Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


Məhkəmə Onu Suçlu Çıxarandan Sonra Sokratın Çıxışı



Yüklə 1,62 Mb.
səhifə11/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   ...   7   8   9   10   11   12   13   14   ...   84
2.Məhkəmə Onu Suçlu Çıxarandan Sonra Sokratın Çıxışı.
Elə indicə baş verən bu olaydan darılmamağa çoxlu tutarqalarım var mənim, ay afinanın kişiləri, sizlər məni suçlu saydınız, düzü bu mənim üçün çox da elə gözlənilməz olmadı. Mənə çöçün gələn, burada səslərin bu sayaq bölünməsi oldu*. Mənə elə gəlirdi, bundan qat-qat artıq çox səslə məni suçlu çıxaracaqsınız, ancaq belə azacıq səs üstünlüyü ilə suçlanacağımı gözləmirdim. Vur-tut otuzbir daşı, bu yandan götürüb o yana qoya bilsək, mən suçlu sayılmaram. Demək artıq bu Meletin üzünü görməkdən yaxamı qurtara bildim; bundan başqa görünən bir də bu oldu: birdən bu Anitlə, Likon bunun sözünü tutub bura gəlməsəydilər, Melet səs çoxluğu qazana bilmədiyindən min drahm* görkoldu ödəməli olacaqdı.

Məni suçlu bildiyiniz bu işə görə, Melet bu anda yasanın ona verdiyi girəvəyə arxalanıb, sizləri mənə ölüm kəsməyə çağırır. Çox yaxşı. İndi də yasaya görə mən deməliyəm, suçumun altını necə çəkməyi istəyirəm. Altını çəkməyimlə, adıma yazılan suç biri-birinə uyğun olmalı deyilmi? Ancaq bu uyğunluğu necə tapaq? Mənim özəl işlərimi bir qırağa tullayıb, özümə dinclik vermədən, böyük bir çoxluğun, az qala hamının getdiyi yaşam yolunu tutmamağımın: axça qazanmağa girişməməyimin, özümə yaxşı ev-eşik qurmamağımın, strateq olmağa çalışmamağımın, xalqa başçılıq eləmək istəyindən daşınmağımın; öz qazancımı güdmək üçün dövlət qulluğuna soxulmaqdan, pusqulardan(qəsdlərdən), devirimlərdən(qiyamlardan), bizim şəhərdə az qala bir öyrəncəyə dönmüş bu sayaq davranışlardan uzaq gəzməyimin, bütün bunları öz ərdəmliyimə yaraşdırmamağımın; özümün də, sizlərin də işinə korluq verə biləcək bir yol tutmaq istəməyib, arayıb-axtarıb işinizə yaxşı yarayacaq bir yol tutmağımın,-sizlərin yaxasından yapışıb, öz dolanışığınızdan öncə öpözünüzü düşünməyinizi, özünüzün indinizdən artıq anlaqlı, üstün kimsələr olmağı sizlərə aşılamağımın, şəhərimizin insanlıq ad-sanını ucaltmağın, onu yenidən tikib qurmaqdan üstün olduğunu anlatmağımın, habelə bu sayaq çoxlu “suçlarımın” altını necə çəkməyimi düzgün sayırsınız?—yoxsa, yasaya görə, suçumun üstündən keçəsiniz deyə mən indi sizlərə neçə buçuqsa axça boyun olmalıyam? Ay afinanın kişiləri, nə olar, elə bir yaxşı yol tapın, bu mənim elədiklərimin ödənci olsun, bu gün sizlər də mənə yaraşan bir yaxşılıq eləyə biləsiniz. Sizlərin insan olaraq yetkinləşməyiniz üçün əməklər çəkmiş, yoxsul, yardımlara gərək duyan, mənim kimi birisinə, nə yaraşır, sizcə? Mənə elə gəlir, beləsinə ən çox uyğun gələni, dövlətin öz axçası ilə verdiyi günorta yeməyi alması olardı, bu günorta yeməyinə qatılanlardan: Olimpiya yarışlarında at sürməkdə, nə bilim başqa gimnastika yarışlarında üstünlük qazananlardan, onun nəyi əskikdir?—bu adam sizlərin ağgünlüyünüz üçün öz əməyini qızırqanmırsa, indi də sizlər onun yararı üçün bir iş görsəniz pismi olar? Siz məndən suçlarımın altını necə çəkmək istədiyimi soruşursunuz, mən də deyirəm, özümə bu axçasız verilən günorta yeməyinə qatılmağı kəsirəm. Sizlərə elə gəlməsin, mən bayaq burada tökülən göz yaşlarından, yalvar-yapışlardan, dizin-dizin sürünməklərdən danışdığımdan, indi də özümü dartmaq istəyirəm; yox, ay afinalılar, belə deyil, iş burasındadır: burada az bir sürədə, sizləri bir kimsəni bilərəkdən incitmədiyimə inandıra bilməsəm də, ancaq özüm buna ürəkdən inanıram, mən kimsəni bilərəkdən incitməmişəm; başqa şəhərlərdə olduğu sayaq, ölüm kəsilməsini bir gün yox, bir neçə gün çəkən məhkəmədə versəydiniz, sizləri də inandıra biləcəyimə arxayınam; indi mən neyləyim, kiçik bir sürədə, belə böyük yalanların üstünü açıb, doğrunu ortaya qoymaq baş tutmayan bir işə çevrilir. Ona görə də, mən öyrəncəm üzrə, indiyə kimi bilərəkdən bir kimsəni incitməmişəmsə, onda özümü də incitməyəcəm, o üzdən də, nə eləmədiyim hansısa bir suçu boynuma götürəcək, nə də özümün hansısa olmayan bir suçumun altını çəkməli olduğumu dilə gətirəcəyəm. Mən bunu nə üçün eləməliyəm? Meletin məhkəməni mənə ölüm kəsməyə çağırdığından qorxduğuma görəmi, yoxsa, yaxşımı, pismi olduğunu bir kimsənin bilmədiyi bu ölümdən üşəndiyimə görəmi? Bunları bilə-bilə, mənim necə əlim gələr, özümə yaxşı olmayan nələrisə yaraşdırım? Ömürlük dustaqlığımı? İki-üç gündən bir dəyişilən bu yaramazların hakimiyyətinin qulu olaraq qazamatda yaşamağı mən özümə sığışdırmaram! Ora salınıb, görkolma axçasını ödəyənə kimi qalmaq, bu da mənlik deyil! Bu elə mənim üçün ömürlük dustaqlıq deməkdir, bilirsiniz, mənim görkoldu üçün verməyə axçam yoxdur, olmayacaq da.

Yoxsa mən özümün Afinadan qovulmağımı sizlərdən diləməliyəm? Ola bilsin, elə sizlər də indi bunu dilə gətirməyimi çox istərdiniz. Ancaq mən onda gərək necə bir qorxaq olaydım, ölüm qarşısında ürəyimin üzülməyindən başımı itirib, bunusa da anlaya bilməyəydim: sizlər, öz doğma yurddaşlarım, mənim aranızda yaşamağıma dözə bilmədiniz, mənim sözlərim sizlərə oracan ağır, yolverilməz göründü, indi durub baş sınırıb, məndən yaxanızı qurtarmağa yollar axtarmaqdasınız; getdiyim başqa bir şəhərdə də mənə belə yanaşmayacaqlarmı? Belə bir iş olmayacaq, ay afinalılar. Mənim saçımın-saqqalımın ağardığı bu çağımda, şəhər-şəhər gəzib bir qaçqın ömrü yaşamağıma dəyərmi? Mən bunu əlimin içi kimi bilirəm, hara getdimsə, gənclər mənim başıma toplaşıb, burada olduğu kimi mənə qulaq asmaq istəyəcəklər; mən onları başımdan dağıtmaq istəsəm, onlar böyüklərini dilə tutub məni şəhərdən qovduracaqlar, mən onları qovmasam, onların böyükləri, onlarla danışdığıma görə məni qovacaqlar. Bu yerdə biriləriniz durub soruşa bilər: “Sokrat, bizim yanımızdan qovulandan sonra, sən dilini dinc saxlayıb, səssiz-küysüz yaşaya bilməzsənmi?” Bax elə mənə, bunu sizlərə anlatmaqdan da ağır gələn bir iş yoxdur. İndi mən durub desəm, bu mənim tanrıların sözünə qulaq asmamağım olardı, tanrılara qulaq asmadan isə dinc yaşamaq olmaz, onda sizlər mənə inanmayacaqsınız, mənim sözü gülməyə saldığımı düşünəcəksiniz; yox qayıdıb desəm, gündə-gündə ərdəmlikdən söz açmaq, habelə bu kimi insanlıq dəyərlərindən danışmaq, bir sözlə sizlərin arasında elədiyim təki, özümə də, başqalarına da dinclik vermədən, hamını yaxşılığa çağırmadan, bu sayaq araşdırmalar aparmadan, mənim üçün yaşamağın dəyəri yoxdur, onda mənə lap az inanacaqsınız. Ancaq sözün düzü elə budur da var, ay kişilər, ancaq neyləyəsən, sizləri buna inandırmaq da qolay bir iş deyildir. Bundan başqa da, mən özümə yaraşdırmadığım nəyisə boynuma götürməyə də öyrəşməmişəm. Axçam olsaydı, suçlanmaqdan qurtulmaq üçün ayırardım, bundan ötrü ürəyimi sıxmazdım da, ancaq neyləyəsən, o da yoxumdur, gücüm şatan axçanı verməyə sözünüz yoxsa, onu verə bilərəm. Mən sizlərə bir min gümüş ödəyə bilərəm, istəyirsinizsə bunu sizə verə bilərəm. Baxın, ay afinanın kişiləri,- Platon, Kriton, Kritobul, Apollodor- mənə deyirlər, otuz min ödəməyi boynuma götürüm, onlar mənə sayışçı(zamin) durmağı da boyun olurlar; mənim sayışçılarıma güvənirsinizsə, otuz min ödəməyə də tablaşaram.





Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin