Siyasi repressiya qurbanlarına azadlıq!

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 6.39 Kb.
tarix29.11.2018
ölçüsü6.39 Kb.

Siyasi repressiya qurbanlarına azadlıq!

Repressiyalara Qarşı Müqavimət Mərkəzinin Çağırışı



ABŞ və Aİ diqqət mərkəzində olan Ukrayna hadisələri Əliyev avtoritar rejiminin AR ərazisində müstəqil KİV-lərin, QHT-lərin, vətəndaş cəmiyyəti fəallarının tamamilə məhv edilməsinə şərait yaratdı.

12 İyun tarixinə Azərbaycanda 130 syasi repressiya qurbanı vardır ki, onlardan 40 nəfəri "vicdan məhbusu", 90 nəfəri isə siyasi məhbusdur.

Sülh və demokratiya institunun tərtib etdiyi "Vicdan məhbusları" siyahısına aşağıdakılar daxildir:

-11 Jurnalist və blogger, həmçinin "Xural" qəzetinin redaktoru Əvəz Zeynallı, Milli azlıqların dilində tərtib edilmişyeganə "Talışı səda" qəzetinin redaktoru Hilal Məmmədov, Azərbaycanın əməkdar jurnalisti Herd Bitserius premirası laureatı Rauf mirqədirov, jurnalist Tofiq Yaqublu, (onun qızı da hazırda məhkumdur) bloggerlər Rəşad Ramazanlı, əbdül Ədilov və digərləri

-4 hüquq müdafiəçisi, həmçinin 9 Oktyabr 2013-cü ildə keçirilmiş Prezident seçkiləri zamanı saxtalaşdırmaya dair ciddi sübutlar aşkarlamış (videohesabatlar da daxil olmaqla) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) QHT-nin rəhbərlərindən olan Anar Məmmədli və Bəşir Süleymanlı.

-Əksəriyyətinin təhsilini ABŞ, Aİ ölkələrindən birində almış olduğu 11 gənc fəal, həmçinin NİDA vətəndaş hərəkatının 8 üzvü. Onlar həbs və istintaq dövrü işgəncələrə və qeyri-insani davranışa məruz qalmışlar.

-2 müxtəlif düşərgənin 2 lideri: REAL hərəkatının lideri- İlqar Məmmədov və "Müsavat" partiyası başqaninin müşaviri Yadigar Sadıqlı

-12 dindar, həmçinin məşhur ilahiyyatçı Taleh Bağırzadə



Repressiyalarla mübarizə mərkəzi tələb edir:

-Əliyev avtoritar rejiminin bütün siyasi repressiyalara məruz qalmış qurbanlarının dərhal azad edilməsini;

-Cinayət işlərinin saxtalaşdırılmasında və işgəncə proseslərində iştirak edən prokurorluq, DİN, MTN əməkdaşlarının cinayət məsuliyyətinə cəlb edilməsini;

-"Rütbəli cinayətkarlar"ın açıq məhkəmə proseslərinin təşkil edilməsini;

-Siyasi motivli işlərdə saxtalaşdırmaya göz yuman hakimlərin və gələcəkdə hakim olacaq şəxslərin hakimlik korpusundan qovulmasını və gələcəkdə hakim rütbəsinə yiyələnməsinin qarşısının alınması;

RMM Azərbaycan qanunvericiliyi və Beynəlxalq hüquq normalarını pozan hakimlər haqqında kifayət qədər məlumat bazasına malikdir.



SİZİN VƏ ÖZ AZADLIĞIMIZ NAMİNƏ !!!

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə