Hökm : Jurnalist 29 yanvar 2015-ci il tarixində Abşeron Rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfovanın çıxardığı hökm əsasında ağır cəzaya - 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. S.Həzinin əleyhinə ifadə verən Məhərrəm Həsənov isə 6 ay müddətinə azadlıqdan məhrum edilib və o artıq azadlıqdadır. Sumqayıt Apellyasiya Məhkəməsi 5 sentyabr 2015-ci il tarixdə, Ali Məhkəmə isə 15 aprel 2016-cı il tarixdə jurnalist barədə çıxarılmış hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Məhkəmə müşahidələri birmənalı şəkildə deməyə əsas verir ki, jurnalistin həbsi əvvəlcədən qurulmuş plan üzrə həyata keçirilib, ona qarşı təxribat törədilib və nəticədə bu təxribatdan istifadə edilərək o saxlanılıb. Proseslər zamanı jurnalistin və onun vəkilinin verdiyi və birbaşa işin mahiyyətinin açılmasına yönələn vəsastətlərin heç biri təmin olunmayıb. Xüsusən ittiham aktında cinayət işinin açıldığı vaxtın göstərilməməsi, işin ekspertiza keçirilmədən başlanması, hadisənin iştirakçısı olmuş Həsənovun ziddiyyətli ifadələri, jurnalistlə onun arasında əslində Facebook-da heç bir yazışmanın olmaması, Həsənovun hadisə yerində 2 saatdan əvvəlcədən olaraq jurnalisti gözləməsi və bunu sübut edəcək telefon danışıqlarının siyahısı və vaxtının alınması kimi məsələlər araşdırılmayıb.
Seymur Həzi həbsindən əvvəlki illərdə də jurnalist fəaliyyətinə görə təzyiq və təqiblərə məruz qalıb. O 26 mart 2011-ci il tarixdə yaşadığı Ceyranbatan qəsəbəsində bu hadisənin baş verdiyi eyni yerdən oğurlanaraq naməlum yerə aparılmış, naməlum maskalı şəxslər tərəfindən zorakılığa məruz qalmış və “Axmaq olma, İlham Əliyev haqqında” yazma mesajını almışdı. Bu hadisə ilə bağlı jurnalist açıq şəkildə mətbuata müsahibə vermiş, hüquq-mühafizə orqanlarına etdiyi müraciətlər cavabsız qalmış, təkidlərdən sonra faktla bağlı açılmış cinayət işi nəticəsiz yekunlaşmışdı.
Jurnalist Amnesty International tərəfindən “vicdan məhbusu” kimi tanınıb.
Jurnalist Elçin İsmayıllı, kent.info saytının baş redaktorudur
Dostları ilə paylaş: |