Təklik deyilən anlayış üç sayı ilə sonacan üst-üstə düşə bilmirlər–Burada sayılanların qoşulmalı olduğu bir düzənin pozulması anılır, sayılanlar tək olsalar da, onların bir neçə böləni olur, üç isə yalnız bir ilə özünə bölünür.
Bəbək qoymaq(qalmaq)–Azərbaycan türkcəsinin bir çox ağızlarında işlənən bu söz, “heyrətlənmək, təəcüblənmək” anlamındadır, bu deyim–insanın gözlənilməz bir durumla üzləşəndə göz bəbəklərinin geniş açılmasına uyğun olaraq yaranmışdır.
Qlavk–Qlavk–uyumlu(harmoniyalı) səslər çıxaran mis yuxaları(diskləri) düzəltməklə tanınırdı.
Efir–Əski çağlarda, yunanların düşüncəsinə görə, havadan yüngül, çox incə bir özdək(materiya) olaraq, kosmosun bütün boşluqlarını doldurmaqdadır.