Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


PLATONUN ÖMÜR YOLUNDAN YIĞCAM BILGI



Yüklə 1,62 Mb.
səhifə9/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   ...   5   6   7   8   9   10   11   12   ...   84
PLATONUN ÖMÜR YOLUNDAN YIĞCAM BILGI.
Platonun bizim çağdan qabaq 428-427-ci illərdə, Afinada doğulduğu deyilir. Platonun ata-anası Afinanın çox adlı-sanlı ocaqlarından(ailələrindən) olmuşlar, atası–deyilənə görə Attikanın əski çağlar çarlarının soyundan, anası isə, görkəmli afinalı, çox bitkin yasalar yaratması ilə tanınmış Solonun soyundan olmuşlar.

Laertli Diogenin deməsinə görə, Platonun öz adı, “ən ünlü kimsə” anlamında olan–Aristokl olmuş, “geniş çiyinli” anlamında olan Platon ayamasını ona, gövdəsinin qollu-budaqlı olmasına görə vermişlər.

Sokratla tanışlığa kimi, Platon başqa öyrətmənlərin yanında olub, öz çağının biliklərini dərindən mənimsəmiş, gözəl şeirlər yazmış, yaxşı rəssamlıq bacarığı da olmuşdur. Bizim çağdan qabaq 407-ci ildə Sokratla tanış olduqdan sonra, Platon bütün qalan ömrünü fəlsəfi çalışmalara bağlamışdır. Platonun bütün fəlsəfi yaradıcılığı, birilərində doğrudan da olmuş, o birilərində özünün uydurduğu kimsələr arasında baş verən dialoqlar kimi yazıya alınmışdır, özü də bunların demək olar hamısına Sokrat da qatılır.

Deyilənə görə, Sokratın ölümündən bərk sarsılan Platon uzun bir sürədə yorğan-döşəyə düşmüş, sağalandan sonra Afinadan köçüb Meqaraya, oradan Misirə, sonra da İtaliyaya getmiş, yalnız 12 ildən sonra, 387-ci ildə Afinaya qayıdıb, özünün fəlsəfə okulunu–Platon Akademiyasını yaratmışdır.



Əski qaynaqların yazdığına görə Platon, bizim çağdan qabaq 347-ci ildə, öz səksəninci ad günündə ölmüşdür.



Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin