Socar dalgidj llc



Yüklə 50,01 Kb.
tarix29.06.2018
ölçüsü50,01 Kb.
#55147



SOCAR-DALĞIC MMC
socar-dalgidj logo




SOCAR – DALGIDJ LLC
socar-dalgidj logo

VƏZİFƏ TƏLİMATI

ROLES AND RESPONSIBILITIES

BÖLMƏ 1: VƏZİFƏNİN TƏSVİRİ

SECTION 1: POSITION DESCRIPTION


Vəzifənin adı: Təftiş aparan tərəfin rəhbəri

Təşkilati struktura istinad: SOCAR – DALĞIC MMC-nin Təşkilati Strukturu – Əməliyyat departamenti.



Position Title: Survey Party Chief

Org. Chart Reference: SOCAR-DALGIDJ LLC Organization Chart – Operations Dept.


BÖLMƏ 2: ƏSAS VƏZİFƏ


SECTION 2: KEY ROLE

  • İşçi heyət, işlərin gündəlik gedişatı və aktivlərin istifadə olunması da daxil olmaqla təftiş əməliyyatları ilə bağlı ümumi məsuliyyət daşıyır.

  • Müqavilə tələblərinə uyğun olaraq təftiş nəticələrinin təqdim olunması ilə bağlı məsuliyyət daşıyan və dənizdə icra olunan təftiş əməliyyatlarına, məlumatın onlayn elektron bazada işlənilməsi proseslərinə cəlb olunmuş qruplara rəhbərlik edirp;

  • Layihə üzrə təsdiq olunmuş təftiş prosedurlarına və şirkətin KSƏTƏM siyasətlərinə/prosedurlarına uyğun olaraq vaxt və büdcə çərçivəsində layihə üzrə müəyyən edilmiş təftiş xidmətlərini təqdim edir.

  • Overall responsible for survey operations including personnel, daily progress and asset utilization.




  • Leads the offshore survey and data online processing teams, which is responsible for the development of survey deliverables as per contractual requirement;




  • Delivers project specified survey scope within time and budget in line with project approved survey procedures and company QHSE policies / procedures.

BÖLMƏ 3: TABE OLDUĞU ŞƏXSLƏR

SECTION 3: POSITION REPORTS TO

Xətti rəhbər: Baş Menecerin Müavini –Əməliyyat Departamentinin Rəhbəri;

Funksional rəhbər: Layihə üzrə Baş Menecer .



Line Manager: Deputy GM – Head of Operations Dept.;

Functional lead: Senior Project Manager.


BÖLMƏ 4: VƏZİFƏLƏR VƏ ÖHDƏLİKLƏR




SECTION 4: RESPONSIBILITIES & OBJECTIVES


  • Layihə üzrə iş həcmində və onunla əlaqədar dəyişikliklərdə təsvir olunan təftişlə bağlı bütün tapşırıqların idarə edilməsi və yerinə yetirilməsi ilə bağlı məsuliyyət daşıyır;

  • Hər bir təftiş əməliyyatı ilə bağlı layihə prosedurlarının təftiş qrupu tərəfindən nəzərdən keçirilməsini və anlanılmasını təmin edir;

  • Bütün təftiş əməliyyatlarının Sifarişçinin müəyyən etdiyi və Şirkətin tətbiq etdiyi təftiş prosedurlarına uyğun həyata keçirilməsini təmin edin;

  • Təftiş əməliyyatlarının icrası və təftiş nəticələrinin təqdim olunması zamanı düzgün proqram təminatının, məlumatın və faktların təqdim olunması ilə bağlı məsuliyyət daşıyır;

  • Sahədə aparılan əməliyyatlarla bağlı sifarişçi tələblərinin effektiv şəkildə yerinə yetirilməsinin və bütün tapşırıqların effektiv, məsuliyyətli şəkildə və təhlükəsizlik qaydalarına uyğun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı məsuliyyət daşıyır;

  • Məlumatın ötürülməsini və vəzifələrin yerinə yetirilməsini səmərəli şəkildə təşkil etmək üçün göyərtədə yerləşmiş Sifarişçi, şirkət rəhbərliyi, dəniz ekipajı və digər podratçılarla səmərəli əlaqələr qurur;

  • Eyni zamanda icra olunan əməliyyatlarla bağlı yarana biləcək mümkün problemlərin qarşısını almaq üçün HSA və ya Dalğıc əməliyyatları üzrə Supervayzerlərlə və Tikinti Meneceri ilə əlaqə saxlayır;

  • Təhlükənin müəyyənləşdirilməsi və riskin qiymətləndirilməsi proseslərində və risklərin idarə olunması tədbirlərinin həyata keçirilməsində iştirak edir;

  • Təftiş xidmətlərinin icrası ilə bağlı risklərin idarə edilməsi tədbirlərinə şirkətin və üçüncü tərəfin işçi heyəti tərəfindən riayət olunmasını təmin edir;

  • Şirkətin sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi ilə bağlı sənədlərinin və prosedurlarının həm şirkət həm də üçüncü tərəfin heyəti üçün tətbiq və idarə olunmasında iştirak edir;

  • Şirkətin prosedurlarına və / və ya sifarişçi spesifikasiyalarına uyğun olaraq müqavilənin bitməsi haqqında hesabatı hazırlayır;

  • Heyətin təhlükəsizliyinə diqqət yetirərək təftiş əməliyyatlarının yerinə yetirilməsi üçün istifadə olunan sistemin/avadanlıqların mobilizasiyasını və demobilizasiyasını idarə edir;

  • Tabeliyində olan şəxslərin təklif və tövsiyələrini dinləyir və faydalı olanları qəbul və tətbiq edir;

  • KSƏTƏM mədəniyyətini dəstəkləyir və bunu öz fəaliyyətində nümayiş etdirir.

  • Responsible for managing and carrying out all survey tasks, as detailed in the project scope and associated variation there-to;




  • Ensure the survey team review and understanding of the project procedures for each survey operation;




  • Ensure that all survey operations are carried out in accordance with Client specified and Company survey procedures;




  • Responsible for ensuring that correct survey software, data and datum information are utilized in the execution of the survey scope and development of survey deliverables;




  • Responsible for assuring that client needs are effectively met regarding field activities and that all tasks are performed efficiently, responsibly and in accordance with safe work procedures.




  • Effectively liaise with Client, company management, marine crew and other contractors on board to ensure effective communication of information and efficient performance of duties;

  • Coordinate and communicate with ROV and/or Diving Supervisors and Construction Manager the daily planned survey scope to avoid potential SIMOPS issues;




  • Participate in hazard identification and risk assessment processes and implementation of risk management measures;




  • Ensure that risk management measures, pertaining to survey scope execution, are followed by company and third-party personnel;

  • Participate in the Implementation and administration of company health, safety and environmental documentation and procedures for both company and third-party personnel;




  • Complete end-of-contract report in accordance with company procedures and/or client specifications;

  • Manage the mobilisation and demobilisation of survey spread / equipment with due regard to safety of personnel;




  • Listen to suggestions and recommendations from subordinates and recognise and act on useful contributions;

  • Promote a QHSE Culture and lead by example.

Təhsil / Təcrübə ilə bağlı tələblər:

Təcrübə:



  • Dəniz tikililərin təftişi sahəsində minimum 5 il ərzində baş inspektor vəzifəsində çalışmış olmalıdır;

  • Sahə üzrə müxtəlif anlayışlar, təcrübələr, prosedurlar və qlobal yerləşdirmə sistemi (GPS), ultra qısa sıfır xəttindən (USBL) sualtı yerləşdirmə, LBL və naviqasiya proqram təminatı kimi avadanlıqların istifadəsi üzrə təcrübəyə malik olmalıdır;  

  • Mövcud dəniz təftişi üsulları, həmçinin layihələndirmədən və boru xəttinin çəkilməsindən öncə yerinə yetirilən təftişlər, tikintinin dəstəklənməsi, tikintinin başa çatmasından sonra təftişin yerinə yetirilməsi, HSA-nın cəlb olunması ilə icra olunan təftiş əməliyyatları, LBL-in quraşdırılması, kalibrləşdirilməsi, sualtı metrologiya və ölçülərin uyğunluğuna nəzarət üzrə mükəmməl biliklərə malik olmalıdır;

  • Neft və qaz sahəsində tikinti və yataqlarının işlənməsi ilə bağlı sualtı mühəndislik üzrə mükəmməl biliklərə malik olmalıdır.

