Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


V BAŞLIQ {Antisfenə, arxadaşları necə seçməyi anladan danışıq}



Yüklə 1,62 Mb.
səhifə55/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   ...   51   52   53   54   55   56   57   58   ...   84
V BAŞLIQ
{Antisfenə, arxadaşları necə seçməyi anladan danışıq}
Mən Sokratın başqa bir danışığını da eşitmişdim, mənə elə gəlir, o bu danışığında dinləyicilərinə öz arxadaşlarını yüksək dəyərləndirməyi öyrətməyə çalışırdı. Məncə Sokrat, dinləyicilərinin arasında olan birisinin, çox korluq çəkən arxadaşına qayğı göstərmədiyini bildiyindən, bu sözü açmışdı. Çoxlu dinləyicilərinin arasında arxadaşını unudan kimsənin də olduğunu görüb, ona eşitdirmək üçün, Sokrat üzünü Antisfenə tutub soruşdu:

-Antisfen! Necə bilirsən, qulluqçunun axça ilə ölçülən dəyəri olduğu kimi, arxadaşın da dəyərini axça ilə ölçmək olarmı? Deyək, hansısa qulluqçunun dəyəri iki mindir*, başqası yarım min, üçüncü beş min, on minə dəyəni də olur; deyirlər, Nikeratın oğlu Nikiy gümüş çıxaran işçilərinin üstündə baxıcı qoyduğu qulluqçusunu bir talanta* alıb. Bax belə, mən bilmək istəyirəm, arxadaşların da dəyərini, bu sayaq, axça ilə ölçmək olarmı?

-And olsun Zevsə, bunu sınamaq olar, - Anisfen dilləndi,- eləsi var, mən iki min axça qazanmaqdansa onunla arxadaş olmağı üstün tutardım, eləsi də var, yarım mini onunla arxadaşlıqdan üstün sayaram, başqa birisiylə arxadaşlığı on min axça qazanmaqdan üstün tutardım, ancaq eləsi də var, onunla arxadaş olmaq üçün ən ağır əməklərə qatlaşar, bu işin baş tutmasına sayagəlməz axçalar yatırardım.

Sokrat ona qulaq asıb dilləndi:

-Dediklərinə mən də qoşuluram, görünür, özümüzü belə bir sınağa da çəkməyə dəyər: biz özümüz arxadaşımız üçün hansı dəyərdəyik?–buna görə də, arxadaşlarımız bizdən qolayca üz döndərməsinlər deyə, biz də öz arxadaşlıq dəyərimizi artırmaq üçün əlləşib vuruşmalıyıq! Yoxsa mən elə hey eşidirəm: biri deyir, arxadaşı ona arxa çevirmiş, başqası deyir, arxadaşı onu bir min axçalıq qazancın ayağına vermiş, habelə bunun kimi qınaqlar... Məni belə bir sorğu da çox düşündürür: işə-gücə yaramayan qulluqçunu yiyəsi dəyər-dəyməzinə satıb, onu başından eləməyə çalışır, pis arxadaşdan yaxa qurtarmaqdan gələn qazancı da bu sayaq ölçmək olarmı? Ancaq mən bilən, bir kimsə də yaxşı qulluqçusunu satmaq istəməz, bunun kimi də yaxşı arxadaşından üz döndərən birisinin də ola biləcəyinə inanmıram.


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin