Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ



Yüklə 1,62 Mb.
səhifə39/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   ...   35   36   37   38   39   40   41   42   ...   84
DUYDURMALAR:

Exekrat, Fedon–Elidalı Fedon, Sokratın öyrəncilərindən biri olmuş, Sokratın ölümündən sonra Afinadan çıxıb getmiş, Elida fəlsəfə oxulunu(məktəbini) yaratmışdır, bir ara Fliunt şəhərində yaşamışdır. Fliuntlu Exekrat, pifaqorçu filosof Filolayın öyrəncisi olmuşdur.

Tesey bəlli yeddi qoşa gənci–Burada yarımifik yunan ərəni Teseyin yeddi oğlanla, yeddi qızı Minotavra qurban vermək üçün aparması, ancaq onları ölümdən qurtara bilməsinə him vurulur.

Pllaton məncə ağrındığına görə gələ bilməmişdi–Platon bilərəkdən, özünün burada olmadığını deməklə, yazısının etkisini artırmaq istəmişdir, özlüyündə isə, Sokrat ağu içəndə Platon onun yanında olmuşdur.

Onbirlər–O çağlar, Afinanın Xalq yığıncağında onbir kimsəni seçib, Qazamatlarla bağlı bütün işləri yönətməyi onlara tapşırırdılar.

Ksantippa–Sokratın xanımı, onun Sokratla yola getmədiyi, gündəlik dava-dalaş saldığı danışılmaqdadır.

Muzalar–Yunan mifolojisinə görə, Zevslə, tanrıça Mnemosinin qızlarıdır, elmin, incəsənətin qoruyucuları olaraq, insanlara yaradıcılıq bacarığını onların verdikləri sanılırdı.

Filolay–Pifaqorçu filosof olmuşdur, Simmiylə Kebet onun öyrənciləri olmuşlar.

Çoxlu tirsonosların, azacıq vakxantların olmasını”–Bu sözlər İncildəki:”Çağırılanlar çoxdur, ancaq onların arasından seçilənlər azdır” deyiminə uyğundur, yəni çağırışa qoşulanlar çox, ancaq çağırılan yolu tutub gedənlər isə azdır.



Endimion–Yunan mifolojisinə görə, Tanrıça(ilahə) Selenanın dəlicəsinə vurulduğu gözəl bir gənc olmuş, öz yanında saxlamaq üçün Selena bu gənci sonsuz yuxuya daldırmışdır.

Lira–Boyunduruğa(xomuta) oxşar, telli(simli) çalğı aləti.


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin