İş üzrə qısa arayış: AXCP Xətai Şöbəsi Gənclər Komitəsinin sədri olan cənab Əhmədli Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb, onun evində axtarış aparılıb, axtarış zamanı Fətullah Gülənin çıxışları, “Gülən camaatı” adlandırılan qrupun üzvləri və “Hizmət imam”ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələri barədə sənədlər, “fətullahçılığın” təbliğini nəzərdə tutan dini məzmunlu müxtəlif ədəbiyyat, elektron informasiya daşıyıcılarının aşkar edildiyi bildirilib, gənc fəalın valideynləri bunu təkzib ediblər.
Gənc fəal həbs edilərkən onun yaxınlarına heç bir məlumat verməyiblər, həbsindən 10 gün keçməsinə baxmayaraq bir dəfə də olsun evlərinə zəng etməyib, vəkili isə onunla görüşə bimir, belə ki, cənab Əhmədlini saxlayan DTX –dan vəkilə bildirilib ki, o buradan aparılıb, çünki işin istintaqını Baş Prokurorluq aparır, lakin həbsindən yalnız 10 gün sonra onun elə DTX-nin istintaq təcridxanasında olduğu məlum olub və vəkil onunla görüşə bilib. Sonradan gənc fəal Bakı İstintaq Təcridxanasına köçürülüb.
Cənab Əhmədli social şəbəkələrdə və etiraz aksiyalarında fəallardan olub, 2015-ci il ərzində etiraz aksiyaları ərəfəsində və ya sonar 2 dəfə inzibati qaydada (25 və 10 gün müvafiq ardıcıllıqla) həbsə atılıb.