Azərbaycan ədəbiyyatında işlənən şeir formaları: vəznlər və şəkillər Şeirin forması onun vəzni və şəkli ilə xarakterizə olunur. Vəzn əsasən şeir misralarının bölgülənmə qay-dasını, uzunluğunu (misrada olan hecaların sayını) və metro-ritmk quruluşunu müəyyən edir. Şeirin şəkli isə misraların qafiyələnmə qaydasını, misraların uzunluqları-nı və şeirin bəndlərə ayrılma qaydalarını müəyyən edir.
Ümumilikdə bütün dünya xalqlarının şeirində 3 növ vəzn fərqləndirilir:
- Sillabik vəzn– misralarda heca saylarının bəra-bərliyinə əsaslanan vəznə deyilir. Əksər dünya xalqlarının (türk, fars, rus, fransız, italyan və s.) şeirində işlənmiş və bir çoxlarında bu gün də işlənməkdədir.
- Tonik vəzn – şeir misralarında vurğulu (daha yük-sək tonlu) hecaların müəyyən qayda ilə düzülüşünə əsaslanan vəzndir. Rus, fransız və b. xalqların şeirində istifadə olunur. Məlumdur ki, türk dilində vurğulu açıq he-calarda belə sait uzanmır, həmçinin şəkilçi qəbul etməmiş sözlərdə həmişə, şəkilçi qəbul etmiş sözlərdə isə əksərən vurğu sonuncu hecaya düşdür. Ona görə də bu dildə vur-ğu böyük əhəmiyyət kəsb etmir. Vurğu böyük əhəmiyyət kəsb etmədiyindən tonik vəzn türk dilinə xas deyil.