Siyahısı 20 Mart 2019 IL Ümumi məlumat


( http://olaylar.az/news/kriminal/216696 )



Yüklə 3,01 Mb.
səhifə33/75
tarix10.01.2022
ölçüsü3,01 Mb.
#108329
1   ...   29   30   31   32   33   34   35   36   ...   75
( http://olaylar.az/news/kriminal/216696 )


  1. Elşən Mustafaoğlu (Mustafayev)


Saxlanma tarixi; 17 dekabr 2014- cü il

İttiham; 274- cü maddə (dövlətə xəyanət)

İş üzrə qısa arayış: İlahiyyətçi Elşən Mustafaoğlu17 dekabr 2014-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb, 2014-cü ilin dekab ayının 19-da Elşən Mustafaoğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Mustafaoğlu CM- nin 274- cü maddəsi ilə (dövlətə xəyanət) ittiham edilir.

E.Mustafaoğlu 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti", 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişlərinin aparıcısı olub.

2008-ci ildə ANS-PRESS Nəşriyyat Evində Nəşriyyat Departamentinə rəhbərlik edib. Həmçinin “Azərbaycan-Amerika Media Akademiyası”nın direktoru olub.

Dini camiyədə böyük nüfuza malik Elşən Mustafaoğlu 30-dan çox elmi, publisist və analitik məqalənin, 5 elmi əsərin müəllifidir. 20-yə yaxın elmi-nəzəri seminar və elmi toplantı təşkil etmiş, bir neçə yerli və beynəlxalq konfranslarda, o cümlədən, ABŞ, Türkiyə, İran, Misir və Səudiyyə Ərəbistanında keçirilən konfrans və seminarlarda iştirak və bir neçəsində məruzə ilə çıxış etmişdir.

İl yarımdan çox istintaqı davam edən Elşən Mustafaoğlunun 2016- cı il iyulun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi başlayıb. İlahiyyatçının vəkili Əfqan Məmmədov bildirib ki, ibtidai istintaq kobud qanun pozuntuları ilə aparılıb: “Elşən Mustafayevin əməlində heç bir cinayət yoxdur. İş konkret faktlara yox, müstəntiqin fərziyyələrinə əsaslanır. İttiham aktı detektiv əsəri xatırladır. Bu işdə MTN qarşısına məqsəd qoyub ki, Elşən Mustafayevi nəyin bahasına olursa olsun, həbs etsin, onu mənəvi cəhətdən məhv eləsin”.

Vəkilin sözlərinə görə, ilahiyyatçı Azərbaycan dövlətinə qarşı düşmənçilik fəaliyyəti aparmaqda, İran təşkilatına işləməkdə ittiham olunur, amma bu fəaliyyətin konkret nədən ibarət olduğuna dair bir dənə fakt yoxdur: “İttiham aktında yazılıb ki, Elşən Mustafayev 1992-ci ildən İranın SEPAH təşkilatı ilə əməkdaşlıq edir və ona “Mustafa” təxəllüsü verilib. 1992-ci ildə onun 17 yaşı olub. Yəni MTN həmin təşkilatı o qədər savadsız hesab edir? MTN-nin bu cür qeyri-ciddi hərəkətləri təəccüb doğurur. Ehtimal əsasında adamı ittiham edib tuturlar? Mən bu ittiham aktını detektiv janrı kimi oxumuşam”.

Elşən Mustafaoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir, bu ittihamların şər- böhtan olduğunu bildirib. O, məhkəmədə qeyd edib ki, onu 2014-cü ildə MTN-nin Əks-Kəşfiyyat Baş İdarəsi tərəfindən MTN-nin keçmiş rəhbərliyi Milli Qəhrəman Rövşən Əkbərov, Əlayif Mustafayev və Allahşükür Paşazadə əleyhinə zorla ifadə almağa çalışıblar. E. Musatafaoğlu MTN- də işgəncəyə məruz qaldığını bildirib.

Müstəqil ekspertlər Elşən Mustafaoğlunun həbsini onun dini camiyədə yüksə intelektə və nüfuza malik olması ilə əlaqələndirir və ilahiyyətçi alimin azadlıqdan məhrum edilməsini keçmiş MTN- nin son 10 ildə Azərbaycanda həyata keçirdiyi “vətən xainlərini ifşa etmək” qondarma kampaniyanın tərkib hissəsi hesab edir.



Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin