“SOCAR Methanol” MMC
Müəssisənin müəyyən etdiyi katalizatorların satın alınması, çatdırılması, layihənin tam şəkildə maliyyələşdirilməsi öhdəliyini icra edəcək podratçının seçilməsi üzrə açıq satınalma müsabiqəsi (№ A002) elan edir.
-
|
Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:
-
Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
-
İştirak haqqının ödənilməsi barədə bank sənədi(ödəniş təyinatında iştirak ediləcək müsabiqənin nömrəsi və iddiaçının tam adı göstərilməlidir);
-
Müsabiqə təklifinin təminatı (forma əlavə olunur) ;
-
Müsabiqə təklifi
Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) ən geci 05.09.2018-ci il, Bakı vaxtı ilə saat 16:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.
Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.
| -
|
Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:
-
Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla 06.09.2018-ci il, Bakı vaxtı ilə saat: 16:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.
-
Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
| -
|
Müsabiqə təklifinin təminatı :
Müsabiqə təklifinin təminatı, iddiaçının müsabiqə təklifinin ümumi qiymətinin 1 (bir) %-i məbləğindən az olmamaq şərtilə, 06.09.2018-ci il , Bakı vaxtı ilə saat: 16:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.
Bank qarantiyalarının əsli müsabiqə zərfində müsabiqə təklifi ilə birlikdə təqdim edilməlidir. Əks təqdirdə satınalan təşkilat belə təklifi rədd etmək hüququnu özündə saxlayır.
Əgər satınalma müsabiqəsində iştirak etmək istəyən şəxslər digər növ təminat (akkreditiv, qiymətli kağızlar, satınalan təşkilatın müsabiqəyə dəvət sənədlərində göstərilmiş xüsusi hesabına pul vəsaitinin köçürülməsi, depozitlər və digər maliyyə aktivləri) təqdim etmək istədikdə təminat növünün mümkünlüyü barədə elanda göstərilmiş əlaqələndirici şəxsə sorğu verməlidir.
| -
|
İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:
-
Satınalma müsabiqəsində iştirak etmək üçün iştirak haqqı 500 (beş yüz) manat nəzərdə tutulmuşdur.
-
Hesab nömrəsi:
Benefisiarın adı: SOCAR METHANOL MMC
Hesab nömrəsi: AZ57PAHA38020AZNHC0190073139
Bank: “PAŞA Bank” ASC
SWIFT: PAHAAZ22
VÖEN: 1700767721
Kod: 505141
Müxbir hesab: AZ82NABZ01350100000000071944
| -
|
Təminatlar :
-
Müsabiqə təklifinin təminatı iddiaçının müsabiqə təklifinin ümumi qiymətinin 1 (bir) %-i məbləğindən az olmamaq şərtilə təminat tələb olunur.
| -
|
Müqavilənin icra müddəti:
-
Satınalma müqaviləsinin 6-8 ay ərzində yerinə yetirilməsi tələb olunur.
| -
|
Satınalan təşkilatın ünvanı:
AZ1063,Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 25-ci km.
Metanol zavodu.
Əlaqələndirici şəxs:
Cavid Səfərbəyli
Maddi-texniki təchizat şöbəsinin rəisi
Telefon : (+99 412) 404-41-57
Mobil : (+99 450) 251-52-53
e-mail : c.seferbeyli@socarmethanol.az
| -
|
Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:
www.socarmethanol.az
| -
|
Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:
Zərflərin açılışı 07.09.2018-ci il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da elanın VII qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.
| -
|
Müsabiqənin nəticəsi haqqında məlumat:
Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:
www.socarmethanol.az
|
“SOCAR Methanol” MMC satınalmalar komitəsi
(İddiaçı şirkətin firma blankında)
AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN
MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______2018-ci il
___________№
“SOCAR Methanol” MMC-nin
Satınalmalar komitəsinin sədri cənab Baxşıyev Turala,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “SOCAR Methanol” MMC tərəfindən Müəssisənin müəyyən etdiyi katalizatorların satın alınması, çatdırılması, layihənin tam şəkildə maliyyələşdirilməsi öhdəliyini icra edəcək podratçının seçilməsi ilə əlaqədar elan edilmiş A-002 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.
Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.
Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:
-
Əlaqələndirici şəxs: ____________________________
-
Əlaqələndirici şəxsin vəzifəsi: ____________________
-
Telefon nömrəsi: ______________________________
-
Faks nömrəsi: ________________________________
-
Elektron ünvan: _______________________________
________________________________ _______________________
(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)
_________________________________
(səlahiyyətli şəxsin vəzifəsi)
M.Y.
(BANKIN RƏSMİ BLANKINDA)
MÜSABİQƏ TƏKLİFİNİN TƏMİNATI ÜZRƏ
BANK QARANTİYASININ
FORMASI
____________şəhəri “___”_______ 2018-ci il
Satınalan təşkilatın adı: “SOCAR Methanol” MMC
Satınalan təşkilatın ünvanı: AZ1063, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 25-ci km
Satınalma müsabiqəsinin nömrəsi: A-002
Satınalma müsabiqəsinin predmeti: Müəssisənin müəyyən etdiyi katalizatorların satın alınması, çatdırılması, layihənin tam şəkildə maliyyələşdirilməsi öhdəliyini icra edəcək podratçının seçilməsi
Nəzərə alaraq ki, “SOCAR Methanol” MMC (bundan sonra Benefisiar adlandırılacaq) Müəssisənin müəyyən etdiyi katalizatorların satın alınması, çatdırılması, layihənin tam şəkildə maliyyələşdirilməsi öhdəliyini icra edəcək podratçının seçilməsi məqsədi ilə satınalma müsabiqəsi təşkil etmişdir;
Nəzərə alaraq ki, [İddiaçının tam adını, VÖEN-nini, hüquqi ünvanını daxil edin] (bundan sonra “Prinsipial” adlandırılacaq) yuxarıda qeyd olunmuş satınalma müsabiqəsi əsasında bağlanacaq satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə özünün “__”______ 20__ il tarixli müsabiqə təklifini təqdim etmişdir;
Nəzərə alaraq ki, [bankın tam adını, VÖEN-ni və ünvanını daxil edin] (bundan sonra Qarant adlandırılacaq) Prinsipialın müsabiqə təklifi üzrə Benefisiar qarşısında götürdüyü vəzifələrinin Müqaviləyə tam uyğun icra edəcəyinə dair Benefisiara _____________ məbləğində [Müsabiqə təklifinin ümumi məbləğinin 1%-dən az olmamaq şərtilə, valyutanı göstərməklə] (bundan sonra Qarantiya məbləği) qarantiya verməyə razılıq vermişdir,
Bununla Qarant Prinsipialın müsabiqə təklifi üzrə Benefisiar qarşısında yaranmış öhdəliklərinin qeyd-şərtsiz icra edəcəyinə dair Benefisiara _____________ məbləğində [Qarantiya məbləğini qeyd edin] şərtsiz və geri götürülə bilməyən qarantiya verir.
Yuxarıda göstərilən Qarantiya məbləği Benefisiarın ilk yazılı bildirişi əsasında, ondan hər hansı sübutun, əsaslandırmanın təqdim edilməsini tələb etmədən Qarant tərəfindən bildirişin daxil olmasından 5 iş günü müddətində tam həcmdə Qarant tərəfindən Benefisiara ödəniləcəkdir.
Qarantın öhdəliyinin ŞƏRTLƏRİ aşağıdakılardır:
-
Əgər, Prinsipial Müsabiqə Təklifində göstərdiyi Müsabiqə təklifinin qüvvədə olma müddəti ərzində öz Təklifini geri götürərsə və ya hesab səhvlərinin düzəlişi ilə razılaşmazsa; və ya
-
Əgər, Prinsipial müsabiqə təklifinin qüvvədə olduğu müddət ərzində Satınalan təşkilat tərəfindən həmin təklifin akseptləşdirilməsi haqqında bildiriş aldıqda:
(a) Müqaviləni imzalaya bilməzsə, və ya imzalamaqdan imtina edərsə, və ya
(b) Əsas şərtlər toplusuna uyğun olaraq, Müqavilənin yerinə yetirilməsi təminatını təqdim edə bilməzsə və ya təqdim etməkdən imtina edərsə,
o zaman Qarant Benefisiara yuxarıda göstərilən məbləği onun bu haqda birinci bildirişini aldıqdan sonra, bu bildirişin əsaslandırılmasını tələb etmədən, ödəməyi öhdəsinə götürür, bir şərtlə ki, Benefisiar öz bildirişində yuxarıda göstərilmiş ŞƏRTLƏRDƏN hər hansı birinin, yaxud hər ikisinin baş verməsi ilə əlaqədar, həmin şərtin və ya şərtlərin olmasını dəqiqləşdirməklə, ona həmin məbləğin ödənilməli olduğunu qeyd etmiş olsun.
Bu qarantiya “__”____________ 2018-ci il tarixə kimi [Müsabiqə təklifinin qüvvədə olma müddətindən 20 bank günü çox olmaq şərtilə] qüvvədədir.
Bu qarantiya ilə əlaqədar hər hansı tələb Qaranta yuxarıda qeyd olunmuş tarixə kimi təqdim olunmalıdır.
Bu qarantiya Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
[Qarant adından hazırki qarantiyanı təsdiq etmək səlahiyyətinə sahib şəxsin A.A.S. və vəzifəsi]
[Qarant adından hazırki qarantiyanı təsdiq etmək səlahiyyətinə sahib şəxsin vəzifəsi]
[Qarant adından hazırki qarantiyanı təsdiq etmək səlahiyyətinə sahib şəxsin imzası]
(Bankın möhürü)
Dostları ilə paylaş: |