Saxlanma yeri: Qobustan qapalı təcridxanası
3-cü qrup. Sabunci rayon məhkəməsi tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Nardaran kənd sakinləri; 26 noyabr 2015- ci ildə Nardaran qəsəbəsində həyata keçirilmiş xüsusi əməliyyatdan sonra adı çəkilən qəsəbədə “təmizləmə” işləri aparılıb. Qəsəbədə tanınan, nüfuzlu və fəal insanlar, eləcə də öncədən polisin nəzarəti altında olan bir çox şəxslər həbs edilib. =====================
İttiham; CM-nin 214.2.1- ci (mütəşəkkil qrupun tərkibində terror), 214.2.3- cü (odlu silah tətbiq etməklə terror), 214.2- ci (terrora açıq çağırışlar), 220.2- ci (kütləvi iğtişaşlara çağırışlar və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaq), 228.3- cü (mütəşəkkil cinayətkar qrupun tərkibində qanunsuz silah dövriyyəsi), 228.4- cü (qanunsuz odlu silah və qaz balonlarının gəzdirilməsi), 234.4.3- cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma),
278- ci (hakimiyyətin zorla ələ keçirilməsi), 279.1- ci (qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirak), 281.2- ci (mütəşəkkil qrupun tərkibində silahlı qiyamda iştirak) və 283.2.3- cü (mütəşəkkil qrupun tərkibində dinlərarası ədavətin qızışdırılması) maddələri ilə ittiham olunur.