Hərəkatın fəaliyyətinə İdarə Heyəti rəhbərlik edir.
Hərəkat qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etsə də, sənədlərində qüsurla olduğu iddiasıyla qeydiyyatdan imtina edilib. 26 noyabrda Nardaranda nə baş verib? 26 noyabr 2015-ci ildə Nardaranda 6 nəfərin ölümü, 4 nəfərin yaralanması və ilkin olaraq 14 nəfərin həbs olunması ilə nəticələnən qarşıdurma baş verib.
Həlak olanlardan 2-si Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı (polis serjantı Vüqar Əyyub oğlu Nəsibov və polis serjantı İsmayıl Rəsul oğlu Tağıyev), digər 4 nəfər isə Babayev Əkbər Nazim oğlu, Səfərov Sarvan Şirvan oğlu, Bünyatov Fərayıl Zeynalabdin oğlu və Bünyatov Rəfayıl Zeynalabdin oğlu) qəsəbə sakinidir. (Onlardan biri sonradan xəstəxanada keçinib). Hadisədən sonra Nardaranlılar qəsəbədə etiraz aksiyası keçiriblər, barrikadalar qurulub və yaşayış məntəqəsinə giriş-çıxışı bağlanıb. Hadisədən 3 gün sonra Nardaran Ağsaqqallar Şurası İmam Hüseyn meydanının boşaldılması və barrikadaların sökülməsi haqqında qərar qəbul edib. Bundan sonra 1-2 dekabr 2015-cil tarixlərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu Nardaranda birgə əməliyyat keçirib, qəsəbənin küçə və meydanlarından dini simvollar o cümlədən bayraq, şüar və yazılar götürülüb, qəsəbədə bəzi evlərdən silah-sursatın aşkar olunaraq götürüldüyü və daha 19 nəfərin həbs olunduğu bildirilib. 1-ci qrup