Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ



Yüklə 1,62 Mb.
səhifə75/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   ...   71   72   73   74   75   76   77   78   ...   84
DÖRDÜNCÜ KİTAB

I BAŞLIQ
{Oxuyub öyrənməyin gərəkliyi ilə bağlı danışıq}
Sokrat harada olur olsun, nə eləyir eləsin, hamısında oracan işə yarayan adam idi, onunla oturub durmağın, yanında olub dediklərinə qulaq asmağın gərəkliyini, oxuyub-yazması olmayanlar belə duya bilirdilər. Özü olmayanda belə, Sokratla keçən günləri anmağın özü, onunla danışmağa, onu eşitməyə alışmış adamların işinə yarayırdı. Onun gülməyə salıb dediyi sözlər də, çox dərin konularda olan danışdıqları kimi, dinləyicilərinin ürəyinə yatır, onlara nəyisə öyrədir, hansısa bir yaxşılığa sarı yönəldirdi.

Birdən Sokrat durub desəydi, kiməsə vurulub, hamı onun bədəncə gözəl olan birinə yox, könülcə yetkin olan kimsəyə bağlandığını anlayırdı. Sokrat kiminsə yaxşı oxuyub-öyrənmək bacarığı olduğunu deyəndə, onun öyrənmək istədiyi biliklərin incəliklərini tez qavraya bilməsini, öyrəndiklərini unutmamasını; bir də onun, ev-eşik qurmaqdan, dövləti yönətməkdən tutmuş, adamların bütün qalan işlərinəcən yararlı olan bilikləri öyrənməkdə çalışqan olmasını anladırdı. Kim belə biliklər qazana bilirsə, Sokratın deməsinə görə, o təkcə öz işlərini yaxşı aparmaqla, ancaq özünü ağ günə çıxarmaqla qalmır, çoxlu adamları, o sıradan dövləti də uğura çatdırmağı bacarır.

Ancaq Sokrat adamlara yanaşanda, onların hamısına bir gözlə baxmağı da sevməzdi: kimsə anadangəlmə vergili olduğunu deyib, oxuyub-öyrənmək üçün çalışmazdısa, onlara üz tutub, anadangəlmə vergisi olanların başqalarından artıq oxuyub öyrənməli olduğunu deyərdi. Sözünü doğrultmaq üçün belə bir örnək gətirərdi: yaxşı qandan olan atlar, doğuluşlarından çox qızğın, diribaş olurlar, onları erkən yaşından öyrətməyə başlayanda, başqa atlardan qat-qat üstün olurlar, ancaq onları doğuluşundan başlı-başına buraxanda, sonradan ipə-sapa yatmayan, miniyə yaramayan olurlar, onları sonradan öyrətmək də olmur. Bunun kimi, yaxşı qanlı sayılan itlər də, onları erkən yaşlarından alışdıranda, yorulmaq bilməyən, yırtıcılarla boğuşda basılmayan, ovda çox zirək olurlar, alışdırmayanda isə sümsük, quduz, azğın olub, bir işə də yaramırlar. Eləcə də, yüksək vergili kimsələrin anadangəlmə güclü öpözləri olduğundan, başladıqları işə ürəklə girişdiklərindən, onlar yaxşı oxuyarlarsa, insanı yaxşı işlərə alışdıran gərəkli biliklərə yiyələnərlərsə, çox yetkin, hamının işinə yarayan adamlar olurlar, bir sözlə böyük işlər görməyi bacarırlar. Ancaq oxumayanda, anlamaz olaraq qalanda, onlar olduqca saçma, yaramaz adamlara çevrilirlər: insanca yaşamağın nə demək olduğunu bilməzlikdən, oğurluğa, quldurluğa qurşanırlar; onlar öz qılıqlarına görə, ötkəm, yekəbaş, tərs olurlar, onları başlarına batan hansısa yanlış düşüncədən qoparıb ayırmaq olmur, buna görə də, belələrinin yamanlıq eləməkdə də böyük “bacarıqları” olur.

Kimsə özünün varlı olmasına güvənib, oxuyub-öyrənməyə soyuq yanaşardısa, axçasına güvənib bütün işlərini yoluna qoyacağını, üstəlik toplumda sayğı yiyəsi ola biləcəyini düşünərdisə, Sokrat onlara yanıldıqlarını anladar, bilik qazanmadan, yaxşını yamandan ayıra biləcəyini düşünməyin, qanmazlıq olduğunu başa salardı; ancaq axça gücünə, yaxşı yaşayış qura biləcəyini düşünməyi o, qanacaqsızlıq sayırdı. Onun deməyinə görə, ancaq başı düzgün işləməyən adamlar, əllərindən bir iş gəlməsə də, öz işlərini yoluna qoya bilməsələr də, bütün işlərinin yerli-yerində olduğunu düşünərlər; yenə də, ancaq qanmaz adamın ürəyindən keçə bilər, o ancaq elə varlı olduğu üçün də istədiyi yetkinliyə çata bilər, habelə gərəkli bir iş görməsə belə, ad-san yiyəsi ola bilər.




Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin