Sonuncu inqilab yoxdur



Yüklə 92,66 Kb.
tarix18.06.2018
ölçüsü92,66 Kb.
#54125


Sonuncu inqilab yoxdur

inqilablar sayı, sonsuzdur!

İranda Parlamentar sistemin məsələləri (10)* A.Yazdani

  1. 1979-cü ildə ən mühüm müxalift qruplaşmaların iranın gələcək siyasi sistemi haqqında fikirləri

  2. Azadlıq baharı

  3. Vilayəte fəqih sistemi və mədəni (civil) cəmiyyət!



Dini müxalifət

Dini müxalifət ancaq din xadimləri təbəqəsindən ibarət olmurdu. Bu qrupun içində Bəni Sədr, Mohəndis Mehdi Bazorqan və Kərim Səncabi kimi qeyri-müəmməm dinçi siyasət xadimləri və xalq mocahidləri (Mocahidin xalq) kimi siyasi-dini təşkilatlar daxil idi. Şəriət təlimatının həyata keçirilməsi üsulu və Vilayeti fəqih haqqında mövcud olan ixtilaflara baxmayaraq, dini müxalifətin ortaq isteyi iranda islam dininə əsaslanan siyasi sistemin təşkil edilməsi idi. Dini müxalifətin rəhbəri Ayetullah Xümeyni İranın ən nüfuzlu siyasət xadimi olmuşdur. Onun 1979- cü ildə elan etdiyi proqramını, “Dini müxalifətin” platforması kimi nəzərdən keçirmək olar. Xümeyni proqramında “İslam Respublikası” sistemin yaradılmasını tələb edirdi. Bu ad altında qərb nümunəsinə əsaslanan demokratiyanın başa düşülməsi sualı cavabsız qalırdı. Islam respublikası yaratmaq üçün ancaq adları çəkilməyən müsəlmanlardan ibarət “inqilab şurası” müvəqqəti hökümətin hakimiyyəti ələ almaq üçün hazırlığı və şərayiti yoxlamalı idi. Xumeyninin fikrincə şah tərəfindən təyin olunmuş sekular Bəxtiyar hökümətinin heç bir hüququ əsası yox idi, çünkü o : “xalqın idarəsinə qarşı hərəkət edir. Yeni təşkil edilmişdə olan hökümət, xalq tərəfindən müəyyənləşdirilmiş, konstitusiya təsisi hüququna malik bir yığıncaq çağırılmalı və bu yığıncaq islam respublikasının yeni konstitusiyasını qəbul etməlidir.Yeni parlamentə seçgilərdə xalqın marağı uğrunda hərəkət edən və parlamentdə islam qarşısında məsuliyyətini tanıyan bütün partiyalar iştirak edə bilərlər. Dövlət başçısı bütün xalq tərəfindən seçilən president olmalıdır”. (25) . Bu vəzifəyə namizədi xumeyni özü elan etmək istəyirdi. O, özü namizədliyini irəli sürmür və baş nazir olmaq da istəmirdi. Xumeyni özü üçün hökümətin səhvlərini düzəldə bilən bir “Rəhbər” (Vəlie fəqih/- şəriət aliminin hakimiyyəti) və yaxud “Ustad” rolu fikirləşirdi. (26) Iqtisadi siyasət sahəsində xumeyninin fikrincə, neft istehsalından əldə edilən gəlir iqtisadi planların və inkişaf projektlərinin maliyyələşdirilməsinə sərf edilməlidir. Bundan sonra milli, xarici ölkələrdən asılı olmayan sənayesinin inkişafı sürətləndirilməlidir. (27) Dini müxalifətin tanınmış başqa nümayəndələri Ayetullah Şəriyətmədarı, Ayetullah Taleqani, Ayetullah Montəziri və Ayetullah Nuri idi. Şəriyətmədarı xüsusu ilə iran Türkləti tərəfindən dini rəhbər kimi tanılırdı. O, Vilayeti fəqih əslinin əsası ilə razı idi. Ancaq fəqihin mütləq səlahiyyeti barəsində Xumeyni ilə ziddiyyətdə idi. Şəriyətmədarı Vilayeti Fəqih haqqında “Bamdad” qəzətəsilə müsahibsinde deyir : “Referandum ve Xubrəqan meclisinə seçgilər göstərdi ki, hakimiyyət və güc kökü xalqındır... hakimiyyət etmək millətin haqqıdır, islamda Vilayəti fəqih məsələsi vardır. Lakin, söhbət onun hüdudundan gedir, yəni bu ki, Fəqihin nə qədər vilayəti (hakimiyyəti/yazdani) var... Şəriət səlahiyyətçisi olmayan işlərin vilayəti, Fəqih ilə dir. Həmçinin parlamentdə qəbul olan qanunların, dövlət və ona tabe olan idarələrin fərmanlarının kontrolu və onların islamin müqəddəs şəriətilə uyğun olduqlarının qorunması, Fəqihin qəti haqqıdır...”. (28)* Şəriyətmədarı Güney Azərbaycanın muxtariyyət statusu ilə müxalifət edib, ancaq “əyalət və vilayət əncümənləri”nin təşkil edilməsin tələb edirdi. Bu istək “inqilab şurası”nın əksər üzvüləri tərəfindən kesinliklə rədd olurudu. Bu haqda, “islam respublikası” sistemin qurucularından olan Ayətullah Montəzirinin yazdığı xatirələrində deyilir: “...yadımdadır ki, bir gecə inqilab şurasında Azərbaycandan söz açıldı. Mərhum mohəndis Bazorqan dedi ” nəhayət,Azərbaycan aqaye Şəriyətmədarının vilayətidir (ustanıdır). Bu vilayətin valisi və onun başqa işləri ağaye Şəriyətmədarının nəzarəti altında olmalıdır. Əslində bu ağanın Azərbaycan haqqında fikir söyləməyə haqqi var”. Mən dedim: “bu nə sözdür siz deyirsiniz! Məgər biz məmləkəti tikə-tikə edib, burada federal bir ölkə düzəltmək istəyirik. Belə olursa, onda Kürdüstanı İzzəddin Hüsəyninin ixtiyarında, Sistan və Bəluçustanı da Moləvi Abduləzizin ixtiyarında qoyaq. Nəhayət iran ölkəsi vahid bir ölkədir və vahid bir siyasəti vardir, bu söz mənasız bir sözdür ki, biz bu və yaxud başqa vilayəti bu kəsin və ya başqa bir kəsin ixtiyarında qoyaq”. Sonunda bu planla müxalifət oldu.” (bax: Ayətullah Montəzirinin xatirələri, ittihade naşirane irani dər urupa, deymah 1379, S. 250-251)

Milli cəbhə

1979-cü ildə “Dini müxalifətlə” yanaşı, “Milli cəbhə”-nin də iranda siyasi inkişafa böyük təsiri olmuşdur. Keçmiş məqalələrdə qeyd etmişdik ki, “Milli cəbhə” partiyaların ittifaqı idi və 1953-cü ildə devrilmiş baş nazir Müsəddiq təşkil etmişdi. Bu ittifaqda ilk növbədə üç partiyanın adını çəkməyə dəyər.

-Mehdi Bazorqanın rəhbərliyi altında “İranda azadlıqdan müdafiə hərəkatı” partıyası. Bu partıya konstitusiyalı monarşı arzulayırdı, bununla belə diktatura əleyhinə proqramı var idi.

-Dariyuşe Foruhərin rəhbərliyi altında solameyilli hərəkət. Bu partiya Milli cəbhənin ən radikal qolunu təşkil edirdi. Foruhər 7.9.1078-ci ildən həbsdə idi və 8.12.1078-ci ildə azad edildi*.

- Doktor Kərim Səncabinin rəhbərlik etdiyi “İran azadlıq uğrunda hərəkat”. Bu iitifaqda orta mövqeni təmsil edirdi və sayca ən böyük qruplaşma idi. Noyabrın əvvəlində səncabi parisdə xumeyni ilə görüşdükdə hərəkatın milli-islam-demokratik karakterini dəqiqləşdirdi.Noyabr ayının 4-də xumeyni və səncabi birlikdə aşağıdakı bəyanati verdilər:

-iranda səltənət aradan qaldırılmalıdır. Çünkü o qanunluyunu və din əsasını itirmişdir.

- iranda islam dininə əsaslanan bir hökümət qurulmalıdır.

-iranın milli dövlət forması islam, demokratiya və müstəqillik əsasında azad ümumi referandomda müəyyənləşdiriləcəkdir. (29)

Bundan əlavə “Milli cəbhə” 1978-ci ildə öz tələblərini 12 bənddən ibarət geniş bir proqramda elan etmişdir:

  1. SAVAk-ın buraxılması.

  2. Mülki şəxslərə qarşı qaldırılmış bütün şikayətlərin hərbi məhkəmənin səlahiyyətindən ləğv edilməsi.

  3. Ədliyyənin sözün əsl mənasında müstəqilliyinin yerinə yetirilməsi.

  4. Hansı ideologiyaya mənsub olmasından və nə müddətə məhkum olmasından asılı olmayaraq bütün siyasi dustaqların azad edilməsi.

  5. Xaricə və ölkə daxilində bütün sürgün edilənlərin geri qayıtması.

  6. Bütün siyasi mühacirlərə heç bir maneçilik törədilmədən vətənə qayıtmağa icazə vermək.

  7. Azad fikrə və fikiri azad izhar etməyə, azad yazışmağa və yığıncaq azadlığına zəmanət vermək.

  8. Heç bir monopoliya olmadan bütün siyasi partiya və təsisatlar üçün azad fəaliyyət.

  9. Təzəliklə və ya çoxdan bağlanmış qəzət və jurnalların azad çapı.

  10. Həmkarlar ittifaqlarının azad fəaliyyətinə zəmanət verilməlidir. Sendikalar və yaxud müxtəlif “fəhlə təşkilatları” kimi zorla açılmış təşkilatlar ləğv edilməlidir.

  11. Müdafiəsiz vətəndaşların “kollektiv ölümündə“ günahı olan gizli qüvvələr və icraçılar tutduğu vəzifədən asılı olmayaraq, yubanılmadan tapılmalı və cəzalandırılmalıdır.

  12. Hərbi məhkəmə tərəfindən məhkum edilənlərə rəsmi və qanuni bəraət verilməsi. (30)

Başqa liberal-milli təşkilatlar o cümlədən yazıçı M. A. Beh-Azinin rəhbərlik etdiyi “Demokratik xalq ittifaqı” da həmçinin qarşılarında demokratik, diktatora əleyhinə məqsəd qoymuşdular. Ancaq onların siyasi nüfuzu “Xalq cəbhəsinə” nisbətən məhdud idi.

Tudə partiyası və başqa sol təşkilatlar

Mühacirətdə olan Tudə partiyası sol təşkilatların ən nüfuzlusu olmuşdur. Tudə partiyasının məqsədilə əlaqədar onu demək olar ki, o, 4 sentyabr 1978-ci ildə özünün proqramını elan etdi və şahın diktatur rejiminin devrilməsinə tərəfdar olduğunu bildirdi.

Diktatorluq əleyhinə bütün qüvvələrin təmsil edildiyi milli koalisiya höküməti yaradılmalı idi. Bu hökümət milli müstəqilliyin və azadlıqların təmin edilməsinə çalışmalı və həmçinin iqtisadiyyatın sağlamlaşdırılmasına, əhalının vəziyyətinin yaxşılaşdırılmasına başlamalı idi. Tudə partiyanın fikrincə, bu məqsədlərin həyata keçirilməsi üçün “respublika” sistem müvafiq dövlət forması idi.

Tüdə partiyası öz platformasında daha sonra Xumeyni və Taleqani kimi din xadimlərinə həmçinin milli cəbhənin rəhbəri Səncabi kimi siyasi xadimlərə müraciət edərək, onların İranın milli müstəqilli uğrunda vahid cəbhəsinin yaradılmasını müdafiə etməyə çağırır. Tudə partiyasının fikrincə, vahid cəbhə səyləri ilə paralel surətdə, fabriklərdə, universitetlərdə, idərə və məktəblərdə “vahid cəbhə”nin” özək və şöbələri yaradılmalı idi. Tudə partiyasının sənədində, bununla əlaqədar belə deyilir: “hər bir özək və hər bir şöbə bütün gücünü normal siyasi mübarizənin, etiraz mitinqlərinin, tətillərin və s. Genişlənməsinə tətbiq etməyə və eyni zamanda, şahın dəhşətli rejiminin və İmperiyalizmin qara qüvvələri ilə qarşı-qarşı durmada silahlı müqavimət və silahlı hücüm hazırlamalıdır”. Sovyetlər ittifaqı tərəfdarı olan Tudə və “Xalq fədailəri əksəriyyət” təşkilatlarından başqa, Çin və Albanya tərəfdarı olan (Maoistlər və Ənvər Xocaçılar) sol təşkilatlar da mövcud olmuşlar. Bu təşkilatların isterateji hədəfi iranda sosyalizm sistemin quruluşu olmuşdur.

Azadlıq baharı

1979- cü ilinin Yanvar ayının 16-da, Mohammad Reza Şah iranı tərk etdikdən sonra, iranda qisa ömürlü “Azadlıq Baharı” başlayır. Bu dövrüdə küçələr, xiyabanlar Milyonlar şadlıq edib, sevinən insanlarla dolur. Uzun illər şah diktatur rejimin təzyiqi altında həyat sürən müxtəlif ictimai təbəqələr “totaliter padşahçılıq” sistemin süqutundan sevinir. Siyasi partiyalar söz, mətbuat və siyasi azadliğın bərpa olunmasını alqışlayır. Zindanların kitabxanalara çevrilməsi, işgəncənin aradan qaldırlması, terror və təzyiqin daimi olaraq iran ölkəsindən məhv olması ziyalılar təbəqəsinin istəyi olur. Fəhlələr təbəqəsi Maaşın çoxalmasını, həmkarlar ittifaqının azad şəkildə fəaliyyətini və tətil huququnun məşru tanılmasını tələbi edir. “Ağ İnqilab” dövründən şəhərlərə mühacirət edən kəndlilər, həyat tərzinin yaxşılaşdırılmasını, yoxsulluq və ictimai məhrumiyyətdən qurtuluşu arzu edir. Milli zülm altında olan, varlıqları danilan, ana dilləri yasaq olan Türk, Ərəb, Türkəmən, Kürd və Bəluç xalqları, gobud ədalərsizliyin sona çatmasını ümid edir. Işsizlər və yoxsullar kütləsi onlara verilən sözlərdən o cümlədən “su və işiğin pulsuz olacağından, hər gün ev qapıları döyülüb neft gelirindən pay alacaqlarından” sevinir. Inqilab rəhbəri Ayətullah Xumeyni müsahibələrilə ictimai ədalət istəyən insanlarda eləcədə kommunizm sistemin tərəfdarı olan sol təşkilatlarda ümidlər yaradır: “Biz istəyirik məmləkətimiz özümüzün olsun, müstəqil və azad olaq. Mətbuatimiz və qələmlərimiz azad olsun. Biz istəyirik məmləkətimizin yeraltı sərvətləri məmləkətimizə xərc olsun, ac qalanları doyuraq, paltarsız qalanları, geyindirək, evsiz olanlara ev verək” (xumeyninin 1357-ci ilin Azər ayının 6-da Yaponiya jurnalisti ilə müsahibəsi).

-1979-cü ilin Fevral ayının 1-də Xuməyni 14 il mühacirətdən sonra Neauphle-le-Châteauni tərk edib, irana qayıdır.

-Fevral ayının 5-də Xumeyni tərəfindən “müvəqqəti dövlətin” baş nazirliyinə təyin olmuş Mehdi Bazorqan dövlət işlərini ələ alır.

-Bu tarixdən 2 gün sonra şah rejiminin siyasi-hərbi başçiları həbs olunur.

- Həbslərdən iki həftə sonra, müləq Vilayeti Fəqih tərəfdarı olan “Hizbe Cümhureye islami/islam cümhurusu partiyası” yaranır.

-1979-cü ilin mart ayının 30-da “islam cümhurusu hən, yoxsa yox?” referandomu keçirildikdən bir gün sonra, aprel ayının 1.-də Xumeyni tərəfindən “İran islam cümhurusu” sistemi elan olur.

-1979-cü ilin Aprel ayının 7-də Şah rejimin baş naziri Amir Abbas Hoveyda edam edilir. Onun ardınca Şah ordusunun 23 generalı və 30 zabiti edam olurlar. Amnesti İnternaşyonalın verdiyi statiskaya görə islam inqilabının başlanğıcı gündən (Fevral 1979-cü il) 1981-ci ilin sonuna qədər 3800 nəfər və 1983-cü ilin dekabr ayının sonuna qədər 5447 nəfər edam edilir.

-1979-cü ilin aprel ayının 20-də 22 qəzet və jurnal ayətullah xumeyninin əmrilə qadağan edilir.

-1979-cü ilin dekabr ayının 3-də referandoma qoyulan “iran islam respublikası” konstitusiyası qəbul olunur. Konstitusiyada, Ayətullah Xumeyni “inqilab rəhbəri”, “Vəlie fəqih” və qaib olan 12-ci imamın nümayəndəsi kimi yer alır.

-1979-cü ilin noyabr ayının 4- də Tehran şəhrində yerləşən Amerikan səfirliyi radikal

islamçı tələbələr tərəfindən işğal olunur. İşğalçılar, müalicə üçün Amerikada olan şahin irana

qaytarılmasini tələb edir.

-1979-cü ilin Dekabr ayının 7-də Xumeyni etdiyi bir nitqdə Amerikan səfirliyini casusluq

mərkəzi adlandırır : “Amerikan səfirliyi müqəddəs islam hərəkatına düşmən olanların

casusluq mərkəzidir (yuvasıdır)”.

-Amerikan dövləti girov götürülən diplomatları azad etmək üçün uğursuz qalan hərbi əməliyyata Operation Eagle Claw əl atır. Əməliyyat Xumeyni tərəfindən “Allahın iradəsilə uğursuz qalan əməliyyat” adlanır.

-Xumeyni tərəfindən “müvəqqəti dövlət”in baş nazirliyinə təyin olmuş Mehdi Bazorqan

tənqidi fikirləri üçün işdən azad edilib, yerini Abul-Hasan Benisədr alır.

-1980-cı ilin janvar ayının 25-də baş nazirlik vəzifəsində olan Bənisədr, daha 6 qəzətin

bağlanması qarşısına olduğunu bildirir.

1980-cı ilin ijul ayının 27-də Mohamməd Reza şah Qahirə şəhrində vəfat edir.

-1980-ci ilin Septambr ayının 22-dən (8 il davam edən) iran-irak müharibəsi başlayır.

-1980-ci ilin ijul ayının 4-də, xumeyninin göstərişi və inqilab şurasının qərarı ilə bütün

universitetler bağlanır. Inqilab şurasının üzvü olan Ali Akbar Rafsəncani Universitetləri

əlbombasından daha təhlükəli olan” adlandırır. Universitetlər sekular-demokrat kadrlardan

temizlənib, vilayəti fəqih sistemə loyal kadrlarla dolandan sonra, yenidən

fəaliyyətə başlayır.

