Dövlətin mənşəyi və mahiyyəti haqqında nəzəriyyələr
Dövlətdən danışarkən onun mənşəyi məsələsinə də diqqət yetirilməlidir. Bu münasibətdə müxtəlif baxışlar mövcuddur.
Dövlətin mənşəyi haqqında üç nəzəriyyə daha geniş yayılmışdır: üzvi, teokratik və ictimai müqavilə nəzəriyyəsi. Üzvi məktəbin nümayəndələri cəmiyyəti ictimai orqa- nizmə bənzədir, sosial həyatı bioloji qanunauyğunluqlar ilə izah edirdilər. Bu an'ana Platondan başlayır. Aristotel da göstərirdi ki, dövlət ümumi faydanın başa düşülməsi naticəsində yaranır. Teokratik nəzəriyyələr (Avqustin va başq.) dövlətin mənşəyi və fəaliyyətini ilahi qüvvələrin tə'siri ila izah edirdi; ictimai müqavilə nəzəriyyəsinə görə insanlar cəmiyyətdə və dövlətdə təbiətin qüvvələri qarşısında aciz qaldıqları üçün birləşirlər (Hüqo Qrotsi, Hobbs, Lokk, Rus- so va başqaları). XIII əsrdə yaşamış böyük azərbaycan mütəfəkkiri N.Tusi qərbdə bu barədəki fikirləri bir neçə yüz il qabaqlayaraq göstərirdi ki, dövlət ümumi razılığın, ictimai müqavilənin məhsuludur.
LF.Hegel dövləti "axlaqi ideyanın gerçəklamasi", "ağı- lin ifadəsi və gerçəkliyi" adlandırırdı. O, dövlətin əsasını zorakılıqda görürdü. Marksizmə görə dövlət cəmiyyətin in- kişafının müəyyən mərhələsində yaranmış ziddiyyətlərin məhsuludur (xüsusi mülkiyyətin). Bu təlim dövləti bir qrup insanların (sinfin) digərlərini əzmək və istismar etmək maşını hesab edirdi. O dövlətin yaranmasını ictimai əmək bölgüsünün nəticəsində xüsusi mülkiyyətin və siniflərin meydana gəlməsi ilə bağlayırdı.
İbtidai camiyyatda xüsusi hakimiyyət orqanı yox idi, idarəçiliyi bütün ağsaqqallar aparırdılar. Onların qəbilə daxilində nüfuzu şaxsi keyfiyyatlari (tacrúbasi, mardliyi va ila ölçülürdü. Sonralar ictimai həyatın ağıllığı) ila mürəkkəbləşməsi xüsusi idarəçilik orqanının dövlətin yaranmasını zəruri etmişdir. Lakin dövlət boş yerdə yaranmamışdır. Onun kökləri keçmiş qəbilə əyanlarına və harbi başçılara gedib çıxır.
Dövlətin mənşəyi müxtəlif regionlarda tam eyni olmamışdır. Bu münasibətdə vaxtilə K.Marksın irəli sür- düyü «Asiya istehsal üsulu» anlayışı diqqəti cəlb edir. O göstərirdi ki, qərbdən fərqli olaraq bir sıra şərq ölkələrində xüsusi mülkiyyət ayrı-ayrı sahibkarlara deyil, əsasən dövlətə məxsus olmuşdur. Bu ölkələrdə dövlət xüsusi rol oynayırdı. On illər boyu davam edən an'anələr, müxtəlif qohumluq və yerliçilik əlaqələri cəmiyyətdəki sosial mənafelər arasındakı ziddiyyətləri müəyyən qədər yumşaldırdı. Şərq ölkələrində dövlətin mənşəyini tədqiq edən amlar arasında belə bir fikir geniş yayılmışdır ki, bu ölkələrdə dövlət siniflərin yaranmasından əvvəl meydana gəlmişdir.
M.Veberin fikrincə dövlət bir qrup insanların başqaları üzərində legitim (qanuni) zorakılığına əsaslanan ağalıq münasibətidir.
Hegel göstərirdi ki, dövlət ictimai qaydaları qoruyan təşkilatdır, o gecə növbətçisinə bənzəyir, əsas məqsədi öz vətəndaşlarının sakitliyini qorumaqdır.! Monteskye da dövləti vatandaşların keşiyini çəkən alat hesab edirdi.
M.Ştirnerin fikrincə dövlət və ya nizamlanan cəmiyyət fərdi azadlığın tabutudur. «Dövlətin məqsədi - şəxsiyyəti məhdudlaşdırmaq, cilovlamaq, ram etmək və müəyyən bir ümumi prinsipin ta'siri çərçivəsinə salmaqdır. Dövlət, şəx- siyyətin öz hüquqlarını ta'min edə bilməyəcəyi vaxta qədər yaşayacaqdır».
Dövlətin əleyhinə çıxış edən anarxistlər onun əvəzinə "azad federasiyanın" yaradılmasını talab edirdilar (Mixail Bakunin, "Dövlətçilik və anarxiya", 1873). Cəmiyyətdəki kortabiilik, insanların təbii instinktləri, gələcəyin elmi-nəzəri cəhətdən asaslandırılmasının qeyri-mümkünlüyü bu ideyanın əsasını təşkil edir.
Aristotel dövlət haqqında tam əksinə düşünürdü. Onun fikrincə, "Har bir dövlət ittifaq olduğuna görə, hər bir ittifaqın yaranma məqsədi isə xeyirxahlıq olduğuna görə belə nəticə çıxarmaq olar ki, insanların hər bir birləşməsi müəyyən bir xeyra doğru hərəkət edir, ittifaqın ən ləyaqətli- si, an layaqətli xeyirxahlığa nail olmağa çalışır. Sonuncu isə elə dövlətin özüdür (dövlət ittifaqı)"
Antietatizm (dövlətin iqtisadi va digar hayat fəaliyyəti- nin sahalarina qarışmaması) mövqeyindən çıxış edən tadqi qatçılar (mas. Pyotr Kropotkin) hesab edirdilər ki, insan co- miyyətinin bütün ictimai formaları durğunluğa meyillidir, avazinə azad istehsal kommunalar federasiyası ideyası irəli sürülürdü.
Müasir politoloji fikirdə dövlət dedikdə insanların, ictimai qrupların, siniflərin və birliklərin birgə fəaliyyətini va münasibətlərini təşkil edən, istiqamətləndirən və onlara nazarot edan asas siyasi sistem başa düşülür. Dövlət cəmiyyətdə siyasi hakimiyyətin va bu hakimiyyətin mərkəzləşdirilmiş ifadəsi olan siyasətin mərkəzi institutu hesab olunur.
Dövlətə verilən başqa bir ta'rif də diqqəti cəlb edir. «Dövlət cəmiyyətin yaşaması va taraqqisinə kömək edən bütöv bir tam kimi götürülən xalqın mütəşəkkil hüquqi hɔ- yatını ta'min edən, hakimiyyət institutlarının (qanunverici, icraedici və məhkəmə) normal fəaliyyətini həyata keçiran, öz orazisini nozaratda saxlayan, xalqını xarici təhlükədan qoruyan, digər dövlətlər qarşısında öz öhdəliklarini yerins yetirməyə təminat verən, təbii mühiti və mədəni dəyərləri hifz edan orqanlar sistemidir.
Siyasi rejim və siyasi hakimiyyət (43-cü sual bu sualın ardıdır)
Dovlat hakimiyyətinin aynılmaz tarafini siyasi rejim təşkil edir. O, hakimiyyəti reallaşdırmağın vasitələri və metodlarının məcmusu deməkdir.
Siyasi rejimin totalitar, avtoritar, liberal demokratik növləri mövcuddur.
Qeyri-demokratik rejimlər sırasında avtoritar rejim aparıcı yer tutur. Onun fəaliyyəti hüquqa zidd olan hakimiyyət praktikasını ifadə edir.
Son yüzillikdə isə avtoritar rejim həm də hərbi polis və faşizm formasında təzahür edir. Qeyd edək ki, avtoritar va totalitar rejimlər bir-birinə çox yaxındır və bə'zən eyni mə'nada işlənilir. Totalitar latınca tam, ümumi məcburiyyət mə'nasını verir. O ictimai həyatın bütün sahələrinin sort dövlət nəzarətinə tabe edilməsi ilə səciyyələnir. Nəinki irimiqyaslı hadisə və proseslər, hətta hakim ideologiyaya zidd düşünən ayrı-ayrı şəxslər də dövlətin diqqətindən kənarda qalmır. Bu rejim öz sərtliyinə görə XX əsrin despotizmi adlandırılır. Totalitar siyasi rejim şəraitində kütləvi informasiya vasitələri də ancaq dövlətin xəttini yeridir. Şəxsiyyət hüquqsuz vəziyyətə düşür.
Totalitar şəraitində siyasi hakimiyyət mülkiyyəti tamamilə öz əlinə keçirir. Bunun isə ağır nəticələr verdiyini 70-ildən artıq davam edǝn sovet rejimi sübut edir.
Totalitarizm takpartiyalılığa əsaslanır. Bu rejimin hökm sürdüyü cəmiyyətdə hər şey yuxarıdan talqin olunan vahid ideologiya əsasında fəaliyyət göstərir.
Mussolinin faşist hökümətinə daxil olmuş Cantile göstərirdi ki, guya totalitar dövlət xalqın mə'nəvi ruhunu təcəssüm etdirir. Totalitar rejimə əyani nümunə kimi keçmiş SSRİ-də mövcud olan quruluşu və faşizmi göstərmək olar. Faşizm (topa, əlaqə, birlik deməkdir) totalitarizmin ifrat həddini təşkil edir. O hər cür demokratizmə və mütərəqqiliyə zidd olan diktaturanı həyata keçirir.
Qeyri-demokratik rejimin bir növü də oliqarxiyadır (azsaylı adamların hökmranlığı). Oliqarxiya dedikdə kiçik miqdarda qrupların siyasi və iqtisadi həyatda hökmranlığ başa düşülür Onun xüsusi forması olan maliyyə oliqarxiyası Əsasən kapitalizm mövcud olur. O sənaye və bank sahibkarları qrupunan ölkənin iqtisadi və siyasi hayatında hökmranlığını ifadə edir.