SOCAR-DALĞIC MMC
|
SOCAR – DALGIDJ LLC
|
VƏZİFƏ TƏLİMATI
|
ROLES AND RESPONSIBILITIES
|
BÖLMƏ 1: VƏZİFƏNİN TƏSVİRİ | SECTION 1: POSITION DESCRIPTION |
Vəzifənin adı: Dəniz əməliyyatları üzrə koordinator
Təşkilati struktura istinad: SOCAR – DALĞIC MMC-nin Təşkilati Strukturu – Əməliyyat departamenti.
|
Position Title: Marine Coordinator
Org. Chart Reference: SOCAR-DALGIDJ LLC Organization Chart – Operations Dept.
|
BÖLMƏ 2: ƏSAS VƏZİFƏ |
SECTION 2: KEY ROLE
|
-
Təyin edilmiş bütün gəmilərin mövcud qanunvericiliyin, gəminin mənsub olduğu dövlətin, klassın və şirkətin tələblərinə uyğun şəkildə heyətlə təchiz olunmasını və istifadə olunmasını və gəminin icarə müqaviləsinin tərəflərinə razılaşdırılmış şərtlərə uyğun xidmət göstərilməsini təmin edir.
| -
To ensure that all allocated vessels are manned and operated so that they fall in line with current legislation, flag state, class and company requirements and that all charter parties are serviced in line with agreed terms.
|
BÖLMƏ 3: TABE OLDUĞU ŞƏXSLƏR
|
SECTION 3: POSITION REPORTS TO
|
Xətti rəhbər: Baş Menecerin Müavini – Əməliyyat Departamentinin Rəhbəri
Funksional rəhbər: Layihə üzrə Menecer
|
Line Manager: Deputy GM – Head of Operations Dept.
Functional lead: Project Manager
|
BÖLMƏ 4: VƏZİFƏLƏR VƏ ÖHDƏLİKLƏR
| SECTION 4: RESPONSIBILITIES & OBJECTIVES |
-
Beynəlxalq Təhlükəsizlik Kodeksinə və şirkətin riayət etmək üçün seçə biləcəyi digər standartlara uyğun olaraq şirkətin prosedurlarına və siyasətlərinə uyğunluğu təmin edir. Bütün əməliyyat və gəmi heyətinin təhlükəsizlik məsələləri ilə bağlı maarifləndirilməsini FƏAL dəstəkləyir;
-
Qəzaları və ya insidentləri araşdırır, KSƏTƏM üzrə menecerlə birlikdə müvafiq hesabatları hazırlayır;
-
Digər xətti menecerlərlə və baş menecerlə məsləhətləşərək əməliyyatları və müvafiq siyasətləri inkişaf etdirir və təkmilləşdirməyə çalışır;
-
İntizamın şirkət siyasətlərinə uyğun olaraq ədalətli və idarəli bir şəkildə həyata keçirilməsini və həmçinin qəbul edilən intizam tənbehinin siyasətə uyğun olmasını təmin edir;
-
İnsan resursları və KSƏTƏM departamentləri ilə əlaqə saxlayaraq bütün departamentlərin və dənizdə çalışan heyətin təlim və inkişafını təmin edir;
-
Bütün gəmilərin mövcud qanunvericiliyə, gəminin mənsub olduğu dövlətin, klassın və şirkətin tələblərinə uyğun olaraq təhlükəsiz şəkildə idarə olunmasını təmin edir;
-
Gəmilərin Şirkətin tələblərinə uyğun şəkildə hərəkət etməsini təmin etmək üçün strukturlaşdırılmış təftiş sisteminin həyata keçirilməsini təmin edir;
-
Bütün gəmilərin boşdayanması hallarına nəzarət edir və bu halların qeydiyyatını aparır, həmçinin boşdayanma hallarını minimuma endirmək üçün müvafiq planları həyata keçirir;
-
Bütün dəniz heyətinin tutduğu vəzifəyə uyğun kifayət qədər ixtisaslı və təcrübəli olmasını və kompetentliyin təminatı planının tətbiq olunmasını və işləməsini təmin edir;
-
Bütün dəniz heyətinin fəaliyyətinə nəzarət edir;
-
Bütün dəniz heyətinin hər zaman vaxtında azad olmasını və əsas vəzifələrin təhvil verilməsi üçün kifayət qədər vaxtın təqdim olunmasını təmin edin;
-
Gəmilərə müntəzəm olaraq baş çəkir və rəsmi audit və təftişləri həyata keçirir;
-
Kapitanların illik qiymətləndirilməsini həyata keçirir. Müəyyən edilmiş tapşırıqların aralıq icmalını izləyir və müvafiq inkişafı təmin edir. Bütün dəniz işçiləri üçün müntəzəm qiymətləndirmələrin aparılmasını təmin edir;
-
Gəmiyə ehtiyatların vaxtında çatdırılmasını təmin etmək üçün təchizat üzrə menecerlə əlaqə saxlayır;
-
Əsas hesabatların idarəli və peşəkar şəkildə aparılmasını və bütün gəmilərdə hər zaman vəsaitlərin mövcud olmasını təmin edir;
-
Bütün körpü kommunikasiyalarının və xilasedici vasitələrin/yanğınsöndürmə avadanlığının qənaətbəxş işçi vəziyyətdə saxlanılmasını təmin edir. Bütün göyərtə avadanlıqlarının lazımi vəziyyətdə saxlanılmasını təmin etmək üçün texniki personalla əlaqə saxlayır;
-
Bütün çənlərin lazımi qaydada saxlanılmasından və planlaşdırılmış təftiş sistemi vasitəsilə müntəzəm təftişlərin yerinə yetirilməsindən əmin olmaq üçün texniki departamentlə əlaqə saxlayır. Müvafiq siyasətə uyğun olaraq şirin su müntəzəm olaraq yoxlanılmalı və çənlərin təftişi üzrə aylıq hesabatlar yenilənməlidir;
-
Qanunvericiliyə / tələblərə edilən dəyişikliklər haqqında Şirkətin əvvəlcədən məlumatlandırılmasını təmin edir ki, onların tətbiq edilməsi üçün müvafiq addımları atmaq mümkün olsun;
-
İşin idarə edilməsi və təhlükəsizlik qaydalarına gəmilərdə ciddi şəkildə riayət edilməsini təmin edir;
-
Beynəlxalq Təhlükəsizlik Kodeksinin və ISO9001:2015, ISO14001:2004, ISO18001:2007 standartlarının tələblərinə uyğun olaraq, müvafiq hallarda, Şirkətin siyasət və prosedurları ilə uyğunluğu təmin edir;
-
Şirkətin və Sifarişçinin prosedurlarının tətbiq olunmasını və onlarla davamlı uyğunluğunu təmin etmək məqsədilə KSƏTƏM üzrə menecerlə sıx əməkdaşlıq edərək çalışır. Şirkətə məxsus olan, onun tərəfindən idarə və ya istifadə olunan gəmilərin daxili və xarici audit yoxlamalarının həyata keçirilməsində köməklik edir;
-
İllik KSƏTƏM planına əsasən Şirkətə məxsus və onun tərəfindən idarə olunan gəmilərdə müntəzəm təftişlər və təqdimatlar keçirir və gəmilərdə mövcud olan avadanlıqları, mexanizmləri, onların strukturu və işçi vəziyyəti haqqında dəqiq məlumatları əks edən hesabatları hazırlayır;
-
KSƏTƏM mədəniyyətini dəstəkləyir və bunu öz fəaliyyətində nümayiş etdirir.
| -
Ensuring compliance with the company’s procedures and policies in accordance with the ISM Code and any other standards that the company may elect to follow. ACTIVELY promoting Safety Awareness amongst all Operations and Vessels Personnel;
-
Investigate any accidents or incidents and prepare reports in conjunction with QHSE Manager;
-
Develop and seek to improve operations and related policy in consultation with other line managers and GM;
-
Ensuring that Discipline is enforced in a fair and controlled manner in line with the company policies and that any disciplinary action taken is likewise in line with policy;
-
Providing for the development and training of all department and sea staff through liaison with HR & QHSSE;
-
Ensure that all vessels are safely operated in line with current legislation, flag state, and class and company requirements;
-
Ensure that a structured system of inspections is implemented to ensure that vessels are being run in line with Company’s requirements;
-
Monitoring and accounting for all vessels down time including the implementation of plans to reduce down time to a minimum;
-
Ensure that all Sea Staff employed are suitably qualified and experienced for the position that they hold and that a competence assurance scheme is implemented and working.