- 1981-ci ilin ijun ayının 22-də, baş nazir Bəndisədr ayətullah xumeyninin gösterişi və

parlamentin qərarı ilə vəzifədədən azad edilir. O, həmin ilin iyul ayının 29- da məxfi

şəkildə irandan çıxıb paris şəhrinə qaçır.

- 1981-ci ildən başlayaraq, islam üləmaları Xumeyni başçılığı ilə hökümət və ölkənin mütləq

rəhbətliyini ələ keçirir. Müxalifətə qarşı təzyiq və edamlar yüksək dərəcəyə çatır.

-“Xalq mücahidləri” təzyiqlərə qarşı sui-qəsdlərlə reaksiya göstərir. Sui-qəsdlər nəticəsində

xumeni tərəfdarı olan “islam cümhurusu partiya”sı üzvlərindən və həmçinin dövlət

başçılarından bir neçəsi həlak olur.

- “Xalqe musəlman”, “Milli cəbhə”, “Kürdüstan demokrat partiyası”, “Xalq fədailəri”, “Xalq

mücahidləri” və... qadağan edilir.

-1982-ci ildə, Tudə-partiyası ayətullah Xumeyni və həmçinin “islam respublikası” sistemə

tərəfdar olduğuna baxmayaraq, dövlət təhlükəsizlik orqanları tərəfindən hücumlara məruz

qalır. Tudə partiyasının üzvlərindən bir çoxu həbsə alınır və yaxud edam edilir. Partiyanın

rəhbərliyində olan kadrlar televiziya müsahibələrində “sovyetlər birliyinin casusları”

olduqlarına etirafa məcbur edilirlər.

1983-cü ilin may ayının 4-də bu partiya rəsmi olaraq qadağan elan edilir.

-1988-ci ilin ijul ayında Mir Hüsseyn musəvi baş nazır vəzifəsində olduğu vaxtda, siyasi

məhbusların kütləvi edamları başlayır. Deyilənlərə görə 5 ay sürən bu qətl-amda 10-min

siyasi məhbus edam edilir.

Azadlıq baharının” ömrü qisa olub tezliklə sona çatır. Buna birinci dərəcədə qərb ölkələrin razılığı ilə iran cəmiyyətində uzun illər həyat sürən siyasi istibdad səbəb olur. Çünkü:

diktatur şah dövründə, cəmiyyətdə sekular-demokratik müxalifətin yaranması və keçid dövrüdə alternativ qüvvəyə çevrilməsinə imkan yaranmır. Belə məhdudiyyətin məntiqi nəticəsi ölkədə siyası hakimiyyətin inhisara keçməsi və şərq despotizmin “totaliter teokrati” formasının yaranması olur.

Iranda islam cümhurusu rejimin yaranmasında qərb ölkələrin xidmətindən əlavə, sol təşkilatların payı az olmur. Sol təşkilatlar qərb dünyasının modern siyasi-ictimai dəyərlərinin irana gəlməsini, “qərb imperiyalizmin” kultur müstəmləkəçilik dəyərləri kimi qınayıb və irticai din qüvvələrilə birlikdə ona qarşı mübarizə aparır.

Əslində din üləmaları (bir neçə istisna olaraq) ictimai təbəqə kimi nə istibdada və nə də müstəmləkəçiliyə qarşı mübarizə aparmışlar. Onlar qərb ölkələrin modern ictimai-siyasi dəyərlərinin irana gəlməsini, öz nüfuz və etibarlarına qənim gördükləri üçün bu ölkələrlə müxalifət etmişlər.

Vilayəte fəqih sistemi və mədəni (civil) cəmiyyət!

  1. Mədəni cəmiyyət nedir?

1-Mədəni cəmiyyət Feudalizmin dağılması və Kapitalizm sistemin iqtisadi gücünün, texnikasının və ideallarının inkişafi nəticəsində yaranır. Nəzəri baxımdan, bu cəmiyyətin diqqət mərkəzində insan yer alır. Insan cəmin içində “fərdə” çevrilir və azad bir şəxs olur. O, kimsənin qəyyumluğu altında yaşamır. Nə ərbabın rəiyyəti sayılır və nə də din alimlərinin təqlidçisi olur. O, müstəqil bir insan kimi, ağıl, elm və təcrübə yolu ilə öz müqəddəratının sahibi olur.

Mədəni cəmiyyətdə, insan özünü dövlət hakimiyyətinin əsl sahibi bilir. Cəmiyyəti idarə edən dövlətin hər işini metafiziki doqmlardan azad etmək üçün din və onun qayda-qanunlarından ayırır.

Mədəni cəmiyyətdə bütöv insanlar qanun qarşısında bərabər olur. Heç bir vətəndaş müəyyən bir ictimai təbəqəyə aid olduğu üçün və yaxud başqa bir din, məzhəb, irq, cins və dilinə görə qanun tərəfindən ayrı-seçkiliyə məruz qalmır.

Mədəni cəmiyyətdə qanun hökm sürür və ictimai hakimiyyət xüsüsi mülkiyyətə keçmir.

Söz, fikir, mətbuat, dil və pluralizm azadlığı təmin olur. Insan özünü fatalizmin qaranlıq dünyasından qurtarır və daha alın yazısına inanmır. O, cəbr ilə ixtiyar arasında ixtiyarı seçir və beləliklə öz taleyının Tanrısı olur...


  1. Vilayəti-Fəqih sistemi və mədəni (civil) cəmiyyət

İran adlanan ölkədə mədəni cəmiyyətin quruluşu üçün lazim olan eyni və zehni şərayit yaranıb. Bugün İranin müxtəlif şəhərlərində çoxlu elm mərkəzləri təsis olub. Daxil və yaxud xaric ölkələrin universitetlərində təhsil almış bir neçə milyon insan, müxtəlif ictimai sahələrdə fəaliyyət edir. Bir neçə milyon işçi müxtəlif sənaye fabrikalarında işləyir. Məmləkətin 75 milyon nüfusunun 65% - dan çoxu şəhərlərdə yaşayır. Şəhərlər ilə kəndlər arasında gəl-get çoxalıb. Internet, satelit, radio – televiziya, mətbuat, avtobanlar, uçaqlar, gəmilər, qatarlar və körpülər insanlar arasında əlaqələri çoxaldıb. Cəmiyyətdə yeni sosyal qrupalar yaranıb və köhnə sosyal qrupalarda yeni siyasi-mədəni şüurun oyanmasına səbəb olub. Başqa sözlə desək, məmləkət nisbi olursada, modernləşib.

Aydındır ki, hər bir siyasi sistemin məşruiyyəti həmin sistemdə çoxsaylı qrupaların iştirakından asılı olur. Mədəni cəmiyyətdə bu faktor, azad seçkilər, parlamentlər və siyasi partiyalarla təmin olur. Iranda isə, Vilayeti-Fəqih sistemi bu təşkilatları qadağanlayır ve yaxud formal şəkildə fəaliyyətlərinə icazə verir.

Vilayəti-Fəqih sistemi məzhəbi-siyasi bir ideologiyadır. Bu sistem zatına görə totaliter bir sistem və kökündən qərb demokratiyasına ziddir. Bu sistemdə vətəndaşın vicdan azadlığı (şəxsi azadlıqlar, məzhəb, fikir və söz azadlıqları) həmçinin onun xüsusi həyatının ən kiçik sahəsi misal üçün nə yeyib, nə içib və necə geyinməsi sistem tərəfindən kontrol olur.

Vilayəti-Fəqih sistemi öz məşruiyyətini Quranın təlimatından, Peyğəmbərlik fəlsəfəsindən və Şiyə məzhəbinin İmamşünaslıq nəzəriyyəsindən alır.

Bu ideologiya görə, qanunverici hakimiyyət ancaq Allaha aid olur (Jus Divinum). Burada insanın və hətta Peyğəmbərin qanun qoyma haqqı olmur (Jus Naturale). Insan ancaq Allah tərəfindən gələn qanunların icraedicisi sayılır. Bu sistemin baxışına görə islam dininin qanunları əbədi olaraq mötəbər və bütöv zaman və məkanlara aid olur. Qanunların icra etdirilməsi Peyğəmbərin və onun ardınca İmamların və onların qıyabında Fəqihlərin (din alimlərinin) vəzifəsi sayılır.

Din alimləri tərəfindən siyasi hakimiyyətin ələ kəçirilməsi, qərb ölkələrində “Teokrati” və Şiye məzhəbli iranda “Vilayəti-Fəqih” adlanır.



  1. Vilayəti-Fəqih sistemi və vətəndaşlar

Vilayəti-Fəqih sistemi vətəndaşları, din, dil, məzhəb, irq və cinslərinə görə müxtəlif yaxşı-pis qrupalara bölür. Ən yaxşı vətəndaş, 12- İmama inanan və Vilayəti – Fəqih sisteminin tərəfdari olan “Şiyələr” hesab olur.

Şiyələr iki qrupaya bölünür:



  1. Mütləq hüquqa sahib olan Fəqihlər (Müctehidlər) təbəqəsi

  2. Şiyə ümməti

Mütləq hüquqa sahib olan din alimləri (Fəqihlər) şəriyətşünas və islam dininin hökmlərini yaxşı taniyan insanlar hesab olur.

Vilayəti-Fəqih sistemde mühüm dövlət orqanları ( Xubrəqan məclisi, Rəhbərlik məqami, Ədliyə hakimiyyətinin rəisliyi, Şuraye nigəhban və ...) ancaq yüksək Şiyə məzhəbli din alimləri təbəqəsinin inhisarinda qalır. Bu mümtaz təbəqənin içindən seçilmiş (Vəliye-Fəqih) ölkənin dini-siyasi rəhbəri kimi ömür boyu həm Millətdən və həm Qanundan üstün sayılır.

Şiyə ümmətinə gəldikdə, onlar bütöv siyasi-dini məsələlərdə Müctehidlərdən asılı və onların Qərar, Meyl və Fitvalarının təqlidçisi olurlar.

Vilayəti-Fəqih sistemdə Şiyə ümməti iki qrupaya bölünür :



  1. Kişilər

  2. Qadinlar

Kişi, cinsiyyətinə görə qadindan üstün sayılır. Qadınlar həm Fəqih və Müctehidlik dərəcəsinə çatmaq hüququndan məhrum qalır və həmdə vərəsəlik, ailə və cinayət hüququ baxımdan kişi ilə bərabər olmayan və onun yarısı olan hesab edilir.

Iran Islam cümhurusu rejimində, qadın və onun insan məqami cinsi alət məqamina endirilir. Qadın, bayırda saçlarının göründüyü üçün cəzalanır. Onun ”naməhrəm” kişi ilə əl verməsi günah sayılır. Məclise şurayi islamiyə (Parlamentə) seçilmiş qadın nümayəndəsi, kişisinin (ərinin) icazəsi olmadan evdən eşiyə çıxmağa haqqı olmur....

Vilayete-Fəqih sistemdə sünni məzhəbli Müsəlmanlar (Bəluçlar, Kurdlər və Türkmənlər) ikinci dərəcəli Müsəlmanlar sayılır. Bu Müsəlmanların yüksək din alimləri İran islam cümhurusu rejimin mühüm dövlət orqanlarında iştirak etmə hüquqları olmur. Bu gün 14-milyon nüfusu olan Tehran şəhərində sünni-məzhəbli vətəndaşlara nümunə olaraq bir məscid yoxdur.

Vilayəte-Fəqih sistemdə kitab əhli sayılan qeyri-müsulman vətəndaşlar (Yehudilər, kristanlar və Zərduştilər) faktik olaraq, üçüncü dərəcəli insanlar hesab olur və qanun qarşısında müxtəlif ayrı-seçkiliklərə məruz qalır (31). Orduda vəzifə tutmaq, qazilik etmək və məmləkətin mühum orqanlarında iş sahibi olmaq hüququ bu vətəndaşlardan alınır. Bundan əlavə müsəlman qadının qeyri-müsəlman kişi ilə evlənməsi, Şəhadət, Qisas və Zina məsələlərində bu vətəndaşlar göbud bərabərsizliyə məruz qalır.(32)

Vilayəte-Fəqih rejimdə dini düşüncə və dünya görüşünə görə, Kafir və Müşrük sayılanlar, Bahai məzhəbinə inananlar və həmçinin islam dinindən çıxan insanlar, mədəni hüquqlardan məhrum qalır və şətiət qanunları ilə uyğun olaraq, qətlə yetirilmələri vəzifə sayılır.

Dil və etnik mənsubiyyətə gəldikdə, bu sistemdə ən yaxşı vətəndaş fars vətəndaşı və ən yaxşı dil fars dili hesab olur . Bu üçün İranda yaşayan müxtəlif millətlərin dil, kultur və milli kimlikləri əzilir və yox olama təhlükəsinə məruz qalır.

Vilayəte-Fəqih rejimi demokratiya və civil cəmiyyətə zidd olan bir sistemdir. Bu rejimin siyatəsi nəticəsində, Iran cəmiyyətində, diktatorluq, vətəndaşlar arasında ayrı-seçkilik, milli zülm, işsizlik, geniş yoxsulluq, narkomanlıq və xurafat hakimiyyet edir. Milltətin Beytulmalı tarac olur. Hükumət hər il neft gəlirindən (təxmincə 120 milyard dollar), milyardlar dollar rejim tərəfdarı olan Ağazadələrin, Ayətullahların, Həməs, Hizbullah və İraqda Muqtedul Sədrin şəxsi ordusunun ixtiyarında qoyur. Qonşu ölkələrdə o cümlədən müstəqil Şumal Azərbazcanda demokratik və modern ictimai həyatın inkişaf qarşısını almaq üçün, milyonlar Dollar pul xərc edir və bəcərtdiyi Terroristlər əlilə bu ölkələrin sakitlik və sabitliyini yox etməyə çalışır. Özünü müsəlman dünyasının təəssübkeşi kimi təqdim edən Iran rejimi, Azərbaycan ölkəsinin 20%-dan çoxunu işğal altında saxlayan və bir milyon insani qaçqın salan teçavüzkar Ermənistan dövlətini hər cürə maddi-mənəvi və hərbi köməkliklərlə himayət edir.

Hqiqətdə, İslam dinini, siyasi alətə çevirən, özünün həqiqi mahiyyətini din pərdəsi altında gizlədən Fars Şovinizmindən, İranda yaşayan insanlara azadlıq və rifah gözləmək, boş bir ümiddir.



Demokrasi yolu ancaq Sekularizmdan keçir. Bu üçün, İran əhalisi, yaxasını totaliter hükumətin əlindən qurtarmaqla, Civil cəmiyyətə pəncərə aça bilir.

25- Spiegel-Interview mit Ayatollah Khomeyny in Spiegel, 22 Januar 1979, Nr. 4, S. 110-111

26- Frankfurter Rundschau, 17. Januar 1979, Nr. 14, S. 2

27- Spiegel-Interview mit Ayatollah Khomeyny in Spiegel, 22 Januar 1979, Nr. 4, S. 110-111

28*- bax: Ayetullah Şəriyətmədarının Vilayəti Fəqih haqqında nəzəri, Xalq Musulman qəzəti, Nr. 7, Mehr ayı, 1358, Səhifə 8-10.

Milli şüurdan uzaq olan Şəriyətmədarı hədsiz dərəcədə yumşaq, mədəni və mühafizəkar bir insan idi. O, “Mütləq Vilayeti fəqih” əsli ilə müxalifət etdiyi bir dövrüdə, malik olduğu xüsusiyyətlərin qurbanı olub, inqilabçı Xumeyni qarşısında diz çökməyə məcbur oldu. Onun himayəsi altında ”üç milyon” üzvü olan “Xalqe Musəlman” partiyası Hizbullah və fars şovenizminin qulluqçuları tərəfindən darma-dağın edilib, yüzlərlə tərəfdarı həbsxanalara atılıb, öldürülüb və yaxud edam edildilər . Şəriyətmədarı din xadimləri təbəqəsinə aid olduğu üçün, bu təbəqənin sinfi marağınının təhlükəyə düşməsindən qorxub və bu üçün Azərbaycanda Xumeyni və onun tərəfdarları qarşısında “fitva” ilə kütləvi müqaviməti rədd edirdi. Şəriyətmədarının milli şüurunun nə həddə olduğu haqqında, iranda nəşr olan “Varlıq” dərgisinin müdiri Dr. Heyətdən bir xatirəsində oxuyuruq:” “inqilabın əvvəllərində varlıq dərgisi Tehranda nəşr olurkən, çox çətinliklərlə, o cümlədən maddi çətinliklə üzbəüz gəldik. Mən o vaxt Ayətullah Şəriyətmədarının hüzüruna gedib və ona öz məhəbbətimi göstərdikdən sonra dedim: Həzrəti Ayətullah! Tehranda neşr olan Varlıq dərgisi, Azərbaycanliların dil, Kultur və ədəbiyyat inkişafı uğrunda yaxşı bir vəsilədir. Onu gücləndirmək üçün, sizin yardımınız və təsdiqinizə ehtiyacımız var. Həzrəti Ayətullah mənə belə cavab verdilər: “bizim dilimizin qaydası yoxdur ki! Və... . Öz ləhcəsilə ona belə cavab verdim : Həzrəti Ayətullah! Dilimizin qaydası var, özüdə qanuna uyğun qaydası var! Ayətullahın hüzurunda zənnimcə fars dilli bir şəxsin oldughu üçün, Ayətullah fars dilində danışırdı.” (bax: Mir Musa Haşimi,“xatirate yek sərbaz/bir əsgərin xatirələri, 163-cü səhifə).



*(Foruhər 1948-ci ildə “Pan-iranism” partiyasının üzvü olur. 1951-ci ildə bu partiyadan çıxır və “iran millətinin partiyasını” qurur. 1979-cü ildə Islam inqilablndan sonra təşkil tapan kabinetdə əmək naziri vəzifəsinə təyin olur. 1980-ci ildə bu vəzifədən istefa edir. 21. Nov. 1998 – ci ildə Tehran şəhrində həyat yoldaşı Pərvanə Foruhər ilə birlikdə iran islam respublikası rejimin ittelaat məmurları tərəfindən qətlə yetirilir).

29- Süddeutsche Zeitung, 5 Nov. 1978

30- Deutsche Volkszeitung, 21 Dekabr 1978, Nr. 51/52, S. 2

31-Bax: İran islam cümhurusunun əsas qanununda: 144, 167, 152 və mədəni qanunun 1059, 494, 207, 121 və 88- ci maddələrinə.



  1. Türk düşməni olan İran rejimi, İranda yaşayan Ermənilər haqqında istisnalar siyasəti irəli sürür. İranda 30 milyon Azərbaycan Türkünün ana dilində məktəb sistemi qadağan olduğu halda, 80-90 min Erməni hər cürə siyasi-kulturel imkanlara malik olub. İran dövlətinin İrəvanda olan sefiri Seyyed Ali şəqaiyan-ın dediyinə görə: “ Ermənilərin təkcə Tehran şəhrində 24 məktəbləri var”.


*Bu silsilə məqalələr keçmişdə ərəb-fars əlifbasında yayılıb. Bu əlifbanı bilməyən soydaşların istəyini nəzərdə alaraq, meqalələr latın əlifbasına keçirilib.
Son məqalədə bütün deyilənlərə yekun vurulub, nəticə alınacaq!







Yüklə 92,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin