Şöbə: Humanitar ixtisaslar İxtisas: Kitabxana işi Qrup: 022a kurs: II


Peşəkar ünsiyyət qurma və təhlil etmə bacarıqları



Yüklə 65,77 Kb.
səhifə12/13
tarix10.12.2023
ölçüsü65,77 Kb.
#139125
1   ...   5   6   7   8   9   10   11   12   13
Aytac Yunisova Azərbaycan dili

Peşəkar ünsiyyət qurma və təhlil etmə bacarıqları

Xalq danışıq dilinin cilalanmış forması olan şifahi ədəbi dil ciddi fonetik, leksik, morfoloji və sintaktik normalar əsasinda təzahür edir. Şifahi nitqi xarakterizə edən başlıca cəhət onun eşidilməsidir. Bu nitq danışılan, söylənilən, səslənən nitqdir, eşitmə, dinləmə, qavrayış üçün nəzərdə tutulmuşdur.
Nitqin düzgünlüyü
Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ilk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin fonetik, leksik və qrammatik normaları da nəzərdə saxlanmalıdır. Nitqin düzgünlüyü üçün məntiqi və qrammatik cəhətdən düzgün qurulmuş cümlələr əsas götürülməklə ədəbi tələffüz qaydaları gözlənilməli, normal diksiya, nitq fasilələri, məntiqi vurğu nəzərdə saxlanılmalıdır.
Dəqiqlik nitqin ilk və əsas şərtidir. Dəqiq nitqdə sözlər fikrə uyğun seçilir və nitqin mənasına, məzmununa münasib olmaqla fikrin gerçəkliyi əks etdirməsinə zəmin yaradır. Dəqiq söz işlətmə dildə olan sözlərin mənasını, sinonimliyi, çoxmənalılığı, terminləri, müxtəlif funksional üslubları və qrammatik formaları bilməyi tələb edir.
Nitq üçün aydınlıq ən vacib üslubi keyfiyyət kimi ön sırada durur. İnsan ifadə edəcəyi mövzu haqqında mükəmməl məlumata malik olub onu dərindən və yaxşı bilirsə, müvafiq dil vasitələri hesabına nitqində sözçülüyə yol verməz, fikrini maraqlı qurar, dolaşıq cümlələrə deyil, sadə cümlələrlə deyəcəyi faktları ifadə etməyi bacarar.
İstedadla bağlı olan yığcamlıq söz söyləyəndən deyəcəklərini ölçülü-biçili, geniş mətləbləri yığcam şəkildə deməyi, vaxt almamağı, təkrarçılıqdan qaçmağı, məlum olanları yenidən xatırlamamağı, başqalarını yormamağı tələb edir.
Sadə nitq fikrin asan qavranılmasına kömək edən, əşya və hadisələrin ümumi mahiyyətini yığcam və dəqiq verən ifadə tərzidir. Anlaşılmayan və ya az anlaşıqlı, lakin konkretlik və təbiilikdən uzaq söz birləşmələri, mürəkkəb konstruksiyalar anlaşılmazlıq yaradır, məfhumun canlandırılmasını mümkünsüz edir və nitqin asan başa düşülməsini çətinləşdirir.
Rabitəli nitqdə hadisənin, faktın izah olunma ardıcıllığı məntiqə əsaslanır, əsas və ikinci dərəcəli məsələlər bir-birindən fərqləndirilərək şərh olunur, ikinci dərəcəli məsələnin üzərində çox dayanmayaraq əsas məsələnin izahına xüsusi diqqət yetirilir.
Özünəməxsusluğu ilə seçılən nitq orijinal sayılır. Nitqin orijinallığını göstərən cəhətlər bunlardır:
Şifahi nitqdə cümlələrdəki ayrı-ayrı sözləri, məqamında ayrı-ayrı hecaları, məntiqi vurğunu çox aydın diksiya ilə tələffüz etmək, söz və qrammatik formalarda orfoepik normaları tam gözləmək, ucadan, lakin aramla, tələsmədən danışmaq, intonasiyadan məzmuna uyğun istifadə etmək.
Şifahi nitqin xüsusiyyətləri:
• Şifahi nitq söylənilir və eşidilir;
• Şifahi nitqdə dinləyicilərin kimliyi nəzərə alınmaqla dilin leksikasindan hamıya aydın, ümumişlək sözlərə üstünlük verilir
• Şifahi nitqdə cümlələr, əsasən qısa və sadə olur, yarımçıq və elliptik, yaxud söz-cümlələr, qısa replikalar üstün yer tutur;
• Şifahi nitqdə danışıq dilinin xüsusiyyətləri gözlənilir;
• Şifahi nitqdə intonasiya, avazlanma, fasilə, vurğu kimi vasitələrdən geniş istifadə olunur;
• Tələb olunan məqamlarda nitqi müşayiət edən mimika və jestlərdən istifadə olunur;
• Şifahi nitq axını sürətli olur.

Yüklə 65,77 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin