Hökm : 06 noyabr 2015-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cənab Rüstəmov 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi 18 avqust 2016-cı il tarixli qərarı ilə hüquq müdafiəçisinin şikayətini təmin etməyərək onu həbsdə saxlayıb.
Hakim : Rahib Salmanov
3.Siyasi partiya fəalları - 7 nəfər
Y usifli Asif Qəmbər oğlu
Saxlanma tarixi: 25 dekabr 2014-cü il
İttiham : CM-nin 178.2.4 (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmarəsmi sənədləri saxtalaşdırma) maddələri