İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri
Hökm: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərov bu qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.
2015-cı ilin noyabrın 26- da Nardaran qəsəbəsində keçirilən və 6 nəfərin ölümü, həmçinin yaralananların olması ilə nəticələnən xüsusi polis əməliyyatı bu qəsəbədə ilk belə əməliyyat deyil. Birinci dəfə pols dinc qəsəbə sakinlərinə 2002-ci ilin yayında hücum edib. Kənd sakinlərinə qarşı polis hücumu nəticəsində bir nəfər həlak olub, onlarla adam ağır yaralanıb, 40-dan çox adam həbs edilib.
Hüquq müdafiəçiləri həbs edilənləri və Vətənə xəyanətdə (İranın xeyrinə casusluq), dövlət çevrilişi, mütəşəkkil qrupun tərkibində silahl qiyamda iştirak etmək, silah saxlamaqda və s. qanunsuz ittiham olunanları müdafiə edib.
2002-ci ildə irəli sürülən ittihamlar öz təsdiqini tapmadı. Həbs edilən və mühakimə olunan nardaranlılar sonradan əfv olundular və ya öz cəza müddətlərini başa vurdular.
Nardaran sakinlərinə qarşı amansız repressiyalar Azərbaycanda qədim olan Hacı Baxış məscidinin və populyar ziyarətgahın qəsəbə ərazisində yerləşməsi ilə izah edilir. Ölkə məscidlərinin əksəriyyəti Dini İşlər üzrə Dövlət Komitəsinin və şeyxülislamın nəzarətindədir. Lakin Nardarandakı ziyarətgah öz müstəqilliyini qorumaqda davam edir. Məhz həmin məscidlərdə İlham Əliyevin siyasətilə bağlı tənqidlər eşitmək olur.