Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


Askelepə xoruz qurbanı boyun almışdıq–



Yüklə 1,62 Mb.
səhifə42/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   ...   38   39   40   41   42   43   44   45   ...   84
Askelepə xoruz qurbanı boyun almışdıq–Askelep yunanların sağlamlıq tanrısı olmuşdur. Sokrat ölümə öpözün sağalması kimi yanaşdığından belə deyir.

AFINALI KSENOFONTUN ÖMÜR YOLUNDAN YIĞCAM BILGI.
Ksenofont bizim çağdan qabaq 444-356-cı illərdə yaşamışdır. Yazıçı, tarixçi kimi çoxlu kitabları günümüzə gəlib çatmışdır.

Bundan başqa o, siyasətçi, qoşun başçısı kimi də tanınmışdır.

Sokratın ölümündən üç il öncə, Afinadan getmiş, Persiya şahı Kirin yanında qulluğa girmişdir. Kirin ölümündən sonra Spartaya gəlmiş, Spartalıların apardıqları bir çox savaşlara,–o sıradan onların Afinaya qarşı apardıqları savaşlara da–qatılmış, spartalıların arasında böyük ad-san qazanmış, sayılan kimsə olmuşdur. Afina ilə Sparta arasında qanlı-bıçaqlıq olduğuna görə, Afina dövləti Ksenofontu yağıya satılmış birisi kimi suçlamış, onun Afinada olan bütün var-yatırını əlindən almışlar. Ksenofont bütün qalan ömrünü sürgündə keçirməli olmuşdur. Ömrünün sonlarına yaxın Afina dövləti onun bütün suçlarının üstündən keçsə də, o Afinaya qayıtmamışdı.

Laertli Diogen Ksenofontun Sokratla tanışlığını belə danışır: Afinanın dar dalanlarının birində Ksenofontla üzləşən Sokrat əl ağacı ilə onun yolunu bağlayıb, yaxınlıqda haradan yemək-içmək, əyin-baş üçün yarayacaq nəsnələri tapmaq olduğunu soruşur. Ksenofont Sokrata bunların harada yerləşdiyini yerli yataqlı danışandan sonra, Sokrat ondan soruşur: Buralarda, insanın gözəllik, yaxşılıq tapa biləcəyi bir yer tanımırsan? Ksenofont belə bir yer tanımadığını deyincə, Sokrat ona: Ardımca gəl, mən sənə o yeri tanıdım, deyir. Deyilənə görə o gündən sonra Ksenofont Sokratın öyrəncisi olur.

Ksenofontun Sokratdan yazdığı üç böyük kitabı günümüzə gəlib çıxmışdır: “Sokratla keçən günlərim”, “Ev tikməklik”(bu kitabda Sokratın ev diriliyi (təsərrüfatı) ilə bağlı görüşlərindən danışılır), “Qonaqlıqda”(Burada Sokratın varlı bir Afinalının düzəltdiyi qonaqlıqda, arxadaşları ilə başına gələnlər, onların çoxlu konularda danışıqlarından yazılmışdır).

Bu bölmədə, Sokratın fəlsəfə üzrə baxışlarının yer aldığı, “Sokratla keçən günlərim” kitabını oxuya biləcəksiniz.




Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin