Sokrata qədərki fəlsəfi məktəblər


Roma mərhələsi.Bu antik fəlsəfənin inkişafında sonuncu mərhələdir. Bu dövr eramızdan əvvəl I əsrdən başlamış eramızın V-VI əsrlərinə qədər davam edib



Yüklə 18,53 Kb.
səhifə3/4
tarix06.01.2022
ölçüsü18,53 Kb.
#113704
1   2   3   4
referat 407

4.Roma mərhələsi.Bu antik fəlsəfənin inkişafında sonuncu mərhələdir. Bu dövr eramızdan əvvəl I əsrdən başlamış eramızın V-VI əsrlərinə qədər davam edib.
Sokrata qədərki fəlsəfə Milet məktəbi ilə başlanır.Həmin məktəb e.ə 7-6-cı əsrlərdə Yunanıstanda ilk materialist təlim yaratmışdır.Milet məktəbi nümayəndələri aləmin mahiyyətini dərk etməyə,onun meydana gəlməsi və inkşafının səbəblərini müəyyən etməyə çalışırdılar.Onların yaratdığı təlimin səciyyəvi cəhəti, fəlsəfə ilə təbiətşünaslığın bilavasitə bağlılığı idi. Bu filosoflar dünyanı ona kənardan heç bir şeylə əlavə etmədən izah edirdi.

Ümumiyyətlə Milet filosofları dünyanın dərk edilməsinə sadəlövf materializm və kortəbii dialektika mövqeyinən çıxış edirdilər.Milet məktəbinin əsasını Fales qoymuşdur.O ilk dəfə 28 may e.ə 585-ci ildə günəş tutulacağını əvvəlcədən xəbər vermişdir. O belə hesab edirdiki bütun mövcudat sudan yaranır,istər üzvü istərsədə qeyri-üzvi maddələr aləmi sudan kənarda təsəvvür etmək mümkün deyil və suyun özündə inkşaf imkanları vardır hər şey suda parçalanır və yenidən yaranır.Milet məktəbinin ikinci nümayəndəsi Falesin tələbəsi olmuş Anaksimandr yer daimi, əbədi fırlanma hərəkətinə maik olduğu üçün istinin və soyuğun mənbəyini bu hərəkətdə axtarmaq lazımdır. O belə hesab edirdiki dünya əbədi və sonsuz varlıqdır.



Milet məktəbinin üçüncü nümayəndəsi Falesin və Anaksimandrın tələbəsi olmuş Anaksimendir. O havanı hər şeyin başlanğıcı hesab etmiş, hər şeyin havadan yarandığını və son nəticədə havaya çevriləcəyini söyləmişdir.

Antik dövr müdriklərindən olan Heraklit öz fəlsəfi düşüncələrini “Təbiət haqqında” əsərində şərh etmişdir.O bütün mövcüdatın əbədi ,bütün varlıqların atəşdən yarandıqlarını və yenidən atəşə çevriləcəyini və bu atəşin daim hərəkətdə olduğunu söyləyirdi. O hər şeyin loqosdan(qanun) yarandığını hər bir şeyin loqos əsasında hərəkət etdiyini, zərurətdən baş verdiyini və dünyada hər şeyin hərəkətdə olduğunu söyləyirdi.Filosofun fikrincə “eyni bir çaya iki dəfə girmək olmaz”. Mənim fikrimcə filosof burda demək istəyirki, bir dəfə çaya girsən ikinci dəfə o çaya girə bilməzsən çünki hər şey dəyişgəndir, artıq sən bu çaya ikinci dəfə girəndə ən sadə faktoru götürsək bu çayın suyu dəyişmiş olacaq.Qədim yunan fəlsəfəsinə xas olan “Dəniz suyu həm çirkli, həmdə təmizdir.Balıqlar üçün təmiz və içməlidir,buna görə sərfəlidir.İnsan üçün içməli olmadığı üçün həm də zərərlidir.ona görə insan üçün sərfəli deyil”Heraklit bu fikiri belə aydın ifadə etmişdir:Hər şey mövcuddur eyni zamanda mövcud deyil, çünki hər şey axır daim hərəkətdədir həmişə dəyişir.Hər şey daimi bir törəmə və yox olma prosesindədir.Heraklitə görə dünya dərk ediləndir və bu təfəkkür vasitəsilə həyata keçirilir.

E.ə 6-5 ci əsrlərdə fəaliyyət göstərmiş antik dövr fəlsəfəsinin inkşafında az rol oynamamışdır.Bu məktəbin yaradıcılarından olan Ksenofan Kolofonlu fəlsəfi düşüncələrini “Kolofonun əsasları”, “Eleyə çıxış” əsərlərində öz əksini tapmışdır.

O Allahın varlığını qəbul etməklə dünyanın idarə olunmasında onun varlığının xüsusi rol oynadığını, onun hər şeyi gördüyünü hər şeyi eşitdiyini və öz fikri ilə dünyanı lərzəyə gətirdiyini söyləyirdi.Ksenofan fəlsəfi fikirlərində: “Hər şey torpaqdan yaranır və nəticədə torpağa qayıdır.biz hamımız torpaqdan və sudan yaranmışıq.”


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin