Qismən bölgülü, qafiyəli sərbəst şeir. Burada şe-irin bölgülü və bölgüsüz hissələri olur. Yəni bölgünün olub-olmaması sərbəstdir. Əslində törəmə növdür. Yəni, Bölgüsüz, qafiyəli sərbəst şeirə də aid etmək olar. Belə ki, bölgüsüz, qafiyəli sərbəst şeirdə təsadüfən, qeyri-iradi olaraq da bölgülər hiss oluna bilər. Misal (bölgüsüz par-çalar kursivlə verilmişdir):
Sən ilana tüfəngi/7
gözlərini
yumub at/7,
öləcək/3.
Özü qızıl güllənin/7
qabağına gələcək/7.
Sən onu yox,
o sənin
tüfənginin
İlan yuvası kimi
lüləsini,
yarı yolda olan
gülləsini
kirpiksiz gözləriylə/7
tezcə nişan alacaq/7,
yarı yolda olacaq/7...
Ə.Kərim
Bölgüsüz, qafiyəli sərbəst şeir. Sərbəst şeirin bu növünə “qafiyəli nəsr” də demək olar. Burada bölgülərin olması tələb olunmur. Bölgülər yalnız təsadüfi, qeyri-iradi olaraq alına bilər.
Misal:
Gözlərim sənə heyran olub...
Baxışlarım meridian olub
Sancılıb dünyanın ən uzaq yerinə
Baxışımda ölkələr
kənd,
şəhər,
Baxışım dönüb meridiana
Gah qatarla,
təyyarəylə yan-yana gedir,
Gah burulur yana.
Gah dağ olub ucalır,
Gah çırpınır okean kimi.
Niyə gəlmirsən?
Könlüm bunu necə anlar...
Duymursan,
dinmirsən,
gəlmirsən,
Qırılıb tökülür meridianlar...
Ə.Kərim
Xüsusi hal kimi bu növün seyrək qafiyəli variantını – bölgüsüz, seyrək qafiyəli sərbəst şeiri fərqləndirmək olar. Burada misraların çoxu, bəzən böyük əksəriyyəti qafiyələnmədən azad olur və qafiyədən çox az istifadə edilir. Xüsusən Mikayıl Rəfili (1905-1958) və Rəsul Rza (1910-1981) yaradıcılığının böyük qismini bölgüsüz, qafiyəli sərbəst şeirin məhz bu xüsusi halına aid etmək olar. Misal:
İştə
Kafe-restoran...
Mavi tumanlı bir elektrik lampası.
Divarda sapılcalı saat...
Tık-tıttık,... tık-tırrık... səsi...
Boçkada qırmızı lentli invalid ayağını qızdıran
Bir xurma ağacı
Qırıq qanad kibi sallamış geniş budaqlarını
Bir çit parçası sarmış qarnını,
Baxır küncdə oturan lal üzlü bir qıza!...
Bir qamış kibi incə, kiçik gərdanını o qızın
Sarı rəngli bir sandalya qucaqlamış...
Mavi bir işıq, halqalı gözlərini
Cırıq bir kisə kibi yamamış...
Yağlı qalın dodaqlarını marçıldadan
Top kibi yumru üz
Yumru vücud bir ayı,
Dörd pəncəsiylə işğal etmiş qarşımdakı masayı.
Baxır o qıza,
Yağlı gözləri axır o qıza...
M.Rəfili
Dostları ilə paylaş: |