Elmi dərəcə:

  • Təftiş sahəsi üzrə texniki və ya daha yüksək dərəcəyə və ya müqayisə edilə biləcək iş təcrübəsinə malik olmalıdır.




Academic / Experience Requirements:

Experience:



  • A minimum of 5 years of experience as a Senior Surveyor in the Marine Construction Survey field;

  • Must be proficient with a variety of the field concepts, practices, procedures and equipment operations such as GPS, USBL, LBL and Navigation Software;




  • High level of knowledge and understanding of current offshore survey techniques including pre-engineering survey, pre-lay survey, construction support, as-built survey, ROV survey operations, LBL installation and calibration, subsea metrology and dimensional control;



  • High level of knowledge of subsea engineering associated with Oil & Gas construction and field development.

Academic Degree:

  • Technical degree or higher in the field of surveying or comparable work experience.

Bacarıq /Şəxsi Keyfiyyətlər:

  • Sənaye üzrə ISO, keyfiyyət standartları və şirkətin keyfiyyət üzrə tələbləri / prosesləri haqqında xəbərdar olmalıdır;

  • SOCAR-Dalğıc MMC-nin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə prosedurları ilə tam olaraq tanış olmalıdır;

  • İşin təfsilatına lazımi diqqəti yetirməlidir;

  • İşin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün tələb olunan müxtəlif informasiya texnologiyaları sistemlərini istifadə etmək bacarığına malik olmalıdır;

  • Müəyyən şəxslərin müşahidəsi altında iş məhsulunun çoxsaylı növlərini hazırlamaq bacarığına malik olmalıdır;

  • Özünü motivasiya etmək bacarığına malik olmalıdır;

  • İşçi qrupa rəhbərlik etmək bacarığına malik olmalıdır;

  • Kompyuter biliklərinə malik olmalıdır;

  • İngilis dilini həm yazılı həm də şifahi tam olaraq bilməlidir;

  • Ünsiyyətçil olmalıdır;

  • Nəzakətli olmalıdır.

Skill Requirements /Personal Attributes:

  • Familiar with ISO, QA industry standards and company QA requirements / processes;




  • Fully conversant with the SOCAR-DALGIDJ LLC Anti-Corruption and Bribery Procedure;




  • Good attention to detail;

  • Ability to use various information technology systems required for successful job performance;




  • Be able to prepare numerous work product types under supervision;




  • Self-motivated;




  • Team Builder;




  • Computer literate;

  • Fully conversant in English language, both written and oral;

  • Good communicator;

  • Tactful and persuasive.

Bilavasitə tabeliyində olan şəxs:

  • GİS/ Məlumat Bazası üzrə Mütəxəssis;

  • İnspektorlar.

Direct Reports:

  • GIS / Data Specialist;

  • Surveyors.

Daxili əlaqələr:

  • Tikinti Meneceri (dənizdə);

  • HSA üzrə Supervayzer;

  • Dalğıc Supervayzeri;

  • Gəmi kapitanı;

  • Dinamik yerləşdirmə üzrə operator.

Internal Interfaces:

  • Construction Manager (Offshore);

  • ROV Supervisor;

  • Diving Supervisor;

  • Vessel Captain;

  • DPO.

Xarici əlaqələr:

  • Sifarişçinin təftiş üzrə nümayəndəsi.

External Interfaces:

  • Client Survey Representative.

Vəzifəni tutan şəxsin adı:

Təsdiq olunacaq



İmza: ____________ Tarix

Position Occupant Name:

TBC


Signature: ____________ Date


Xətti menecerin adı:



Line Manager Name:


Rüstəm Rəhmətulin, baş menecerin müavini əməliyyat departamentinin rəhbəri

Rustam Rakhmatulin, Deputy GM, Head of Operations Dept.



İmza: ____________ Tarix




Signature: ____________ Date


Yüklə 50,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin