Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ



Yüklə 1,62 Mb.
səhifə13/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   ...   9   10   11   12   13   14   15   16   ...   84
KRİTON

SOKTAT, KRITON
S o k r a t. Niyə belə ertədən gəlmisən, Kriton? Yoxsa artıq gün qalxıb?

K r i t o n. Yox, mən bu gün çox ertə gəlmişəm.

S o k r a t. Günün hansı çağıdır?

K r i t o n. Yenicə işıqlanmağa başlayır.

S o k r a t. Anlamıram, keşikçi səni necə buraxıb?

K r i t o n. O məni yaxşı tanıyır, Sokrat, mən sənin yanına çox gəlib-gedirəm, bir də aradabir ona görüm-baxım da eləyirəm.

S o k r a t. Sən indicə gəlmisən, yoxsa çoxdan buradasan?

K r i t o n. Sözün düzü, çoxdandır buradayam.

S o k r a t. Nədən, məni gələn kimi oyatmamısan, dinməz-söyləməz oturub qalmısan?

K r i t o n. Zevs məni qorusun, Sokrat! Düzü, səni dara düşdüyün belə bir günündə yuxusuz qoymağa ürəyim gəlmədi. Açığını deyim, sənin bu günündə belə dadlı-dadlı yatmağına quruyub qalmışam, oyatmağa qıymadım, yuxudasa bir az qayğılardan uzaq olasan deyə. Açığı, səni tanıdığım gündən ərdəmliyində məni bəbək(məətəl) qoyan çox nəsnələr görmüşəm, ancaq indi bu ən ağır günlərini, beləcə oxsınmadan, toxdaqlıqla qarşılamağına baxıb, lap şaşıb qalmışam.

S o k r a t. Kriton, mənim yaşımda, ölüm çağım gəldi deyə söyüb-söylənmək çox böyük anlamazlıq olardı.

K r i t o n. Sokrat, başqaları da yaşlı çağlarında ölümlə üzləşirlər, ancaq, mən çox görmüşəm, onlar necə ara vermədən söyüb-söylənirlər.

S o k r a t. Bunu düz deyirsən. Yaxşı, di de görək, nədən belə ertə gəlmisən?

K r i t o n. Mən pis bir soraqla gəlmişəm, Sokrat, çox qüssəli, çox da ağır bir soraqla,–düzü sənə baxıram, onun ağırlığını saya salana oxşamırsan,–ancaq mənim üçün, başqa arxadaşların üçün, bu elə bir qara qayğıdır, onu necə çəkəcəyimizi anışdırıb, bir yana çıxara da bilmirik.

S o k r a t. Nə baş verib? Yoxsa, məni öldürmək üçün Delosdan qayıtmağını gözlədikləri gəmi artıq gəlib çıxıb?

K r i t o n. İndilikdə gəlib çıxmayıb, ancaq onu Sunidə gördüklərini deyən adamların sözlərinə inansaq, gəmi bu gün gəlib çatasıdır. Onların deməsinə görə, bu gəlişlə gəmi bu gün, lap uzağı yarın(sabah) burada olacaq, Sokrat, bununla da sənin ömrün sona yetəcək.

S o k r a t. O günə də alqış, Kriton! Qoy tanrılar necə istəyirlərsə, elə də olsun. Ancaq mən belə bilirəm, gəmi bu gün gəlməyəcək.


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin