Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvü,
Həbs olunan gün A.Yusifov AXCP-nin Nərimanov şöbəsinin sədri Hacı Abbaslının avtomobili ilə birlikdə ofisə gedib, qayıdarkən sürücü yolda siqaret almaq üçün mağazaya gedib və ordan qayıdanda görüb ki, A. Yusifov avtomobildə yoxdur.
Sonradan məlum olub ki, A.Yusifov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hökm :Bakı Ağır Cinayətlər Məhkəməsi 31 iyul 2015-ci il tarixdə cənab Yusiflinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 09 oktyabr 2015-ci il tarixdə bu hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Ali Məhkəmə (sədrlik edən hakim Əli Seyfəliyev) cəzanın azaldılaraq 6 ilə endirilməsi barədə qərar qəbul edib.
Cənab Yusifli Qarabağ müharibəsi əlilidir, həbsindən qısa müddət əvvəl ayağından əməliyyat keçirib, himayəsində 2 azyaşlı uşağı var ki, onlardan da biri ağır formalı diabet xəstəliyindən əziyyət çəkir.
Dostları ilə paylaş: |