-
Monitoring the performance of all sea-staff;
-
Ensure that all sea staffs are relieved on time every time and that suitable time is given for handover in sensitive positions;
-
Undertake regular visits to all vessels and carry out formal audits and inspections;
-
Carry out Annual Appraisals on all Masters. Follow up with interim reviews of tasks set and ensure adequate progress. Ensure that regular appraisals are completed for all sea staff;
-
Liaise with Procurement Manager to ensure timely delivery of ships stores;
-
Ensure that Masters Accounts are run in a controlled and professional manner and that all vessels remain at all times in funds;
-
Ensure that all Bridge Communications and LSA / Fire Fighting equipment is maintained in good working order. Liaise with Technical to ensure that all Deck Equipment is maintained in good order;
-
Liaise with Technical Department to ensure that all tanks are maintained in good order and that regular inspections are made of same via planned system of inspection. Fresh Water to be tested on a regular basis and tanks cleaned in line with policy and monthly tank inspection reports to be update;
-
Ensure that the company is kept appraised of changing legislation / requirements ahead of time in order that steps can be taken for implementation;
-
Ensure that COW and Safety regulations are strictly followed on the vessels;
-
Ensuring compliance where appropriate with Company Policy and procedures in accordance with the requirements of the ISM Code and ISO9001:2015, ISO14001:2004 & ISO18001:2007 Standards;
-
Working closely with the QHSE Manager so as to ensure implementation and on-going compliance with Company & Client Procedures. Assisting with internal and external audits of vessels owned, managed or operated by Company;
-
Undertaking regular inspections and presentations on Company owned and managed vessels as per annual QHSE Plan and compiling reports accurately indicating vessels current equipment, machinery, structural and operational status.
-
Promote a QHSE Culture and lead by example.
|
Təhsil / Təcrübə ilə bağlı tələblər:
Təcrübə:
-
Sualtı müdaxilə sənayesində minimum 10 illik iş təcrübəsinə malik olmalıdır . Bu müddətin 5 ilini dərin sularda icra olunan iri təftiş, texniki xidmət və təmir (IMR) layihələri ilə bağlı müqavilələrdə supervayzer vəzifəsini icra etmiş olmalıdır və bu da rəsmi qaydada təsdiq olunmalıdır.
-
Kapitan Klass 1 limitsiz sertifikata malik olmalıdır – tələb olunan gəmi növü və ya ona bənzər gəmilərdə kapitan və ya superintendent, superintendentin köməkçisi vəzifələrində çalışmış olmalıdır. Auditor kimi iş təcrübəsinə malik olmalıdır (BTK/ CMID/KSƏTƏM/təminat).
Elmi dərəcə:
-
Dənizçilik, mühəndislik və ya buna bərabər sahə üzrə bakalavr diplomuna malik olmalıdır.
|
Academic / Experience Requirements:
Experience:
-
Minimum 10 years of experience in the subsea intervention industry with a 5 years confirmed record of success in supervisory role on major deep water IMR contracts.
-
Master’s Class 1 Unlimited certificate – Experience as Master and /or as superintedent or assistant superintedent with vessel type or similar. Experience as auditor (ISM/CMID/QHSE/Assurance).
Academic Degree:
-
Bachelor degree in naval, engineering or equivalent.
|
Bacarıq /Şəxsi Keyfiyyətlər:
-
SOCAR-Dalğıc MMC-nin SƏTƏM-lə bağlı gözləntiləri/prosesləri haqqında xəbərdar olmalıdır;
-
SOCAR-Dalğıc MMC-nin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə prosedurları ilə tam olaraq tanış olmalıdır;
-
Təşəbbüskar olmalıdır;
-
İşçi qrupa rəhbərlik etmək bacarığına malik olmalıdır;
-
Kompyuter biliklərinə malik olmalıdır;
-
İngilis dilini həm yazılı həm də şifahi tam olaraq bilməlidir;
-
Ünsiyyətçil olmalıdır;
|
Skill Requirements /Personal Attributes:
-
Familiar with SOCAR-DALGIDJ LLC HSE Expectations / Processes;
-
Self-motivated;
-
Team Builder;
-
Computer literate;
-
Fully conversant in English language, both written and oral;
-
Good communicator;
-
Tactful and persuasive.
|
Bilavasitə tabeliyində olan şəxs:
|
Direct Reports:
|
Daxili əlaqələr:
-
Dəniz və layihə qrupları;
-
SOCAR-Dalğıc MMC-nin Əməliyyat Departamenti;
-
SOCAR-Dalğıc MMC-nin KSƏTƏM Departamenti;
-
SOCAR-Dalğıc MMC-nin Aktivlər Departamenti.
|
Internal Interfaces:
-
SOCAR-Dalgidj LLC Asset Department.
|
Xarici əlaqələr:
-
Sifarişçinin Mühəndisləri və Layihə Menecerləri;
-
Alyansın Mühəndisləri və Layihə Meneceri;
-
Liman Nəzarəti;
-
Agent.
|
External Interfaces:
-
Client Engineers and Project Managers;
-
Alliance Engineers and Project Manager;
-
Class-Flag State;
-
Port Control;
-
Agent.
|
Vəzifəni tutan şəxsin adı:
Təsdiq olunacaq
İmza: ____________ Tarix
|
Position Occupant Name:
TBC
Signature: ____________ Date
|
Xətti menecerin adı:
|
Line Manager Name:
|