İşlə bağlı arayış; Müsəlman Birliyi Hərəkatının cənub bölgəsi üzrə koordinatoru və İdarə Heyətinin üzvüdür. Taleh Bağırzadə və təşkilatla bağlı açılmış ümumi cinayət işi üzrə itiham olunur. 2015- ci il 26 noyabr hadisələri zamanı Nardaranda və ümumiyyətlə ölkədə olmayıb və sonradan həbs olunub. Özünü təqsirli bilmir.
Hökm :28 dekabr 2017-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Hakim : Bayramov Mail Fərhad Mirzəhəsən oğlu Muradov
Saxlanma tarixi; dekabr, 2015
İttiham;Azərbaycan respublikası Cinayət Məcəlləsinin 214.2.1- ci (mütəşəkkil qrupun tərkibində terror), 214.2.3- cü (odlu silah tətbiq etməklə terror), 214.2- ci (terrora açıq çağırışlar), 220.2- ci (kütləvi iğtişaşlara çağırışlar və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaq), 228.3- cü (mütəşəkkil cinayətkar qrupun tərkibində qanunsuz silah dövriyyəsi), 228.4- cü (qanunsuz odlu silah və qaz balonlarının gəzdirilməsi), 278- ci (hakimiyyətin zorla ələ keçirilməsi), 279.1- ci (qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirak), 281.2- ci (mütəşəkkil qrupun tərkibində silahlı qiyamda iştirak) və 283.2.3- cü (mütəşəkkil qrupun tərkibində dinlərarası ədavətin qızışdırılması) maddələri ilə ittiham olunur.