Əfqan Muxtarlı- jurnalist , “Azadlıq” radiosunun keçmiş əməkdaşı
Həbs : 29 may tarixdə Tblisi şəhərində oğurlanıb Bakiya aparılmışdır
İttiham : Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
İş üzrə qısa arayış: Ə.Muxtarlı hakimiyyətin qanunsuzluğu ilə bağlı bütün aksiyalarda iştirak edib, tənqidi materiallar yazıb.
Ə.Muxtarlı Qarabax müharibəsi qazisidir.
31 may tarixdə Səbail məhkəməsində Ə.Muxtarlı onun oğurlandığı barəsində danışıb –
29 mayda Tiflis şəhərinin mərkəzində başına torba keçirilib və maşina yerləşdirilmişdir .
Bir neçə saatdan sonra Azərbaycanda olduğunu bilib , və cibinə 10000 ABŞ dollarını qoyub məhkəməyə gətirilib.
Vəkillər sərhədi keçən zamanı videokameranın çəkilişini tələb ediblər , amma hakim vəsatəti rədd edib.
Dostları ilə paylaş: |