Süleymanov Abgül Nemət oğlu 2012-ci ildə 11 il azadlıqdan məhrum edilib.
“Cəfəri heyət”dini icmasınınrəhbəri Abgül Süleymanov 2011-ci il avqustun 12-də “Azərbaycana qarşı düşmənçilik fəaliyyəti, xarici dövlət və onun nümayəndəsilə əlbirlik, həmçinin iğtişaşlara, ictimai təhlükəsizliyin pozulmasına və vətəndaşları itaətsizliyə təhriketmə” ittihamı ilə həbs olunub.
Hökm : 2012-ci il avqustun 10-da Ağır Cinayətlər Məhkəməsi A.Süleymanovu AR CM-in 228.1 (odlu silahın, hərbi sursatın qanunsuz əldə edilməsi, saxlanması, gəzdirilməsi), 234 (narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması, gəzdirilməsi) və 283.2.1 (dini düşmənçiliyin qızışdırılması) maddələri ilə təqsirli bilərək 11 il azadlıqdan məhrum edib.
RƏY: Həm istintaq zamanı, həm də məhkəmədə A.Süleymanov ona qarşı ittihamların saxtalaşdırıldığını bildirib və deyib ki, silah və narkotik maddəni onun üzərinə polislər qoyublar.
A.Süleymanov tanınmış din xadimlərinə qarşı siyasi repressiyaların qurbanıdır.