2003 cü ildən hakimiyyət mərhum prezident Heydər Əliyevdən ötürülür oğlu İlham Əliyevə və bu vaxtdan Azərbaycan uzun illərdir ki, siyasi məhbus problemindən əziyyət çəkən ölkələrdən biridir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının verdiyi məlumata görə vaxtaşırı olaraq ölkədə siyasi məhbuslar olub. İnsanlar ictimai, siyasi, dini, hüquq müdafiə, bloggerlik, jurnalist və s. fəaliyyətinə, ifadə azadlığına, sərbəst toplaşmaq və s. azadlıqlarının məhdudlaşdırılmasına görə həbs olunublar. Əsassız ittihamlara və ədalətsiz məhkəmə hökmlərinə məruz qalıblar. Zaman- zaman nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda həbs olunan ictimai fəalları vicdan və siyasi məhbus elan ediblər. Hazırda Azərbaycan dünyanın ən çox siyasi məhbusları olan ölkələrindən biridir.