Başladığım zaman bilirdim məgər
Başladığım zaman bilirdim məgər
Bu işin axırı necə olacaq?
Adamın qanını tökür sətirlər,
Boğazın tutulub qanla dolacaq.
Mən belə peşədən olardım iraq,
Bu cür zarafatı neynirdim, axı?
Amma nə kövrəkdi, xoşdu ilk maraq
Ömrümün o erkən, o uzaq çağı.
Romasayağıdır fəqət qocalıq,
Nə nitq tələb edir, nə fənd, nə kələk.
Bədii qiraət istəmir artıq
Doğrudan doğruya öləsən gərək.
Misra duyğulardan doğulan zaman,
Qula əmr eləyir: bu şər, bu meydan.
Və burda qurtarır sənətin səsi,
Torpağın, taleyin gəlir nəfəsi.
Dostları ilə paylaş: |