Sokrata qədərki fəlsəfi məktəblər



Yüklə 18,53 Kb.
səhifə4/4
tarix06.01.2022
ölçüsü18,53 Kb.
#113704
1   2   3   4
referat 407

Eley məktəbinin digər nümayəndəsi olan Parmenidin təlimlərini “Təbiət haqqında” əsərində şərh etmişdir.Onun fəlsəfəsinin mahiyyətini varlıq haqqında təlim təşkil edirdi.

O varlığın əzəli və əbədi olduğuna inanır,varlıq olmayan şeyin mövcud olmadığına,varlığın hərəkəti və inkşafını inkar edərək dünyada nə varsa varlıq olduğunu söyləyirdi.

Eley məktəbinin digər görkəmli nümayəndəsi olan Zenon varlığın maddiliyi, vəhdəti və bütövlüyünü fikrini qəbul edirdi. Zenonun fikrincə təbiətdə hər şey isti soyuq rütubət və qurudan ibarət olduğunu söyləyir.Onun fikrincə insanlar torpaqda əmələ gəlmiş və insanın ruhu isə yuxarıda göstərilən mahiyyətlərin qarışığından ibarətdir.

Cənubi İtalyada fəaliyyət göstərən məktəblərdən biridə Pifaqor və pifaqorçular məktəbi idi.Pifaqor “Tərbiyə haqqında”, “İcmanın işləri haqqında”,“Təbiət haqqında” əsərləri ilə məhşurdur.Pifaqorçular ədədli hər şeyin əsası saymaqla maddi aləmi ikinci hesab edirdilər.Onlar ədədləri ilahiləşdiridilər və mistik mahiyyəti olduğunu söyləyirdilər.Pifaqor ruh ölməzdir və dünyadakı bütün hadisələri təkrar olduğunu söyləyirdi.

Antik fəlsəfənin görkəmli nümayəndəsi olan sicilyada yaşamış Empedokl Aqraqantlı “Təmizləmə” və “Təbiət haqqında” əsərlər yazmışdır.O bütün şeylərin kökündə 4 ünsür(hava,od,su,torpaq) olduğunu söyləyir və dünyanın heç bir qüvvə tərəfindən yaradılmadığını, məhv edilməməzliyini və dərk olunmasını qəbul edirdi.Mənim fikrimcə Empedoklun fikirləri düzdür amma dünyanın məhv edilməməzliyi fikri burada ziddiyyət təşkil edir.

Yunan filosofu olan Anaksaqorun fikrincə isə dünyada mövcud olan bütün şeylərin əsasını sonsuz miqdarda mövcud olan maddi hissəciklər təşkil edir.Anaksaqor hissi idrak qəbul edir və deyirdiki əql, təffəkür olmadan bizi əhatə edən mühit haqqında fikir söyləmək olmaz.

Miletdə doğulub sonra eleyə köçən Levkipp vahid mövcud olan atomlar və boşluqdur, atomlar boşluqda hərəkət edirlər,atomların birləşməsi və ayrılması nəticəsində premetlər meydana gəlir və məhv olur.

Yunan materializminin və atomistikasının görkəmli nümayəndə Demokrit dünyanı atomlardan və boşluqlardan ibarət olan tükənməz bir reallıq adlandırırdı.O Levkipp ilə birlikdə materiyanın atom quruluşu konsepsiyasını yaratmşdılar.O atomları varlıq, boşluğu isə qeyri varlıq adlandırır və cəmiyyətdə və təbiətdə səbəbsiz heç bir şeyin baş vermədiyini söyləyirdi.
Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin