istəkli Sabir



Ə. Nəzmi
2. Dadahdah dadahdah dadahdah dadah

Qəzəl bildirir şairin qüdrətin



M. Füzuli
3. Dahdah da-dahdah dahdah da-dahdah
Və ya:
Dahdahda-dahdah dahdahda-dahdah

Ahu baxışlı bir nazlı dilbər



Rza Zaki
4. Dahdah dadahdah
Və ya:
Dahdahda dahdah

Hər şey sənindir



H. Cavid
Xəfif bəhri
1. Dada-dahdah dadah-dadah dadadah
Daha ahəngdar bölgülənmə ilə:

Dadadah dahda-dahda dahda-dadah

Qoca Qafqaz, adında bir əzəmət

İ. Cəfərpur
2. Dahda-dahdah dadah-dadah dada-dahdah
Daha ahəngdar bölgülənmə ilə:
Dahdadah dahda-dahda dahda-dadahdah

Düşməni-duni nabəkarə bəlayəm



M. Füzuli
Səri bəhri
1. Dahda-dadah dahda-dadah dahdadah

Məclisi-əyanda vurur tək səbir



M. Ə. Sabir
2. Dahda-dadah dahda-dadah

Sönməz işıqlarda vətən



S. Rüstəm
3. Dahda-dadah dahda-dadah dahda-dadah dahdadah

Çərхi-fələk, sаl bulаrın cаnınа bir vəlvələ



Ə. Qurbanlı
Kamil bəhri
1. Dadadah-dadah dadadah-dadah dadadah-dadah dadadah-dadah

Yetər, ey fələk, bu cəfa, yetir məni-zarə sərvi-rəvanimi



M. Füzuli
2. Dadadah-dadah dadadah-dadah

Məni axiri bu qəm öldürür



M. Ləli

Müqtəzəb bəhri
Dahda-dahda dah-dah-dah dahda-dahda dah-dah-dah
Və ya:
Dahdadah dadah-dahdah dahdadah dadah-dahdah

Zülfün olsa aşüftə bağrımı kəbab eylər



M. Ləli

Sərbəst şeir və onun növləri
Ədəbiyyat nəzəriyyəsində sərbəst şeir forması çox az araşdırılmışdır və bu sahədə fikir ayrılıqları, mübahisə doğuran məqamlar var. Ona görə də bu mövzuya xüsusi yer verməyi lazım bilirik.

Sərbəst şeirə dəqiq tərif verilmir və yalnız onun mü-əyyən xüsusiyyətləri haqqında danışılır. Bu şeir forması-na bəzən “sərbəst vəzn” də deyirlər. Lakin bu doğru ad-landırma deyil, çünki, bu şeir forması yalnız vəzni yox, həm də ayrıca bir şəkli ehtiva edir və heca və əruz vəzn-lərinin müəyyən xüsusiyyətlərini özündə daşıya bilir. Yəni, sərbəst şeir xüsusi şeir formasıdır ki, özünə məxsus vəz-ni və şəkli var.

Sərbəst şeirin mahiyyətini dəqiq açmaq üçün ilk növbədə onun digər şeir formalarından nə ilə fərqlən-diyinə diqqət yetirmək lazımdır. Bu baxımdan sərbəst şei-rin əsas fərqləndirici xüsusiyyətləri kimi aşağıdakıları gös-tərmək olar:

- Misraların uzunluqlarının (onlarda olan heca sayla-rının) fərqli olmasına, onların sətrin ortası və sonuna səpələnməsinə yol verilməsi və ya ümumiyyətlə misrala-rın olmaması (başqa sözlə, misralara ayrılmanın sərbəst olması və ya heç olmaması). Digər şeir formalarında isə, misralar mövcud olur və xüsusi hallar istisna olmaqla misraların uzunluqları bərabər olur.

- Qafiyələnmə qaydasının sərbəst olması və ya ümumiyyətlə qafiyənin olmaması.

- Bölgülərin həm eyni, həm fərqli, həm də qismən (bu anlayışların mənasını aşağıda açacağıq) ola bilməsi və ya heç olmaması.

- Bəndlərə ayrılmanın sərbəst olması və ya heç olmaması.

Bütün bu xüsusiyyətləri nəzərə alaraq, sərbəst şeirin aşağıdakı növlərini müəyyən edə bilərik:




  1. Yüklə 0,73 Mb.

    Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin