Saxlandığı tarix: 7 may 2018- ci il İttiham: Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə ittiham olunur. İş üzrə qısa arayış: Orxan Baxışlı AXCP Gənclər Komitəsinin fəallarındandır. Bakıda mart ayında “Diktatoru tanıdaq” aksiyasında iştirak etdiyinə görə öncə 30 sutka inzibati həbs cəzasına məruz qalıb. Həbsdən çıxdıqdan sonra 03 may- Beynəlxalq Mətbuat günü mərhun jurnalist Elmar Hüseynovun məzarı başında çıxış edərək hakimiyyəti tənqid edib. Cəbhəçi gənc çıxışında Elmar Hüseynovun Əliyev hökuməti tərəfindən qətlə yetirildiyini bildirib. Bundan bir neçə gün sonra külli miqrdarda narkotka ittihami ilə həbs olunub. O, həbs olunan günə qədər bir neçə həftə izlənilib və onun hərəkətlərinə nəzarət olunub. Daim polisin nəzarəti altında olan şəxsin külli miqdarda narkotika gəzdirməsi və daşıması absurddur. Orxan Baxışlı və onun təmsil olunduğu AXCP ona qarşı irəli sürülən ittihamları saxta, qurama hesab edir və bu ittihamların ictimai fəalın fəaliyyəti ilə əlaqədar olduğunu bildirir.
Hökm : 18 sentyabr 2018 il . 6- il müddətinə azadlıqdan məhrum olundu.