Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ



Yüklə 1,62 Mb.
səhifə30/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   ...   26   27   28   29   30   31   32   33   ...   84
E x e k r a t. O nə gəmidir elə?

F e d o n. Afinalıların deməsinə görə, bu gəmi ilə keçmiş çağlarda Tesey, bəlli yeddi qoşa(cüt) gənci* Kritə aparıbmış. Onları ölümdən qurtarıb, özü də sağ qalıbmış. Bizə keçmişlərdən gəlib çatan bilgilərə görə, onda afinalıların Apollonla belə bir bağlaşmaları olub: Teseylə gedənlər sağ qalsalar, afinalılar da ildə bir yol bu gəmi ilə qutsal bir elçilik düzəldib, Delosa—Apollonun Tanrı Evini sayğılamağa gələcəklərərinə söz veriblər. O çağdan indiyəcən, onlar ara vermədən ildə bir yol, bu gəmini bəzəyib ora göndərirlər. Yasaların buyuruğuna görə, Elçiliyin yola çıxmağa əl-ayaq elədiyi gündən başlamış, gəmi Delosa gedib qayıdana kimi, şəhərin arılığını(təmizliyini) pozan bir iş də tutulmamalı, o sıradan kimsə öldürülməməlidir. Ora gedib qayıtmaq isə, birdən çox uzun da çəkə bilər, bu dəniz küləklərinin hansı yönə əsməsindən asılı olaraq, bir aydan az da, çox da, sürə bilər. Qutsal elçiliyin başlaması isə, Apollonun qulluqçusunun gəmini çiçəklərlə bəzədiyi gündən sayılır. Bu da, gözlənilmədən, Sokratın məhkəməsindən bir-iki gün qabaq baş vermişdi. Ona görə də, məhkəmənin kəsdiyi ölüm buyuruğunun yerinə yetirilməsi belə uzanmışdı.

E x e k r a t. Danış görək, onun ölümü necə baş verdi? O ölməzdən qabaq nə dedi? Özünü toxdaq tuta bildimi? Onun yaxınlarından yanında kimlər vardı? Yoxsa dövlət bu anda onun yanına kimsəni buraxmamış, o da ölümü təklikdə qarşılamışdı?


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin