Şöbə: Humanitar ixtisaslar İxtisas: Kitabxana işi Qrup: 022a kurs: II



Yüklə 65,77 Kb.
səhifə10/13
tarix10.12.2023
ölçüsü65,77 Kb.
#139125
1   ...   5   6   7   8   9   10   11   12   13
Aytac Yunisova Azərbaycan dili

Fonetik norma
Sözün ədəbi dildəki yazılış qaydası orfoqrafik norma, tələffüz qaydası isə orfoepik norma adlanır.
Fonetik normada dəyişmə gec olur. Orfoepik və orfoqrafik normanın pozulması fonetik normanın pozulması deməkdir.
Leksik norma
Leksik norma hər bir şəxsdən sözün mənasına bələd olmağı, onu düzgün, yerində işlətməyi tələb edir.
Leksik (leksik-semantik) normanın keyfiyyətini milli leksika müəyyən edir. Alınma sözlərin forma və məzmunca milliləşməsi həmin leksik mühitdə gedir. Fonetik və qrammatik norma ilə müqayisədə leksik normada dəyişkənlik daha tez olur.
Milli leksika (əsl türk sözləri) ədəbi dildə alınma sözlərlə müqayisədə daha fəaldır, yüksək işlənmə tezliyinə malikdir. İkinci yeri milliləşmiş alınma leksika tutur.
Qrammatik norma sözlərin düzgün əlaqələndirilməsidir:

  • Miqdar saylarından sonra gələn isimlər təkdə işlədilir: üç adam, beş şagird (üç adamlar, beş şagirdlər demək yanlışdır). Belə halda qrammatik forma pozulur.

  • Adlara (isim, sifət, say və s.) kəmiyyət, mənsubiyyət, hal, xəbər kateqoriyasının əlaməti (şəkilçisi) ardıcıl artırılır: şagird-lər-iniz-in-dir; dost-lar-mız-dan-am;

  • Fel kökünə təsirlilik, növ, şəkil, şəxs-xəbər əlaməti (şəkilçisi) ardıcıl artırılır: gül-dür-ül-məli-dir; (gərək) yaz-ış-a-q;
    Onlar tez-tez bizə gələrlərdi — cümləsində qrammatik norma pozulub. Çünki idi hissəciyinin şəkilçiləşmiş variantı olan -di sırasını pozub. Bu şəkilçi -lar2 şəkilçisindən əvvəl gəlməli idi.

  • Mübtəda ilə xəbər cümlədə şəxsə, müəyyən dərəcədə isə kəmiyyətə görə uzlaşır;Sən müəllim-sən; Onlar şagird-dirlər;

  • Cümlədə əvvəl mübtəda, sonra tamamlıq, daha sonra xəbər gəlir; təyin təyin olunan cümlə üzvünün önündə işlənir; zərflik, əsasən, xəbərdən əvvələ düşür.

Norma tarixi kateqoriyadır. Məsələn, XX əsrin 30-cu illərinə qədər Azərbaycan ədəbi dilinin fonetikasında sağır nun adlı bir səs var idi, əlifbada xüsusi hərflə göstərilirdi: (H). Bu səs XX əsrin 30-cu illərindən sonra fonetik normativliyini itirdi.




  1. Yüklə 65,77 Kb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin