Siyahısı 20 Mart 2019 IL Ümumi məlumat



Yüklə 3,01 Mb.
səhifə11/75
tarix10.01.2022
ölçüsü3,01 Mb.
#108329
1   ...   7   8   9   10   11   12   13   14   ...   75
2.Hüquq müdafiəçiləri -1 nəfər


  1. R üstəmov Əliabbas Fəxrəddin oğlu

Saxlanma tarixi: 28 iyun 2014-cü il
İttiham: CM-nin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi

Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Əliabbas Rüstəmov “Yasavul” hüquq şirkətinin rəhbəri və tanınmış hüquqşünasdır. Həbsindən əvvəl cənab Rüstəmov hakimiyyətin açıq tənqidçilərindən biri kimi çıxış edib. Facebook profilində ardıcıl olaraq ölkədəki problemlərlə bağlı sərt tənqidlər söyləyib və tənqidi yazıları paylaşıb. Əliabbas Rüstəmov Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkilərində müxalif blok olan Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləyib və onun mitinqlərində iştirak edib. Seçkidən sonra da Milli Şuranın keçirdiyi tədbirlərə, ictimai dinləmə və marafonlara qatılıb.
Əliabbas Rüstəmov həbsindən öncə vicdan məhbusu Anar Məmmədlinin (SMDT rəhbəri) vergi ittihamı ilə bağlı məhkəmə prosesində onun nümayəndəsi olmaq üçün müraciət edib. Xatırladaq ki, o, bu sahə üzrə çox məşhur vəkil sayılır, lakin inzibati yollarla onun Anar Məmmədlinin müdafiəsində iştirak etməsinə əngəl yaradılıb. Həbsxanada olan Anar Məmmədli Əliabbas Rüstəmovun nümayəndə olmasına razılıq imzasını notariusun iştirakı ilə təsdiq etməli idi, lakin saxlanıldığı təcridxananın rəhbərliyi ona bu şəraiti yaratmayıb.
17 mart 2014-cü ildə isə Əliabbasov Rüstəmov prezident İlham Əliyevə ölkə ictimaiyyətinin diqqətini özünə çəkən çox sərt məzmunlu müraciət ünvanlayıb. Müraciət ilk öncə açıq məktub kimi “Azadlıq” qəzetində dərc edilib, sonradan digər KİV-lərdə və sosial mediada yayılaraq böyük rezonans yaradıb 1.
Dövlət başçısına “ətrafınızda olan yüksək rütbəli şəxslərin faktiki olaraq quldurluq fəaliyyəti barədə dolğun məlumat” sözləri ilə başlayan həmin müraciətdə 100 milyonlarla məbləğdə büdcə vəsaitinin oğurlanması barədə faktlar sadalanır. Bu məktubdan sonra Əliabbas Rüstəmovun həbs ediləcəyi deyilirdi və 28 iyun 2014-cü ildə, bu, doğrudan da baş verdi. Əliabbas Rüstəmov həbs olunan gün yalnız “Azadlıq” qəzetinin müxbiri ilə danışmağa macal tapıb. “Saxlanılan gün Əliabbas Rüstəmov mənə zəng elədi və rüşvət almaqda ittiham olunduğunu dedi. O özünün saxlanılmasını sifarişli və prezidentə müraciətlə bağlı olduğunu düşünür” - Azadlıq qəzetinin müxbiri Vidadi Məmmədov həmin gün BBC Azərbaycancaya vəkilin sözlərini çatdırıb.2
“Vəkilin öz müştərisindən necə rüşvət ala bilər və bunu necə iddia etmək olar?!” deyə yerli mətbuat Əliabbas Rüstəmova qarşı irəli sürülən rəsmi ittihamı “absurd” adlandırıb. Əliabbas Rüstəmovun

həbsi tənqidi mövqeyi, müxalif mövqeli insanları müdafiə etməsi və dövlət başçısına sərt açıq məktub yazması ilə bağlıdır.

Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin