Siyahısı 20 Mart 2019 IL Ümumi məlumat


Jurnalist Araz Quliyevlə birlikdə Masallı rayonunda tutulan şəxslərin işi



Yüklə 3,01 Mb.
səhifə34/75
tarix10.01.2022
ölçüsü3,01 Mb.
#108329
1   ...   30   31   32   33   34   35   36   37   ...   75
Jurnalist Araz Quliyevlə birlikdə Masallı rayonunda tutulan şəxslərin işi
Jurnalist Araz Quliyevlə birgə həbs edilən bu şəxslərin hamısı inanclı Masallı rayon sakinləridir, onların bəziləri cənab Quliyevin dostları, bir nəfəri - cənab Əliyev Nicat jurnalistin qohumu, digərləri isə tanışlarıdır. Bu şəxslərin bir neçəsi cənab Quliyevə onun baş redaktoru olduğu saytda materialların yayılması üçün məlumatların toplanmasında iştirak ediblər, bir neçəsi 2010-cu ilin sonunda məktəblərdə hicaba qadağa qoyulduqdan sonra keçirilmiş dinc aksiyalarda iştirak etmişdir. Jurnalistin həbs edildiyi gün onunla birgə bu şəxslərdən yalnız Tahirov Ziya birlikdə olub, digər şəxslərdən yalnız Ağalı Rza (o cənab Quliyevlə sentybarın 6-da saxlanılmışdı) eyni gündə, digərləri isə sonradan başqa tarixlərdə həbs ediliblər. Bununla belə onların hamısına Masallı rayonunda folklor festivalı çərçivəsində keçirilən diskoteka zamanı insanlara daş atmaqda və cənab Quliyevə qarşı irəli sürülən digər ittihamlarda təqsirli biliblər. Bu şəxslərin cənab Quliyevə yardımçı olduqları üçün və ondan qisas almaq üçün, o cümlədən ittihamı daha ağır etmək (cinayətin mütəşəkkil dəstə tərəfindən törədildiyini iddia etmək üçün) üçün həbs edildikləri şübhə doğurmur.

Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərin xeyrinə verilmiş ifadələr deyil, şübhəli və suallar doğuran ifadələr daha mötəbər sübut kimi qiymətləndirilmişdir. Məsələn cənab Kazımovun hadisə yerində olduğunu cəmi bir şahid Hacəli Cavadov iddia etsə də, eyni anda həmin ərazidə olduğunu deyən digər şahidlər cənab Kazımovu orda görmədiklərini deyiblər. Bundan əlavə cənab Kazımovun evindən narkotik maddənin tapıldığı iddia edilən axtarış cənab Kazımovun və müdafiəçisinin iştirakı olmadan aparılıb.

Məhkəmənin yekun hökmündən görünür ki, təqsirləndirilən bir sıra şəxslərin konkret olaraq hansı qanunsuz hərəkət etməsi dəqiqləşdirilməyb, baş vermiş ümumi hadisəyə görə qanunsuz olaraq həbs edilmiş şəxslərə uzun müddətli azadlıqdan məhrumetmə cəzaları kəsilmişdir. Təqsirləndirilən şəxslərin bəzilərinə cinayətkar dəstə və ya birlik yaratma ittihamı verilməsi, bəzilərinə isə bu ittihamın veriməməsi, lakin hamısının eyni hadisəyə görə təqsirli bilinməsi ittihamın saxta və tələsik şəkildə hazırlanaraq verildiyini göstərir.



  1. Yüklə 3,01 Mb.

    Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin