Siyahısı 20 Mart 2019 IL Ümumi məlumat


Saxlandığı tarix. 08 may 2018- ci il



Yüklə 3,01 Mb.
səhifə17/75
tarix10.01.2022
ölçüsü3,01 Mb.
#108329
1   ...   13   14   15   16   17   18   19   20   ...   75
Saxlandığı tarix. 08 may 2018- ci il
İttiham :Maddə 234.3.4 (külli miqdarda nakrotik), Maddə 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), Maddə 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma)
İşlə bağlı qısa arayış. Saleh Rüstəmov keçmiş AXCP üzvüdür. 1992- 93- cü illərdə Gədəbəy rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Sonrakı müddətdə ölkəni tərk edərək Rusiyada yaşayıb və həmin ölkənini vətəndaşlığını alıb. Qohumunun hüzrünə gələrkən 08 may 2018- ci ildə Şəmkir rayon ərazisində həbs olunub. Bir müddət yeri gizli saxlanılıb. Sonradan məlum olub ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin 234.3.4- cü maddəsi ilə cinayət işi açılıb. Uzun müddət vəkili və ailə üzvləri ilə görüşməsinə, əlaqə saxlamasına imkan verilməyib. Yalnız ictimai təpkidən sonra onun qardaşı Valeh Rüstəmovla görüşməsinə imkan verilib. Mənəvi və fiziki işgəncələrə, təzyiqlərə və təhdidlərə məruz qalıb. Daha sonra bir neçə AXCP üzvləri həbs edilərək Saleh Rüstəmova və onlara qarşı eyni ittihamlar irəli sürülüb. Ona qarşı irəli sürülən ittihamlar (Maddə 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) öncəki ittihamdan (Maddə 234.3.4) tamamilə fərlənərək həmin ittihamı arxa plana keçirmişdir. Eyni zamanda Respublika Prokurorluğunun və DİN- in yaydığı birgə məlumatda Saleh Rüstəmovun ölkənin aparıcı müxalifət partiyalarından olan AXCP- ni maliyələşdirməsinə dair ittihamlar yer alıb (“Aqil Ali Məhərrəmlinin işi”- nə bax- red.). Bütün bunlar onu göstərir ki, Saleh Rüstəmli AXCP- yə maliyyə yardımı göstərdiyinə görə həbs olunub və həbsi siyasi motivlidir.

25 may 2018 il tarixdə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.




Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin