Hökm : 27 fevral 2019 ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmi ilə 7 il 3 il ay həbsə məhkum edib.
Hakim : Elnur İsmaylov
. Aqil Əli Məhərrəmli AXCP Rəyasət Heyətinin üzvü .
Saxlandığı tarix: 23 may 2018- ci il İttiham: Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma)
25 may 2018 il tarixdə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.
Hökm : 27 fevral 2019 ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmi ilə 4 il həbsə məhkum edib.
Hakim : Elnur İsmaylov
İş üzrə qısa arayış: Aqil Əli Məhərrəmli AXCP Rəyasət Heyətinin üzvüdür. İctimai- siyasi fəaldır. O, müxalifətin aparıcı qüvvələrindən olan Milli Şura və AXCP- nin tədbirlərinin, kütləvi aksiyalarının təşkilatçılarından biridir. Onun həbsinə dair öncədən bəzi məlumatlar var idi.
26 may 2018- ci ildə Respublika prokurorluğu və DİN- nin birgə yaydığı məlumatda qeyd olunur ki, “Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiya Federasiyasının ərazisində təbliğat aparmışdır
Aqil Əli Məhərrəmlinin və digərlərinin DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində qanunvericiliyə zidd olaraq saxlanması, 1 həftə məhkəmə önünə çıxarılmaması, etirafedici ifadələrin alınması üçün orda işgəncələrə məruz qalması, İstintaq təcridxanasında olarkən uzun müddət yaxınları ilə əlaqə saxlamasına imkan verilməməsi qanunsuz olmaqla yanaşı AŞPA- nın 03 oktyabr 2011- ci il tarixli “siyasi məhbus kriteriyaları”-nın pozuntusunu təşkil edir.