Şəxs barədə qısa arayış: Cənab Dadaşbəyli Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və İstehsalın idarə olunması” ixtissası üzrə təhsil alıb. 1992-1998-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 1998-ci ildən “Azəri EM-AY Drillinq Flyuids” azərbaycan-amerikan birgə müəssisəsində material-texniki təchizat üzrə kordinator vəzifəsində çalışıb. Kanada hökuməti mütəxəssis fəaliyyəti ilə əlaqədar olaraq ona daimi yaşayış haqqında pasport təqdim etmişdir. Evlidir, 2 azyaşlı uşağı var.